
Yaz ən rəngli tərəflərinizi başqalarına göstərmək üçün mükəmməl mövsümdür. Pastel və parlaq rənglər, hətta çox rəngli paltarlar geyinə bilərsiz.
Moda dünyasının yeni termini "rəng bloklama" sayəsində mövzu fərqli rənglər geymək və qarışdırmaq olduqda heç bir sərhəd qalmır. Yeganə sərhəd fərdi üslubunuz və ən sevdiyiniz rənglərə olan sədaqətinizin fantaziyanızı nə qədər məhdudlaşdırmasıdır.
Rəngli paltarlar hər zaman dəbdədir. Əgər trendlərlə ayaqlaşmaq istəyirsinizsə, həmin ilin dəbdə olan rəngində geyim və aksessuarlar ala bilərsiniz, lakin həmişə ən sevdiyiniz rənglərə olan sadiqliyinizi qorumalı və onlara yaxşı baxmalısınız. Bu rənglər həmin ilin dəbi olsa da, olmasa da, onlar sizin geyinməyi sevdiyiniz rənglərdir, əsas olan üslubdur və o, hər zaman sizin şəxsiyyətinizi və əhval-ruhiyyənizi əks etdirir. Buna görə də həmişə bir rəngin nə məna verdiyini bilməlisiniz. Rənglər bir məlumat daşıyır, başqalarının sizin haqqınızdakı düşüncələrinə təsir edir. Buna görə də hansı rəngin qarşı tərəfə nə dediyini bilin. Özünüzü narahat hiss etməyə səbəb olan rənglərdən uzaq olun və ətrafa parıltınızı yayacaq rənglərə üstünlük verin. Hansı rəngi seçirsinizsə-seçin, o rəngin parlaqlılığı da ətrafınıza mühüm işarə verir. Əsas qanun nədir? Siz rənglərə yaxşı baxsanız, onlar da sizi ən yaxşı şəkildə təmsil edər. Bəs bunu necə etməli?
• Hər zaman rəngli paltarlarınızın içindəki yuyulma qaydalarının yazıldığı yarlıqları oxuyun.
• Evdə yuyula biləcək rəngli paltarları əvvəlcə rənglərinə görə ayırın. Tünd rəngliləri açıq rənglilərdən, parlaqları isə solmuşlardan ayırın.
• Bənövşəyi, qırmızı, narıncı və açıq sarı kimi parlaq rəngli paltarları bir yerdə yuya bilərsiniz. Parlaq mavi və yaşıl rəngli paltarlar da bir yerdə yuyula bilər. Əgər bir yerdə yuya biləcəyiniz paltarlarınız azdırsa və ya ümumiyyətlə, bir dənədirsə, həmin geyiminizi əlinizdə yumağı fikirləşin.
• Rəngli paltarlarınızdakı ləkələri nəzərdən keçirin və onlara az miqdarda yuyucu vasitə əlavə edin. Ariel Gel ilə möcüzələr yaradın!
• Rəngli paltarlarınızı tərsinə çevirin və paltaryuyan maşına qoyun. Maşını həddindən artıq doldurmayın və paltarlarınızı bir tərəfdən təmizləyəndə digər tərəfdən də onları korlamayacaq proqramda yuyun. Həssas və ya orta proqramda yuma kifayətdir. Xüsusilə də, yuyucu vasitəniz "Ariel"dirsə.
• Yeni aldığınız rəngli paltarları soyuq suda yuyun və "Ariel"dən istifadə edin.
• Rəngli paltarlarınız yuyulduqdan sonra dərhal onları paltaryuyan maşından çıxarın. Rəngli paltarları paltaryuyan maşında saxlamaq rənglərin digər paltarlara keçməsinə səbəb ola bilər.
• Quruması üçün paltarlarınızı asın. Mümkündürsə, qurutma maşınından istifadə etməkdən yayının, çünkü qurutma maşını geyimlərinizin daha sürətlə solmasına və görmədiyiniz ləklərin daha qalıcı olmasına səbəb ola bilər.
Mövsüm nə olursa-olsun, "Ariel Parlaq Rənglər"i sınayın. "Ariel Parlaq Rənglər" bir çox inadçı ləkələrin çıxarılmasına kömək edir və rənglərinizin daha uzun müddət parlaq qalmasını təmin edir. Beləliklə də, əsl rənglərinizi daha uzun müddət ətrafınızdakılara göstərə bilərsiniz. Parlaq şəxsiyyətiniz həmişə parıldamanızı təmin edəcək parlaq rənglərə layiqdir.