Yeni bir tərz işıldamağınıza, gözəlliyinizin bütün parlaqlığı ilə gün işığına çıxmasına və illər boyu davam edən ailə rutinlərindən sonra hisslərinizi canlandıraraq həyat yoldaşınızın sizə yenidən aşiq olmasına kömək edə bilər. Davamını oxuyun...
Şəxsi tərzinizi dəyişdirəcək 5 addım Şəkillərə baxarkən illər keçdikcə görünüşünüzün heç dəyişmədiyini hiss etdinizmi? Bu, yeni təcrübələrdən qorxduğunuz və keçmişdən bəri öyrəşdiyiniz geyim vərdişlərinizi dəyişməyə istəksiz olduğunuz mənasına gəlir.
"İndiki görünüşümdən razıyamsa tərzimi dəyişməyə nə ehtiyacım var?" deyə düşünə bilərsiniz. Cavab sadədir: İstifadə olunmuş üsullar bezdiricidir. Dostlarınız və ailəniz dəyişməyən imicinizə öyrəşib, həyat yoldaşınız da sizin həm evdə, həm də evdən kənarda necə olduğunuzu bilir. Rəhbərləriniz və iş yoldaşlarınız isə sizin yeni fikirlər ortaya çıxara bilmədiyinizi düşünürlər. Sizcə artıq bu insanların gözlərini açmaq vaxtı gəlmədimi?
Hər qadının çox-yönlü bir şəxsiyyəti var. Bu halda, digər yönlərinizi dünyadan niyə gizlədirsiniz? Yeni bir tərz işıldamağınıza, gözəlliyinizin bütün parlaqlığı ilə gün işığına çıxmasına və illər boyu davam edən ailə rutinlərindən sonra hisslərinizi canlandıraraq həyat yoldaşınızın sizə yenidən aşiq olmasına kömək edə bilər.
Budur, nəyi saxlayıb, nəyi atmalı olduğunuz qərarını verməyiniz üçün sizə faydalı ola biləcək bəzi qarderob məsləhətləri...
1-ci Addım Sizi ağlı başdan alan biri kimi hiss etdirən üç geyim və üç normal, günlük geyim seçin. Sonra tərzinizdə nələri qorumaq istədiyinizi qərarlaşdırın. Qorumaq istədikləriniz təbii gözəlliyinizi - uzun ayaqlarınız, cazibədar sinəniz və ya incə beliniz ola bilər - vurğulayan şeylər olmalıdır. Bir geyimin bədəninizdə vurğulayacağı bir şey yoxdursa bu paltardan xilas olmaq lazımdır. İndi, əvvəlki tərzinizin ən yaxşı yönlərini yeni qarderobunuzla birləşdirmə vaxtı gəldi.
2-ci Addım Əgər mövcud tərzinizi ən azı on ildirki istifadə edirsinizsə, alış-verişin sizin üçün rutin bir iş olduğunu və dəb trendlərindən tamamilə xəbərsiz olduğunuzu təxmin etmək çətin deyil. Bu səbəbdən, bir neçə dəb jurnalı alın və ən çox sevdiyiniz şəkilləri kəsin. Sonra jurnallara yenidən göz gəzdirərək ehtiyacınız olan geyimləri qeydə alın (məsələn, cazibədar ayaqlarınızı göstərən, sinənizə və ya belinizə diqqət cəlb edən...). Son olaraq, geyinməyə heç vaxt cürət etmədiyiniz və tamamilə tərzinizdən kənar olan geyimləri jurnallarda seçin... Və alış-verişə gedin!
3-cü Addım Naxışlar qarderobunuza yenilik gətirməyin ən yaxşı yollarından biridir. Tək rəngli geyimlərə öyrəncəlisinizsə, niyə görə çox rəngli naxışları sınamırsınız?
4-cü Addım Yeni imicinizə öyrəşmək və ailənizin vaxt keçdikcə daha cazibədar olduğunuzu hiss etməsindən xoşbəxt olmağınız üçün görünüşünüz yavaş-yavaş dəyişməlidir. Buna görə də, diz səviyyəsində ətəklər geyinməyə öyrəşmisinizsə, sadəcə ətəklərinizin uzunluğunu 2-3 santimetr qısaldın. Bu kifayət edən uzunluq olacaq. Yaxud, hər zaman geyindiyiniz uzunluqda olan, lakin tamamilə fərqli tərzdə bir paltar ala bilərsiniz.
5-ci Addım Aksesuarlar yeni bir imicin açarıdır. Buna görə də, əgər kənarda qarderobunuzu dəyişdirmək üçün biraz pul yığmısınızsa, məsləhət görürük ki, paltar alarkən qənaətcil olun və "qarderob" büdcənizin böyük hissəsini aksesuarlara xərcləyin. Nəticədə, endirimdə olan bir paltarı alıb, həmin paltara yaraşan bir kəməri üç qat baha qiymətə ala bilərsiniz. Bununla da qırmızı xalçalara yaraşan bir tərz yarada bilərsiniz. Sadəcə bir bilərziyin, kəmərin və ya şərfin görünüşünüzü necə dəyişdirəcəyinə heyran olacaqsınız. Digər bir üstünlük isə odur ki, aksesuarlar günlük görünüşünüzə yeni xüsusiyyətlər qatır və onları tez-tez dəyişdirməyə ehtiyac yoxdur.
Cazibədar bir xanım üçün geyimi ilə yanaşı saçları da tərzinin bir hissəsidir. Uzun olsun, qısa olsun fərq etməz,
Head&Shoulders Əsas Qayğı şampunu sizin saçlarınız uzunmüddətli təravət və canlılıq qazanacaq. Yeni tərziniz ilə özünüzü və sevdiklərini təəccübləndirməyə tələsin!