Saçları qısa kəsmək çox maraqlıdır və sizin çoxlu seçiminiz var. Hansı saç düzümünü seçmək sizin nə qədər cəsur olduğunuzdan asılıdır.
Qısa saç düzümləri cazibədar və dəbli görünür. Saç düzümləri mürəkkəbləşdikcə, xanımlar da daha cəsur olurlar. Məşhurlar ilə yanaşı siz və mənim kimi xanımlar birdən birə daha cazibədar görkəmi olan saç düzümlərini sınamağa başlayırlar.
İşin yaxşı tərəfi odur ki, üz quruluşundan asılı olmayaraq, demək olar ki, hər kəsə qısa saç yaraşır. Bəzi qısa saç düzümləri müəyyən üz formaları üçün daha yaxşı uyğunlaşır və bu, sizin saç quruluşunuzdan asılıdır.
Sizə bəzi asan və bu mövsümün sevilən qısa saç düzümlərini təqdim edirik:
Müasir Piksi
Qadınlar getdikcə kişisayağı, lakin qadına yaraşan saç düzümlərini sınaqdan keçirməyə başlayırlar. Bu, cəsarətli və fərasətli, məharətli və maraqlı, cazibədar və gözəldir.
Ənənəvi olaraq piksi saç kəsimi həqiqətən qısa olmuşdur, lakin, müasir formalarında artıq tellər və saç quruluşları və uzun saç kəkilləri sınaqdan keçirilir.
Piksi saç düzümünü yalnız aşağıdakı hallarda istifadə edin:
Sizin qalın və təbii dalğalı saçlarınız varsa. Nazik saçlar baş dərisinə yapışacaq və ya siz onları saçlara qulluq məhsulları ilə gurlaşdırmalı olacaqsınız.
Sizin ürək formalı, kvadrat və ya oval üz formanız varsa.
Dağınıq Maxorka Saç Düzümü
Adi, dağınıq və vizual olaraq asan olan bu saç düzümünü etmək çox rahatdır. Başınızda çoxlu kəskin kənarları, dağınıq qatları və çoxlu quruluşu olan saç təsəvvür edin. Bu saç düzümünün ən yaxşı cəhəti odur ki, onu bütün növ saç quruluşları və uzunluqları üzərində istifadə etmək olar.
Pompador
50-ci illərdə məşhur olan saç düzümü indi cazibədar yeni müğənnilərin görkəmlərində yer alması səbəbindən yenidən rəğbət qazanır. Mayli Sayrus və Pinki yadınıza salın.
Bu saç düzümü Kral XV Luinin ev sahibəsi olan Madam Pompadorun şərəfinə adlandırılmışdır. Onun yuxarı doğru qaldırılmış saç düzümü məşhur olmuşdur.
Quruluşsuz Bob
Bob saç düzümü hər zaman dəbdədir.
Bob saç düzümünün kökü 1-ci Dünya Müharibəsində qadınların işçi qüvvəsinə qatıldığı dövrə dayanır. Saç buran sancaqlara və saç düzləşdirən ütülərə vaxtın olmadığı zamanlarda bob saç düzümü, həmçinin, azadlığın və üsyankarlığın simvolu olmuşdur.
Əgər bob saç düzümü kəsdirmək istəyirsinizsə aşağıdakıları nəzərə almalısınız:
Əgər yumru üz quruluşunuz varsa, bob saç düzümü üzünüzü zərifləşdirməyə kömək edəcək.
Əgər nazik-orta qalınlıqlı saçınız varsa, bob saçlarınıza həcm qatacaq.
Əgər buruq saçlarınız varsa, bob üçbucaq kimi görünəcək. Bunun qarşısını almaq üçün, saçlarınızı qat-qat kəsin.
Super-qısa, kəskin kənarlı saç kəsimi: Bu qısa, hamar saç düzümü xarakterinizə çoxlu maraq qatır. O, sizin çənə xəttinizi üzə çıxarır və boynunuzu örtür. Görünüşü tamamlamaq üçün uzun, qabarıq sırğalar istifadə edin
Saç düzümünüzdən asılı olmayaraq saçın gözəl görünməyin bir necə amili var. Əsası isə, baş dərisinin sağlam olmasıdır. Bunun uçun Sink əsaslı formulu ilə Head & Shoulders istifadə edib saçlarınıza möhtəşəm görünüş verin.