14 июля 2015 09:26

SEVİMLİ GEYİMİNİZİN GƏNCLİYİNİ NECƏ UZATMALI



Həyatın qanunu: qadın nəinki ona yaraşan, həm də onun obrazını yaradan, onun daxilini əks etdirən geyim tapanda xoşbəxt olur.

Bu cür geyimlər çox olmaya bilər. Geyimdə öz stilini tapmaq çətindir, o, ən ehtiyatla toplanan və uzun illər saxlanan müxtəlif detallardan formalaşır.

Yazın əvvəllərində isti sviter və kürklərin "istirahət"ə yollandığı, şkaflardan isə sevimli yüngül geyimlərin çıxarıldığı "şirin" dövr başlayır. Əgər qışda çox yeməyinizdən sonra onlara sığmaq mümkün olursa, xoşbəxtlik hissi ikiqat artır. Təbii ki, yaz - alış-veriş və qarderobun yenilənməsi dövrüdür. Lakin qadın şoppinqə nə qədər vaxt ayırırsa-ayırsın, onun şkafında həmişə illərlə geyindiyi ən sevimli, ən "uğurlu" geyimləri olur. Məhz onları mümkün qədər uzun müddət mükəmməl dərəcədə təravətli və parlaq vəziyyətdə saxlamaq istəyir, çünki "özünün" bu cür geyimlərindən hər biri təkrarolunmazdır.

Ariel Gel sevimli geyimi təravətli və yeni saxlamağın yollarına dair məsləhətlər verir:

- Müxtəlif: qara, ağ, rəngli geyim növləri üçün münasib yuyucu vasitə seçin. Bu zaman sevimli geyimlərinizin rənginin uzun müddət yeni qalması şansı var.

- Pambığı sintetikadan ayırmağa və parçanın növünə əsasən yuma rejimi seçməyə ərinməyin. Bu, xüsusilə, yun və ipək paltarlar üçün vacibdir. Demək olar ki, hamı bunu bilir, lakin nədənsə yun paltarlar çox vaxt yapıxır.

- Yarlıqlarda nə yazıldığını oxuyun: əgər paltarı 30 dərəcədə yumaq lazımdırsa, buna əhəmiyyət verməyərək onu bütün digər camaşırla birlikdə 40 dərəcədə yumaq lazım deyil.

- Nəm parçanı camaşır səbətində uzun müddət "yormaq" olmaz. Onun üzərində ləkələr və rənglər meydana gələ bilər, buna görə də nəm paltarlar dərhal yuyulmalı və yaxşıca qurudulmalıdır.

- Yumanın səmərəli olması üçün barabanda bir qədər yer saxlayın. Əgər paltaryuyan maşına ağzınadək doldursanız, yuyucu vasitə sadəcə mərkəzdə olan çamaşıra çatmayacaq.

- Paltarları kölgədə qurutmağa çalışın, bu, xüsusilə delikat geyimə aiddir: o, birbaşa Günəş şüaları altında yanır, rəngin dolğunluğu itir.

- Bluzları, köynəkləri, sviterləri və koftaları çiynindən asın ki, onlar öz formasını itirməsin.

Ariel Gel və Lenor öz stilinizi qorumağa və sizin üçün dəyərli olan paltarlarınızı ilkin vəziyyətində saxlamağa kömək edəcək! Lakin delikat parçalarla ehtiyatlı olmağı və onların yuyulması üçün yalnız xüsusi yuyucu vasitələrdən istifadə etməyi unutmayın.


Просмотров: 1 484

ПОХОЖИЕ СТАТЬИ