3 апреля 2015 10:07

YENİ PALTARLAR YUYULMALIDIRMI?



Tamamən yenidirlər və çox yumşaqdırlar, amma biz birmənalı şəkildə onları yumaq istəyirik! Bəs bu, yaxşı fikirdir? Geyinmədən əvvəl onları yumalıyıq, yoxsa o formada geyinə bilərikmi? Məhz sizin üçün bir sıra praktik tövsiyələr hazırlamışıq. Ardını oxuyun...

Geymədən əvvəl yeni geyimləri yumalıyam?

Bəli, çünki kiçik gözəl paltarınız və ya şirin köynəyiniz sağlamlığınız üçün təhlükəli bəzi kimyəvi maddələr ehtiva edə bilər. Düzünü desək, xlor kimi emal zamanı əlavə olunan bəzi kimyəvi maddələr dərinizin aşınmasına və allergiyalara yol aça bilər.

Plastikləri yumşaltmaq üçün istehsalçılar tərəfindən istifadə edilən "ftalat" geyim naxışları, dizaynları və etiketlərdə mövcuddur. Təkcə udanda təhlükəlidir, ancaq uşaqlar bunları ağızlarına qoya bilər. Geyimlərdə eyni zamanda potensial olaraq aşındırma xüsusiyyəti olan qələvi kimyəvi qalıqlar da ola bilər. Qüsursuz ağ qolsuz köynəklər istehsal etmək üçün istehsalçılar yüksək alkalin tərkibli məhsullar istifadə edir.

Təlaş etməyin! Geyinməzdən əvvəl yeni geyimləri yuyaraq sözügedən kimyəvi qalıqları təmizləyə bilərsiniz.

Yeni geyimlərlə yatmadan əvvəl onları yumalıyam?


Bəli, yuxarıda izah olunan səbəblərə görə bu, yaxşı fikirdir. Yeni köynək və şalvarlar kimi pijamalar/gecə geyimləri də kimyəvi maddələr ehtiva edə bilər. Sadə bir yumaq kifayətdir. Bundan başqa, əgər bazardan və ya bir hazır geyim mağazasından bir çox şəxsin hər zaman təmiz olmayan əllərinin dəydiyi bir geyim alsanız, nə olacaq? Mikroblara dəvətnamə vermiş olarsınız!

Tövsiyə: Gün ərzində geydiyiniz qolsuz köynəklə yatma kimi vərdişiniz varmı? Bu, qətiyyən edilməməli bir şeydir. Yuxu əsnasında bədəninizin təbii olaraq istehsal etdiyi tər, gün ərzində istehsal etdiyiniz tərə əlavə olunur. Nəticədə tərlə qidalanan daha çox bakteriya əmələ gəlir. Bu, yaxşı bir təmizlik nümunəsi deyil və orqanizminizin da pis iy verməsinə səbəb olur!

Bunu öyrənməyiniz yaxşı olar
: Satın aldığınız geyimin içində yuma təlimatları var? Əgər təlimatlar əskikdirsə və ya yoxdursa, diqqətli olun! Bu məhsulun Avropa keyfiyyət standartlarında olması mümkün deyil. Dəri aşınmalarına qarşı diqqətli olun...

İlk yumadan sonra ən yaxşı yuma dövrünü seçin:

Təbii materiallar (yun, anqora, ipək, kətan, kaşmir və s.) hər zaman əldə və soyuq suda yuyulmalıdır.

Sintetik materiallar (neylon, likra, dralon, coolmax lifi, gore-tex parça və s.) streç material ehtiva etmirsə, paltar maşınında yuyula və qurutma maşınında qurudula bilər.

Üzvi pambıq:
Bu tip parçalar hər hansı bir allergiya və ya dəri aşınmasına yol açmaz. Üzvi pambıq hər hansı bir aqro dərman, kimyəvi maddə və ağır metal ehtiva etmir. Ancaq bu materialdan düzəldilmiş bir xalatı ilk dəfə geymədən əvvəl 40°c-de yumaq tövsiyə edilir.

İpək: Materialın üzərindəki boyanın axma ehtimalı olduğu üçün ilk dəfə əldə yumalısınız.

Məxmər və tünd rəngli materiallar:
Tükləri yığan bu tip geyimlər dəsmal kimi ipləri və ya xovu sökülməyə maili materiallarla birlikdə yuyulmamalıdır. Boza çevriləcək qara rəngli geyimlərə diqqət göstərin! Həll: Bu geyimləri lazımi miqdarda yuyucu toz istifadə edərək aşağı temperaturda qısa proqramda yuyun. Ən əsası, tünd rəngli geyimləri və cinsi yuyarkən tərs çevirin.

Rəngli geyimlər: Məsələn, yeni qırmızı köynəyi paltaryuyan maşına qoymadan əvvəl sürətli bir test etməniz tövsiyə edilir. Jaketin bir qolunu çox isti suya salın və daha sonra ağ bir qurulama bezinin üstünə suyunu sıxın. Əgər qurutma bezi çəhrayıya çevrilərsə, bu jaket paltaryuyan maşınında təkbaşına yuyulmalı və ya əldə soyuq suda yuyulmalıdır. Xüsusən, diqqətli olmaq üçün ikinci yumadan əvvəl testi təkrar edin! Əgər geyimləriniz yalnız bir rəngdən deyil bir neçə rəngdən ibarətdirsə, ağ yaxalıqlı qırmızı köynəyiniz və ya mavi ətəkli çəhrayi əlbisəniz varsa, siz yuma zamanı Ariel Professional yuyucu vasitəsindən istifadə edə bilərsiniz.

Qeyd:

Geyimlərinizi yumazdan əvvəl düymələrini düymələməyi və tərsinə çevirməyi heç vaxt unutmayın. Bu sadə üsul geyimlərin zamanla rənglərinin solmasının qarşısını alır. Hətta bunu ilk yumadan başlayaraq vərdiş halına gətirin!


Просмотров: 1 249

ПОХОЖИЕ СТАТЬИ