21 июня 2015 10:25

YUP-YUMUŞAQ, PARLAQ, YAZA DAVAMLI SAÇLAR



Qıvrım ya da dalğalı, az dalğalı ya da düz fərqi yoxdur. Yaz aylarının günəşi və nəmi saçlarınızı çətin bir imtahana çəkə bilər. Bundan əlavə, yaz boyunca saçlarımızı şampunla daha çox yuyaraq onların qurumalarına və ağırlaşmalarına səbəb oluruq.

Üz dərisi kimi saçlarınız da yaz boyunca qoruyucu məhsullar ilə dəstəklənməlidirlər. Bəsləyici və nəmləndirici bir şampun və qulluq kremi saçlarınızın daha yumşaq və parlaq bir görünüşə qovuşmasını təmin edəcəkdir.

Günəş və istilik saçlarınızı zəiflədir və cansız görünmələrinə səbəb olur. Onları qorumalı olduğunuzu əsla unutmamalısınız. Xüsusilə, qaralmaq üçün uzun müddət günəşin altında qalacaqsınızsa, bir şərf ya da bandana istifadə edərək və təbii ki, bu vəziyyətlər üçün hazırlanmış xüsusi yağlardan faydalanaraq saçlarınızı qoruya bilərsiniz. Eyni məhsulları hovuza və ya dənizə girmədən öncə də istifadə edə bilərsiniz. Saçlarınızı qoruyarkən onların quruluşuna uyğun bir şampun və qulluq kremini istifadə etdiyinizdən əmin olmalısınız. Qıvrım saçlarda hər yumadan sonra krem istifadə etməli ola bilərsiniz, düz saçlarda isə iki yumadan bir saçlara qulluq kremindən istifadə etmək kifayət olacaq.

Saçlara qulluq kremini saçların dibindən uclarına qədər bərabər şəkildə yayaraq tətbiq etməli və yaxalamazdan əvvəl ən azı 3 dəqiqə saçlarınızda qalması üçün gözləməlisiniz. Daha sonra saçlarınızı yaxalayarkən məhsulun saçlarınızda qalmamasına diqqət etməlisiniz. Saçlarınızın qorunmasında ən ideal seçim Pantene Arqan yağı terapiyasının məhsulları olacaqdır. Arqan yağı və səna bitkisi tərkibli şampun, krem, saç maskası və eliksir cansız saçlarınızı ağırlaşdırmadan kökündən uclarına qədər bəsləyir və gələcək korlanmalara qarşı qoruyur.

Saçlarına forma vermə dərdi olmayanlar üçün fendən istifadə etmək əvəzinə saçların özlərinin qurumasını gözləmək ən doğru yoldur. Saç qurutma maşınının verdiyi həddindən artıq istilik saçların yumuşaqlıqlarını itirməsinə səbəb olacaqdır.

Mütləq forma verməli olduğunuz saçlara sahibsinizsə, fendən istifadə etməli olacaqsınız. Bu halda feni aşağı temperaturda istifadə etməli və başınızdan ən azı 15 sm uzaqda saxlamalısınız. Diffuzordan ən yaxşı nəticəni əldə etmək üçün, barmaqlarınıza bir az saç köpüyü alıb forma verə bilərsiniz. Bu yalnız arzu etdiyiniz görünüşə qovuşmağınızı deyil, həm də saçlarınızı və baş dərinizi qorumağınızı da təmin edir. Bununla da, saçlarınızın həcmini itirməsinin qarşısını alırsınız.

Saçınızın formasını qorumaq üçün saç spreyi istifadə edə bilərsiniz. Əlbəttə ki, istifadə etdiyiniz saç spreyi həddindən artıq güclü olmamalıdır. Vitamin cəhətdən zəngin spreylər saçlarınızın hava çirklərinə qarşı qorunmasını da təmin edəcək. Saçınızın dibindən uclarına qədər sürtsəniz qel və vaks saçınızın formasını qorumaqla yanaşı, saçlarınızın tökülməsinin də qarşısını alacaqdır.

Son bir tövsiyə: Əgər istilik sizin üçün həddindən artıq çox təzyiq edirsə, salona gedib saçlarınızı qısaltmağı nəzərdən keçirməlisiniz. Saçları qısa kəsdirə, onların uclarını aldıraraq və ya dalğalandıraraq köklərini qoruya bilərsiniz. Bununla başınız daha az təzyiq görəcək və saçlarınız rahatlaşacaqdır.


Просмотров: 2 133

ПОХОЖИЕ СТАТЬИ