Photo - Gulchin
Top - BCBG MaxAzria
Sandals - Oysho
Bag - Michael Kors
Hat - He Accessories
Sunnies - Zara
Yay fəslini sevməyən varmı? Məncə hamı sevir bu fəsli, lakin nə qədər sevsək də, daim günəşdən, istidən qorunmağın yollarını axtarırırq. Çıxış yollarından biridə dəniz kənarında sərinləməkdir! Vacib məqamlardan biri də dəniz kənarına dincəlməyə gedərkən əynimizdə maksimum rahat geyim olmasıdır. Əfsuslar olsunki bəzi xanımlarımız gecə klubu ilə dəniz kənarını səhv salırlar. Bu haqda çox danışmaq istəmirəm, məncə nə demək istədiyimi başa düşdüz. Dəniz kənarı üçün və ümumiyyətlə isti havalarda ən məntiqli seçim şort və T-köynəkdir. Əgər biraz daha dəbdəbəli görünmək istəsəniz t-köynəyi və yaxud köynəyinizi daha maraqlı kəsimlərdə seçə bilərsiniz. Və əziz xanımlar, çimərlikdə makiyajdan çalışın istifadə etməyin bu kənardan düşündüyünüz qədər xoş görünmür, mən deyərdim tamamı ilə əksinə! Bikini, mütləq günəşdən qorunmaq üçün papaq, eynək və sevdiyiniz sərinləşdirici içki bundan gözəl daha nə olabilər ki? Dəniz kənarında dostlarla şam yeməyi həmçinin ən sevdiyim yay əyləncələrindəndir, bu haqda növbəti postda.
Caspian Vogue
Аноним
31 июля 2014 11:23Аноним
31 июля 2014 15:38Аноним
4 августа 2014 13:31