26 декабря 2024

16 апреля 2015 09:50

SAÇLARINIZ DAHA DOLĞUN GÖRÜNMƏSİNİ İSTƏMƏZSİNİZMİ?



Bəs necə olur ki, super modellər ətraflarına bu qədər işıq saçırlar? İncə bədənlərinə görə? Mükəmməl üzləri sayəsində? Əlbəttə, bunların da köməyi olur. Amma sizə həqiqəti açıqlayıram: İşin sirri saçlardadır...

Jizeli, Sindini, Klaudianı düşünün. Hər biri Victoria's Secretin ürək yandıran mələkləridir. Niyə hamı onlara heyranlıqla baxır, bilirsinizmi? Dolğun, mükəmməl, parıltılı saçları sayəsində. Dolğun saçlar seksi, canlı, qadınlıqla eyni mənanı daşımışdır həmişə. Saçlarınız istər qısa, istərsə də uzun olsun, fərq etməz. Müqəddəs Grail qədər dolğun saçlarınız varsa, cazibənizdə heç bir şey dəyişməz. İstər inanın, istər inanmayın, bu məsələnin genlə də bir əlaqəsi yoxdur. Görməli olduğunuz yeganə iş düzgün qulluq məhsullarını istifadə etməkdir. Məhz burada sizə super modellərə uyğun saçlar üçün ehtiyac duyduğunuz sirləri açıqlayırıq.

Dolğun saçlar, əzizim!


İlk addımınız belə olacaq: Saçlarınızı dolğunluq verən məhsullarla dəstəkləyəcəksiniz. Bunun üçün dolğunluq verən bir şampun və formalaşdırıcı istifadə etməlisiniz. Pantene Mükəmməl Dolğunluq kolleksiyası məhz bu ehtiyacı ödəmək üçün nəzərdə tutulmuşdur. Bundan başqa, dolğunluq qazandıran bir sprey almalısınız ki, yenə Pantene Dərhal Dolğunlaşdırıcı Saça Qulluq Lakı ilə bu məsələni də həll edə bilərsiniz. Mənim saçlarım onsuz da dolğundur, amma ürəyim Barbarella tərzində görünmək istədikdə, dolğunluq verən sprey və köpük istifadə edirəm... Köpüyü saçların hər tərəfinə, lakı isə köklərə tətbiq edirəm.

Saç dərisi

Saçlarınız köklərdən başlayaraq uzanırlar, bu səbəblə saç kökünüzə və dərinizə də yaxşı baxmalı, onları dəstəkləməlisiniz. Saç dərisi üçün də xüsusi məhsullar hazırlanılır. Bu məhsullarla saç dərisini masaj edərək qan dövranını artırmağınız, bu şəkildə toksinlərdən xilas olmağınız və saçlarınızın daha sürətli uzanmasını təmin etməyiniz mümkündür. Əgər saçlarınızın dolğunluğu asanlıqla sönüb gedirsə, bu üsulu sınamağınızı təklif edirik.

Böyük partlayış

Saçlarınızın peşəkar baxımdan sonra niyə o qədər yaxşı göründüyü ilə heç maraqlanmısınızmı? Çünki saç ustaları feni necə istifadə edəcəklərini bilirlər. Saçları aşağıdan yuxarıya doğru qurutmaq, dolğunluğu da artırır. Sadəcə başınızı aşağı əymək və saçlarınızı köklərdən uclara doğru qurutmaqla bu məsələni həll edə bilərsiniz. Başınızı qaldırdıqda bir az köpüklə saçlarınızı düzəltməyiniz kifayətdir. Arzu etdiyiniz formaya və canlılığa malik olacaqdır. Çox istəyirsinizsə, fırçayla yüngülcə düzəldə bilərsiniz, amma çox fırçalamayın ki, elektriklənməsinlər. Uclarında bir neçə yüngül burma ilə kifayətlənin. Beləcə, asanlıqla dolğun, sağlam və inanılmaz gözəllikdə saçlara sahib olacaqsınız.

Təəccübləndir

Heç nə işə yaramadı? Müvəqqəti bəzi həlləri sınaya bilərsiniz. İndi hər yerdə və hər rəngdə süni saçlar satılır. Bəyənmədiyinizi görürük, haqlısınız da. Amma bu saçları parikmaxer köməyi ilə saçınıza əlavə edərək həmin günü yola verə bilərsiniz.

Jessica Simpson və stilisti Ken Paves Hair Do məhsullarını hazırlamaq üçün əməkdaşlıq etdilər. Bu praktik məhsullar saçlarınıza dolğunluq və uzunluq qazandırırlar. Qaynaq da yapışdıra bilərsiniz, amma sizə baha başa gələ bilər. Yüz faiz insan saçından hazırlanan qaynaqla saçlarınız 3 ay ərzində iki dəfəyə qədər dolğun görünə bilər.

Hansı üsulu tətbiq edirsiniz edin, yetər ki, siz xoşbəxt olun. Qalan heç nəyə əhəmiyyət verməyin...


Просмотров: 1 396

ПОХОЖИЕ СТАТЬИ