2 ноября 2026

2 июля 2015 15:02

STİLİSTLƏRİN MƏSLƏHƏTLƏRİ: XARİCDƏ TİPİK TURİST KİMİ GÖRÜNMƏMƏYİN YOLLARI



Başqa bir ölkəyə məzuniyyətə gələrkən, heç də mütləq deyil ki, bel çantası və fotoaparatı boynundan asmış tipik turist kimi görünəsiniz. Siz sanki indicə mağazaya getmək üçün evdən çıxmış kimi, gəzintiyə və ya kübar tədbirə hazırlaşırmış kimi qadınsayağı və gözəl qala bilərsiniz! 

Səyahət zamanı rahatlığınızı və komfortunuzu qurban vermədən, öz stilinizi və individuallığınızı qoruyub saxlamaq üçün sadə məsləhətlərimizə riayət edin!

1. Ən yaxşı geyimlərinizi özünüzlə götürün

Məzuniyyət - həmişə bayramdır, və deməli, ona müvafiq olaraq geyinmək lazımdır! Əgər gözəl mənzərəyə tamaşa edərkən əyninizdə özünüzü hamıdan gözəl hiss etdiyiniz bir don olarsa, əhval-ruhiyəniz daha da yaxşı olacaq. Bezdirici turist kimi deyil, cazibədar naməlum qadın kimi görünərsəniz, elə yerli sakinlər də sizə qarşı müsbət ab-havada olacaqlar.

2. Yerli stili öyrənin


Tanımadığınız ölkəyə yollanmazdan əvvəl yerli sakinlərin nə geyindiyinə dair fotolara baxın: onlar hansı rənglərə və tərzə üstünlük verirlər? Bu, lazımi varianta köklənməyinizə və düzgün seçim etməyinizə kömək edəcək. Praktiklik nöqteyi-nəzərindən, kirlənməyən rənglərə üstünlük verməyə çalışın, çünki paltarınızı yumaq, yəqin ki, alınmayacaq.

3. Geyiminizi kombinə edin


Özünüzlə həddindən artıq çox əşya götürməməyiniz üçün bu qaydaya riayət edin: hər paltar ən azı üç paltarla uyğunlaşa bilməlidir. Bu, həmişə fərqli geyinməyinizə və bununla yanaşı, özünüzlə həddindən artıq çox əşya götürməmənizə imkan verəcək.

4. Geyimdə iri loqotiplərdən qaçmağa çalışın

Geyimdə iri və nəzərəçarpan brend adları bir qədər səliqəsiz və iddialı görünür. Bu, idman üslublu geyimdə yolveriləndir, amma bu üslub da elə, bir qayda olaraq, turisti ələ verir.

5. Gözəl və rahat ayaqqabı seçin

Səyahətdə həmişə çoxlu gəzəcəyiniz ehtimal olunur. Amma bu, o demək deyil ki, idman ayaqqabısından başqa rahat ayaqqabı seçmək olmaz. Bəli, hündürdaban ayaqqabıdan imtina etmək yaxşı olardı, amma praktik baletkalar və ya kiçik və möhkəm dabanı olan bosonojka seçmək olar. Yalnız döyənəklərə hazır olmaq üçün mütləq özünüzlə yara bandı götürün.

6. Gülməli polietilen paket və bel çantalarından qaçın

Həmişə özünüzlə içərisinə xəritə, fotoaparat və səyahət üçün vacib olan hər şeyin yerləşdiyi kiçik qadın çantası götürün. Böyük bel çantası isə qoy sizi otel nömrəsində gözləsin. Paketlərdən, imkan daxilində, qaçın, onlar sizin stilinizə şarm qatmayacaq.

7. Aksessuarlar barədə unutmayın


Bəli, muncuqlar, üzüklər, qolbağlar və şarflar - səyahət zamanı ən mühüm əşyalar deyil, lakin məhz onlar bizim obrazımızı tamamlamağa və turistdən zərif qadına çevirməyə kömək edəcək. Tənbəllik etməyin və sevimli aksessuarlarınızı özünüzlə götürün, onlar az yer tutur - onları ayaqqabının içinə qoymaq və ya ciblərə yerləşdirmək olar. Və ən əsası saçlarınızın daima təravətli və kəpəkdən azad görsənməsi üçün Head&Shoulders Əsas Qulluq şampununu unutmayın.

Sizə yaxşı istirahətlər!


Просмотров: 1 207

ПОХОЖИЕ СТАТЬИ