26 апреля 2026

5 апреля 2015 10:13

UŞAQLARLA BAĞBANLIQ



Bağınız varsa, çox şanslısınız. Uşaqlarınızla həm oyun oynaya, həm təbiəti birlikdə kəşf edə bilərsiniz.

Naşı bağbanlara tövsiyələr

- Başlanğıc üçün tez çiçək açan və ya meyvə verən bitkilərə üstünlük verin. Bənövşələr, ətirşah gülləri və mahud çiçəyi zəhmətinizin bəhrəsini dərhal alacağınız bitkilərdir.

- Uşaqlarla həyətdə oynayarkən yaranacaq dağınıqlığı mümkün qədər azaltmaq üçün onları dibçəklərə istiqamətləndirin. Bir çox bağ çiçəyi torpağı çox qazmağı tələb etməz. Məsələn, yazda istər bağa, istər dibçəyə əkə biləcəyiniz məxmər çiçəyi 10 həftədə hər tərəfi çiçəklərlə bəzəməyə başlayır.

- Daha qalıcı və fərqli bir şey etmək istəyirsinizsə, bağınıza peyğəmbər çiçəyi də əkə bilərsiniz. Bu bitkilər mavi çiçəkləri ilə baxçanızın görünüşünü bir anda dəyişdirəcəklər.

- Uşaqlarınız toxum əkmək istəyirlərsə, toxumun bütün inkişaf mərhələlərinin şəklini çəkib təbiəti yaxından izləmələrini də təmin edə bilərsiniz.

- Uşaqlarınızla bağda keçirdiyiniz vaxt ərzində onların öz geyimlərini çirkləndirəcəklərindən qorxmayın. İcazə verin uşaqlarınız bu əyləncəli işdən zövq alsın. Paltardakı palçıq quruduqdan sonra siz onu asanlıqla təmizləyərək ilk öncə maye halda olan Ariel Professional ləkəçıxaran vasitəsindən, daha sonra isə hər hansı Ariel yuyucu tozundan istifadə etməklə 30 dərəcədə normal proqramda yuya bilərsiniz.

Kiçik sahədə bağçılıq

- Bağınızın böyük olmaması bağçılığın imkansız olduğu mənasına gəlmir. Əslində bir çox tərəvəz pəncərə önündə belə yetişdirilə bilər. Pəncərə önündə yetişdirdiyiniz bir tağ pomidor, uşağınızın tarladan süfrəyə ərzaq dövriyyəsini dərk etməsinə kömək edəcəkdir.

- Bu işləri bilən və bağı olan bir qonşunuz və ya qohum-əqrəbanızdan arada bir onlara müşayiət etmək üçün icazə ala bilərsiniz. Əslində, bu onlar üçün də yaxşı olar.

- Ətrafınızda varsa, bir şəhər bağı tədbirində iştirak edin. Bağbanlardan öyrənəcəyiniz çox şey var.

Kiçik tövsiyələr


- Uşaqlarla və torpaqla oynamaq həmişə əyləncəlidir və əhvalı yaxşılaşdırır. Uşağınızı bağçılığa istiqamətləndirərkən bu təkliflər də işinizə yarayacaq:

- Uşaqlarınıza bir lupa götürərək, bağda gördükləri bitki, heyvan və əşyaları zərər vermədən araşdırmalarını deyə bilərsiniz.

- Onlara bəzi çiçəklərin nə qədər gözəl göründüklərini və iy verdiklərini göstərin. Xüsusilə kəpənəklər çıxanda bağçanız uşaqlar üçün daha da cəlbedici olacaqdır.

- Onlara bir yarpaq qurdunun 4 min əzələsi olduğunu söyləyin. Heyrətdən dillərini udacaqlar.


Просмотров: 2 046

ПОХОЖИЕ СТАТЬИ

Здоровье

19 сентября 2025 09:45

  • 2 647

Здоровье

24 мая 2025 12:16

  • 3 843

Здоровье

22 апреля 2025 12:00

  • 6 036

Здоровье

15 марта 2025 18:35

  • 5 210

Здоровье

8 ноября 2024 11:10

  • 6 902

Здоровье

24 сентября 2023 11:00

  • 15 073

Здоровье

26 апреля 2023 13:50

  • 13 517

Здоровье

11 апреля 2023 09:35

  • 17 691

Здоровье

3 апреля 2023 12:45

  • 16 999

Здоровье

30 марта 2023 11:30

  • 16 106