26 апреля 2026

8 мая 2015 09:44

YUXUNUN BƏDƏN VƏ ZEHİN SAĞLAMLIĞINA TƏSİRLƏRİ



Hər bir insan həyatının təxminən 20 ilini yuxuda keçirir. Yuxunun həyatımıza müsbət təsirinin fərqində olmasaq da, ona böyük ehtiyac duyuruq. Yuxusuz qalmaq üçün sinir sistemi mərkəzini xəbərdaredici kofeinli içkilərə ehtiyac duyuruq. Qəhvə bunların başında gəlir. "Yuxu" sizə əhəmiyyətsiz gəlməsin, gəlin yuxu haqqında bəzi maraqlı məlumatlara nəzər salaq.

Formada qalmaq və gözəl bədən formasına sahib olmağın bu qədər vacib olduğu bir dövrdə ən böyük müttəfiqimiz yuxudur. Necə yəni? Yuxu zamanı orqanizm enerjisini toplayır. Yaxşı yuxunun arxasından bədən sakit və enerjili olur. Əlbəttə, bunun tərsi də doğrudur: yuxusuz gecələrdən sonra enerji tam şəkildə toplanmır. Bu halda bədənimiz ehtiyacı olan enerjini ödəmək üçün nəyə ehtiyac duyur? Daha çox yeməyə!

Yuxusunu almış insanlar daha az qida ilə qidalanarkən yuxusuz insanlar daha çox yemək yemə ehtiyacında olur. Bu səbəblə yaxşı bir yuxu ən gözəl pəhrizdir. Yuxunun əhəmiyyətli bir digər xüsusiyyəti də qocalmağı gecikdirməsidir. Gecəboyu insan bədəni melatonin və böyümə hormonu ifraz edir. Bu hormonlar fiziki görünüşə təsir göstərir və ən çox miqdarda ifraz edilən saatlar da gecə yarısıdır. Bu səbəblə qırışlarla mübarizə üçün axşam 10-dan səhər 6-7-yə qədər yatmaq lazımdır.

Yorğun və çətin keçmiş bir günün ardından bədənin yuxuda özünü bərpa etməsi yorğunluğu aradan qaldırdığı kimi, yaraları da yaxşılaşdırır. Orqanizmdə sağalmalı yaralar varsa, yuxu yaxşı dərmandır.

Bəs gözəlliyimizi və sağlamlığımızı borclu olduğumuz nizamlı bir yuxu üçün nələr etməliyik? Əslində, cavab çox açıqdır - yüngül yemək. Şəkərli, kalorisi yüksək qidalar, spirtli içkilər gecələr faydalı olan böyümə hormonunun ifrazını azaldır.

Son olaraq, maraqlı bir təfsilatı da qeyd edək. Bəs necə gözəl yuxular görək? Elmi tədqiqatlar sübut etmişdir ki, bu, əslində, çox asandır. Yataq otağınıza yatmadan əvvəl xoş bir ətir sıxmaq gözəl yuxular görməyinizə kömək edəcək. Bildiyimiz kimi, lavanda qoxusu insanı sakitləşdirir və rahat yatmasına kömək edir.

Əgər siz də özünüzə rahat yuxu bəxş etmək istəyirsinizsə, yataq dəstlərinizi yuyarkən Ariel Geldən istifadə edə bilərsiniz. Elə isə indidən sizə xoş gecələr, şirin yuxular arzu edirik.


Просмотров: 1 545

ПОХОЖИЕ СТАТЬИ

Здоровье

19 сентября 2025 09:45

  • 2 647

Здоровье

24 мая 2025 12:16

  • 3 843

Здоровье

22 апреля 2025 12:00

  • 6 036

Здоровье

15 марта 2025 18:35

  • 5 210

Здоровье

8 ноября 2024 11:10

  • 6 902

Здоровье

24 сентября 2023 11:00

  • 15 073

Здоровье

26 апреля 2023 13:50

  • 13 517

Здоровье

11 апреля 2023 09:35

  • 17 691

Здоровье

3 апреля 2023 12:45

  • 16 999

Здоровье

30 марта 2023 11:30

  • 16 106