
Bəzi uşaqlar boşqablarındakı yeməyi sonuna qədər yeməyincə süfrədən durmurlar, bəziləri isə çəngəlləri ilə önlərindəki yeməklə oynamaqdan başqa heç nə etmirlər. O qədər az yemək yeyirlər ki, və hətta, yemək yeməyə məcbur etmək üçün o qədər vaxt sərf edirlər ki, çaşıb qalırsınız.
Valideynlər bu vəziyyətlərin hər ikisinə də eyni reaksiyanı verirlər: "Görəsən doyunca yeyirmi?". Dərhal narahat olmaq əvəzinə, biraz dayanıb düşünün: Uşağınız xoşbəxt şəkildə qaçıb oynayırsa, tullanıb-düşürsə, onun yemək rejimi haqqında narahat olmağa ehtiyac yoxdur.
Ən vacibi: Uşağınızın yemək rejiminə hörmət edin.
Hər bir ananın mütləq yadda saxlamalı olduğu məqamlar bunlardır:
- Uşağın psixoloji cəhətdən yetkinləşməsi bəzən yavaşlayır və bu da onun yemək rejiminə təsir edir.
- Yemək yemə vərdişləri zamanla dəyişir: Bu bir qayda olmasa da, ümumilikdə 18 aylıq olarkən başlayır və məktəb çağında enerji ehtiyacı artdıqca inkişaf edib dəyişir.
- Xroniki iştahasızlıq xəstəlik əlaməti ola bilər.
- Uşaqların iştaha problemləri biraz da zehni inkişafları ilə əlaqədardır. Əgər müəyyən bir yeməyi yeməyi rədd edirsə, o yeməklə əlaqədar pis təcrübəsi olduğunu düşünə bilərsiniz.
- Bir uşaq "artıq ac deyiləm" deyirsə, ona inanmamaq üçün ümumilikdə heç bir səbəb yoxdur. Boşqabındakı hər şeyi bitirməsi üçün onu məcbur etmək, uşağın öz rejiminin hazırladığı mexanizmləri və toxluq hissi ilə əlaqədar hissiyat prosesini korlayır.
Görünüş önəmlidir
Ani iştaha itməsi bir neçə səbəbə görə ola bilər:
- Məsələn, yuvadakı ilk gündən əvvəlki və ya sonrakı narahatlıq
- Mövsüm dəyişikliyi
- İsti hava
Əgər uşağınız yalnız bir dəfə heç yeməmiş kimi yemək yemişdirsə, narahat olmağa ehtiyac yoxdur. Sonrakı yeməkdə boşluğu dolduracaqdır. Bəlkə süfrədəki yeməklərdən daha cazibədar bir işlə məşğul olmaq istəyir. İçində hər şeydən olan rəngli bir boşqab (bir dilim çörək, biraz pendir, bir neçə qurumuş yemiş, iki-üç küftə, pomidor və kök) iştaha açan bir görüntü yarada bilər. Boşqabdakı yeməkləri əli ilə yeyə biləcəyi hala salaraq daha da cazibədar görüntü yarada bilərsiniz. Digər tərəfdən, yeməyi mükafat və ya cəza olaraq təqdim etmək də, iştaha rejimi baxımdan da çox zərərlidir.
İştaha nə vaxt açılır?
Müvafiq ölçüdə, bildiyiniz bütün iştaha açan oyunlardan istifadə edərək bir boşqab yemək hazırladınız. Lakin yeməyi yenə də rədd edir. Bu halda bunun səbəbini anlamalısınız. Məsələn, iki yemək arasında başqa nəsə yeyə bilər. Ümumilikdə, iki yemək arasında yeyilən qəlyanaltılar və içilən sular ehtiyac olandan daha artıq kalori təmin etdikləri üçün iştahanın kəsilməsinə səbəb olur. Bu halda, uşağınızın yemək rejimini gözdən keçirməlisiniz: Yaxşı səhər yeməyi, ara yeməkləri, şirniyyat və kiçik qəlyanaltıların əvəzinə bir banan və ya kök. Bundan əlavə, uşaqlar süfrədə diqqət çəkmək üçün də yemək yeməyə bilərlər. Bu da uşağın ana və atası ilə hansısa mövzuda rabitə qurmaq istədiyi mənasına gəlir. Nadir hallarda iştahasızlığın səbəbi bir sağlamlıq problemi olur. Çölyak xəstəliyi, müəyyən qidalara həssaslıq və s. səbəblərdən söhbət gedirsə həkimə getmək lazımdır.
Qabları yuyarkən uşağınızı da köməyə çağırın. Yaşı azdırsa ona yüngül işi tapşırın, məsələn qabları qurulamağı. Yaşı çoxdursa, çox çirklənmiş qabları yumağı da ona rahatlıqla tapşıra bilərsiz. Çünki, qabları yumaq üçün istifadə edəcəyi Fairy Platinum çox çətin çirklərin belə öhdəsindən rahatlıqla gələcək və qab yuma prosesi uşağınızın da zövqüncə olacaqdır.