27 марта 2015 10:10

Qadın Gözəlliyi Təlimi 3



Piter Lyuks ilə addım-addım 40-cı illərdən dalğalar 

1940-cı illərin dəbdə olan saç dalğaları təsirini heç bir zaman itirmədi. Hazırda Hollivud və dəb dünyasının önəmli saç modelləri arasında yer tuturlar. Deyəsən, yumşaq və ipək kimi görünüşləri ilə həmişə ən bəyənilən saç modeli olaraq qalacaqlar. Bu klassik görünüş hər tərzə incəlik və zəriflik qatmağa davam edəcək.

Birinci addım: Bu saç modelinin ən mühüm təsiri təmiz və baxımlı saçlara sahib olmağınızdır. Bu səbəblə Head & Shoulders-in Əlavə Nəmləndirici Qulluq seriyasından kəpək əleyhinə şampun və lak istifadə etməyinizi məsləhət görürəm. Bu məhsulla saç dərinizi nəmləndirərək asanlıqla formalı saçlara sahib olacaqsınız.

İkinci addım: Saçlarınızda o gözəl dalğaları yaratmaq üçün orta qalınlıqda bir maşa götürün. Saçlarınızı fırçaya sarıb yüngül istidə bir müddət saxlayın. Sonra maşanı çıxarıb forma verdiyiniz buruğun formasını qoruması üçün sancaqla bərkidin. Saçınız soyuyanda sancağı çıxara bilərsiniz. Amma tələsməyin, çünki saçınızın forması asanlıqla pozula bilər. Saçınızın hər yerində eyni istiqamətə dalğalar yaradaraq yumşaq bir görünüş əldə edin.

Üçüncü addım: Saçlarınız soyuduqdan sonra buruqları bağladığınız sancaqları götürün, yüngülcə fırçalayın. Bu modelin əsas nöqtəsi saçların daxili və xarici səthində yumşaq bir görünüşə sahib olmasıdır. Bu səbəblə fırçanı mütləq istifadə etməlisiniz. Ancaq çox sərt hərəkətlərdən də çəkinin ki, dalğalar açılmasın.

Dördüncü addım: Saçlarınızın hamısını bir tərəfə yığın. Bunu edərkən saçlarınızı hər zaman ayırdığınız istiqamətin əks istiqamətində yana yığın. Sonra da üstünə bir az saç lakı vurun.

Və nəhayət 1940-cı illərin möhtəşəm Hollivud dalğalarına siz də sahibsiniz. Bu saçı istədiyiniz hər yerdə istifadə edə bilərsiniz. Başınızı dik tutub inamla addımlayın. Hər kəs gözəlliyinizi görsün!


Просмотров: 1 296

ПОХОЖИЕ СТАТЬИ