Kenny Shamilov
Kenny Shamilove Azərbaycanın bir çox dəb jurnalları ilə əməkdaşlıq edir. Hazırda "zovvq" onlayn-jurnalının baş redaktoru və nargismagazine.az saytında "Anketa" rubrikasının müəllifidir.
Sözsüz ki, klassik tərz həmişə öz eyniliyi, lakin aktuallığı ilə digər geyim stillərindən fərqlənib.
Bu stilə sadiq olan məşhurlar sırasında ilk olaraq, dizayner Tom Fordu misal göstərmək olar.
RƏNG
Əsas elementləri ipəkdən olan qara və yaxud da tünd göy rəngli pencək, ağ köynək, qalstuk və yaxud kəpənək, həmçinin qara rəng ayaqqabıdır.
Qara rəngin müxtəlif çalarları black tie geyim tərzinin standart rəngidir. Lakin ümumi qanunlardan kənara çıxaraq, qara rəngi tünd göy və tünd boz rənglərlə də əvəz etmək olar.
PARÇA
Pencək seçərkən onun parçasının 40 faizinin yundan, 40 faizinin ipəkdən və 20 faizinin isə satindən olduğuna diqqət etmək lazımdır. Bu halda pencək bədəninizdə daha kip oturacaq. Onu da qeyd etmək lazımdır ki, pencək və ona uyğunlaşdırılan şalvarın parçası eyni olmalıdır. Qalstuk və kəpənəyin də pencəklə eyni rəngdə olması stili tamamlamağa kömək edir.
DETALLAR
Smokinqin əsas elementlərindən biri pencəyin önlüyünün V şəkilli olmasıdır. Geyim tərzinin ekspertləri önlüyün sol tərəfində cibliyin mütləqliyini məsləhət görürlər. Dekorativ ciblər də pencəkdə xüsusi incəlik yaradır.
Mənbə: buro247.az
Аноним
19 февраля 2014 12:23