
Saçlar arqan yağı ilə daha güclü, daha parlaq və daha yumşaq olur...
Pantene-in təbii sintez yağ terapiyası seriyasından olan məhsullarının da tərkibində olan bu qiymətli yağın saça faydalarına birlikdə nəzər salaq!
1. Parlaqlıq və yumşaqlıq: "Maye qızıl" adlandırılan arqan yağı saçları parlaq etməkdə çox təsirlidir. Solğun, cansız və sərt görünən saçlar arqan yağı ilə canlanır, təbii bir parlaqlıq və yumşaqlıq qazanır. Üstəlik, çox qısa bir müddətdə.
2. Rütubət və quruluqla mübarizə: Saçı təbii nəmləndirmək arqan yağının çox əhəmiyyətli bir başqa xüsusiyyətidir. Bu qiymətli yağ saçda və saç dərisində rütubəti saxlayır. Beləliklə, qurumuş və köhnəlmiş saçlara son qoyulur, sağlam və nəm balanslı mükəmməl saçlar əldə edilir.
3. Qırılmalara və tökülmələrə son: E vitamininin saça təsirini artıq hamımız bilirik. Arqan yağı da E vitamini baxımından çox zəngin bir mənbədir. Təbii olaraq qırılmalarla, tökülmələrlə və hətta qoparaq tökülmələrlə mübarizədə arqan yağı həqiqi bir qəhrəmandır. Saç məsamələrinə təsir edən arqan yağı, bu şəkildə saçın elastikliyini də artırır. Arqan yağının bir əhəmiyyətli təsiri də saçların daha tez uzanmasına dəstək olmasıdır.
4. Daha güclü saçlar: Arqan yağının tərkibində E vitamini ilə yanaşı Omega3 və Omega9 kimi doymamış yağ turşuları da var. Arqan yağı bu sayədə saçı gücləndirir, saç məsamələrini və köklərini bəsləyir, hüceyrələrin canlı qalmasını təmin edir. Amma bununla kifayətlənmir; saçın günəş və hava çirklənməsi kimi ekoloji amillərlə daha güclü bir şəkildə mübarizə etməsini təmin edir. Bundan başqa, boya və düzləşdirmə kimi müxtəlif kimyəvi prosesdən keçmiş saçların əvvəlki sağlamlığına qovuşmasına dəstək olur.
5. Asan formavermə: Arqan yağı saçı qətiyyən ağırlaşdırmır. Əksinə, son dərəcə yüngül bir yağ olduğu üçün saça asanca forma verilməsini təmin edir və şişlərin önünə keçir. Saçınızın incə telli, qalın telli, düz, buruq və ya boyalı olması fərq etməz; arqan yağı bütün saç tiplərində eyni təsiri göstərir.