
Xüsusiyyətləri:
- Kolleksiya 4 vasitədən ibarətdi: şampun, balzam, maska və yağ
- Qablaşdırılması normal, rahat, və lüks kimi görsənir hətta
- Şampun gel-krem substaniyalı, balzam krem substansiyalı, maska da balzama bənzəyir lakin tərkibində biraz gel var, yağ isə bildiyimiz yağ lakin biraz axar substansiyalıdı.
- Parfümlu. Mən şəxsən bəyənirəm.

Müsbət:
- Saçlarınızı yum-yumşaq edəcək. Hələ balzam və maskanı saçlarıma vurduğum zaman baby butt yumşağlığı verdi. Zarafat deyil, o qədər yumşaq idi ki saçlarımı yemək istəyirdim. (Hətta dənədim)
- Hələ uşaqlıqdan yadımda qalan ətri saçlarınızdan hardasa 3-4 gün boyu getmir.
- Balzamı digər şampunlarla da kombin edib işlədə bilərsiz, conditioner kimi. Şəxsən özüm dənəmişəm, Dove şampunu ilə yaxşı nəticə verdi
- Zənnimcə bir çox saç növlərinə uyğun gəlir, daha çox normal və quru
- Saçlarınızın parıltısı hələ 3-4 gün davam edəcək. Bəlkə də çox davam edər mən saçlarımı tez-tez yuyuram deyə yuduğum müddətə qədər sağlam parıltı qalır.
- Saçlarıda codluğun azalmasını hiss edirəm. Üstəlik hələ saçqıranlar da mənə az görsəndi.
- Mom approved! Test üçün anam da işlətdi, onun saçları nazikdi deyə super nəticə verdi.
Mənfi:
- Mənim kimi yağlı saçları olanlara bütün kolleksiyanı işlətməyi tövsiyyə etmirəm çünkü daha tez yağlanacaq.
- Qalın saçlı xanımlara məsləhətli deyil. Mənim saçlarım qalın olduğundan bütün kolleksiyanı işlətdim amma nəticədə saçlarımı elə bil beynimin içindən partlatmışdılar.
Son fikrim: Bitəndən sonra balzam, maska və yağı mütləq alacam. Şampun saçlarımı çox vız-vız etdiyinə görə anama bağışlayacam :D Bu isə Pantene Pro-V "Интенсивное Восстановление" kolleksiyasını 3 həftəlik istifadədən sonra saçlarımın halı: Şəkillər təbiidir və heç bir yeri photoshoplanmayıb, bügün çəkmişəm



P.S. Vasitələr sponsorlar tərəfindən göndərilsə də, bütün fikirlərim şəxsidi və dürüstdü!
navistyles.com