
Soyuq günlər geridə qaldı. Amma havanın temperaturunun anidən dəyişməsi, rütubət və yağış, həmçinin külək də saçlarımızı pisləşdirir. Yazın gəlişi ilə saçlara yenidən nəzər salmaq lazımdır. Budur, sizə saçlarınıza yaz təravəti qazandıracaq bir neçə təklif.
Qış toksinlərini atın
Burada əhəmiyyətli olan saç dərinizi rahatlaşdırmaq üçün masaj etməkdir. Bu şəkildə qan dövranını tənzimləyəcək və saç köklərinin nəfəs almasını təmin edəcəksiniz.
Necə?
- Yaş saç: Saçlarınızı şampunlayarkən (Pantene Pro V-nin saç tipinizə uyğun şampununu istifadə edə bilərsiniz) barmaq uclarınızla saç dərinizi yüngülcə masaj edin. Gicgaha bir az basaraq qan dövranını sürətləndirin. Eyni şəkildə, alnınızı, alındakı saç xəttinin ətrafı və qulaq ətrafını da masaj edin.
- Quru saç: Həftədə iki dəfə əllərinizi başınıza basıb saç dərinizdəki qan dövranını yaxşılaşdırın. Bunu etdikdən sonra boynunuzdan başlayıb başınıza doğru 1-2 dəqiqə boyunca masaj edin. Bu hərəkətin daha təsirli olması üçün öncə başınızı yaş dəsmalla rütubətləndirə bilərsiniz. Bu şəkildə qan hüceyrələri daha sürətli hərəkət etməyə başlayır. Sadəcə bir dəsmalı ilıq su ilə isladıb bir-iki dəqiqə başınızı örtün.
Uzatmaq üçün enerji
Eynilə payızda olduğu kimi, yazda da saç tökülməsi ilə qarşılaşa bilərik. Bu məsələdə edə biləcəyimiz heç nə yoxdur. Bu, mövsüm dəyişikliklərində psixoloji olaraq yaşadığımız təbii bir haldır. Təşvişə düşməyin. Saçlarınızın uzanmasını təmin etmək üçün edəcəyiniz bir çox şey var.
Necə?
- Saçlarınızı qidalandırmaq üçün hazırlanmış xüsusi pəhrizlə.
- Sink və maqnezium saçlardakı keratini gücləndirir. Məsələn, dəniz məhsulları, mərci, tam taxıllı çörək, kakao və badam bu cəhətdən zəngindir.
- Dəmir saç köklərinə oksigen getməsi üçün lazımdır. Məsələn, cəfəri, dana ciyəri və ispanaqda bol olur.
- Saç tellərini gücləndirmək üçün zülal qəbul etməlisiniz. Dil balığı, ton balığı, pendir, toyuq, qızardılmış mal əti və yumurta sarısında bol olur.
- B vitamini saçlarınızı gücləndirər. Taxıllarda və göbələkdə olur.
- Saçlarınızı gücləndirmək üçün siz Pantene-nin təbii sintez güc və parlaqlıq seriyasından olan saç maskasından istifadə edə bilərsiniz. Tərkibində səna bitkisi komplekslərindən ibarət olan bu maska, zəif və incə telli saçlarınıza güc və gözlə görünə biləcək parlaqlıq bəxş edəcəkdir.
Qulluq qaydaları
Saçlarımızı qorumaq lazımdır. Bu səbəblə istifadə etdiyimiz maddələri seçərkən diqqət göstərməliyik. Bir az vaxt və büdcə ayıraraq qulluq etsəniz, saçlarınız minnətdar olacaqdır.
- İstifadə etdiyiniz fırçanı dəyişdirə bilərsiniz. Plastik yerinə tüklü fırça istifadə edərək saçda keratini qorumaq mümkündür. Dolaşıqlıqları açmaq üçün geniş dişli bir darağa üstünlük verin.
- Bir də özünüzə peşəkar bir fen alın. Ən az 1500 watt gücündə olmalıdır. Həmçinin fərqli sürət və temperaturlarda istifadə edilə bilməlidir. Bütün bunlara malik olsanız, saçlarınızı rahatlıqla qoruya bilərsiniz.