17 апреля 2015 10:08

YUMŞAQ, PARILTILI VƏ YAYIN İSTİSİNƏ DÖZÜMLÜ SAÇLAR



Buruq və ya dalğalı, yüngül dalğalı və ya düz, fərq etməz. Yay aylarının günəşi və rütubəti saçlarınızı çətin bir imtahandan keçirir. Yay boyunca, həmçinin saçlarımızı daha tez-tez şampunlayır və bu şəkildə qurumalarına səbəb olaraq, ağırlaşmasına da yol açarıq. 

Eynilə üzünüzün dərisi kimi saçlarınız da yay boyunca qoruyucu məhsullarla dəstəklənməlidir. Qidalandırıcı və nəmləndirici bir şampun və baxım kremi saçlarınızın daha yumşaq və parıltılı bir görünüşə sahib olmasını təmin edəcəkdir. Bunun üçün siz Pantene-nin nəm terapiyası seriyasından olan şampun və saç kremindən istifadə edə bilərsiniz.

Günəş və isti saçlarınızı zəiflədir və cansız görünməsinə səbəb olur. Onları qorumalı olduğunuzu əsla unutmamalısınız. Xüsusilə də, qaralmaq üçün uzun müddət günəş altında qalacaqsınızsa, kepka geyinərək, yaylıq və ya bandana istifadə edərək və bu vəziyyət üçün istehsal edilmiş xüsusi təbii yağlardan istifadə edərək saçlarınızı qoruya bilərsiniz. Eyni məhsulları hovuza və yaxud dənizə girmədən əvvəl də etmək olar. Saçlarınızı qoruyarkən quruluşuna uyğun bir şampun və baxım kremi istifadə etdiyinizdən əmin olmalısınız. Buruq saçlarda hər yumadan sonra baxım kremi istifadə etmək lazımdır, düz saçlarda iki yumadan birində baxım kremi istifadə etmək yetərli olacaq.

Qulluq kremini saçlarınızın diblərindən uclarına qədər bərabər şəkildə paylayaraq istifadə etməli, yaxalamamışdan əvvəl ən azı 3 dəqiqə saçlarınızda saxlamalısınız. Ardından saçlarınızı yaxalayarkən məhsul qalığı buraxmamağa diqqət göstərməlisiniz.

Saçlarına forma vermək dərdi olmayanlar üçün fen istifadə etmək əvəzinə özbaşına qurumasını gözləmək ən doğrusudur. Fenin verdiyi həddən artıq istilik saçların yumşaqlığını itirməsinə səbəb olacaq.

Mütləq forma verilməli saçlara maliksinizsə, fen istifadə etməlisiniz. Bu halda feni aşağı temperaturda istifadə etməli, başınızdan ən az 15 sm uzaqda tutmalısınız. Yaxşı forma vermək üçün barmaqlarınıza bir miqdar saç köpüyü alıb forma verə bilərsiniz. Bu, yalnız arzu etdiyiniz görünüşə nail olmağınızı deyil, saçlarınızı və saç dərinizi də qorumağınızı təmin edir. Bu şəkildə saçlarınızın həcm itirməsinin qarşısını da almış olarsınız.

Saçınızın formasını qorumaq üçün saç lakı istifadə etmək olar. Əlbəttə, istifadə etdiyiniz saç lakının çox güclü olmaması lazımdır. Vitamin baxımından zəngin laklar saçlarınızı hava çirklənməsinə qarşı da qoruyacaqdır. Jele və vaks saçınızın formasını qoruyarkən diblərdən çox uclara tətbiq etdikdə onların tökülməsinə də mane olur.

Son tövsiyə: Əgər temperatur, həqiqətən, sizə çox təsir edirsə, o zaman salona gedib saçlarınızı kəsdirməyi düşünməlisiniz. Qısa kəsdirməklə yanaşı, uclarını aldıraraq, ya da dalğa verərək də saçlarınızın köklərini qoruya bilərsiniz. Bu şəkildə temperatur başınıza daha az təsir edər və saçlarınız rahat olar.


Просмотров: 2 194

ПОХОЖИЕ СТАТЬИ