
Photo - Elnur Hasanov
Top - Uterque
Jeans - Zara
Bag - Miu Miu
Shoes - Gianfranco Pini

Bu gün qərara gəldim ki, çalışan xanımlarımız üçün alternativlərdən danışım. Çox zaman ofis stili deyərkən hərkəsin ağlına çox ciddi və rəngsiz bir tərz gəlir. Düşünün illər boyu çalışan xanımlarımız artıq boğulurlar bu rəngsiliyin içində. Düşünürəm ki, arada bir jins geyinib psixoloji olaraq özünüzü daha rahat hiss etmək olar. Rəngli bir köynək sizin əhval ruhiyyənizi daha da yüksəltər. Rəngli, rahat geyinib eyni zamanda ciddi görünmək də mümükndür. Ayaqqabılara gəldikdə isə, bütün gün hündür daban ayaqqabıda gəzmək çox çətindir, ancaq o ofis stilinin əvəz edilməz cazibəsindəndir! Elə isə sizə alçaq daban ayaqqabıları məsləhət görərdim. Həm rəng baxımından ürək açıcı, həm də olduqca rahat ayaqqabılardır. Rahatlıq baxımından bütün gün heç bir problem yaşamadan gününüzü keçirəcəyinizə əminəm...









Caspian Vogue
Аноним
5 августа 2014 12:26Аноним
5 августа 2014 12:52Аноним
5 августа 2014 13:52Аноним
5 августа 2014 15:22