28 декабря 2024

3 августа 2015 14:23

Ariel Gel is on runway! ICMAL VƏ NƏTICƏ - FOTO



Bu aralar İnstagramda xəbərlər var idi ki, Ariel GelGrandezza 6 seçilmiş blogger ilə layihə təşkil edir. . Və bəli, mən o şanslı bloggerlərdən biri seçildim! İlk görüşdə bizə Grandezzadan hədiyyə kartları və Ariel Gel hədiyyə olundu. Hər birimiz özümüzə uyğun fərqli günlərdə look-lar və kombinlər düzəltdik. Əlbəttə ki, mən nostalji zamanlara, new look tərzinə sadiq qalaraq, bu dəfə 3 fərqli moda zamanlarına və 3 fərqli kombinlərə əl atdım. Amma bu o demək deyil ki, mən bu görünüşlərə öz imzamı atmadım. Beləliklə sizə Grandezzada mövcud olan əşyalardan kombinlərimə baxmağa dəvət edirəm! Bu Grandezzada arada hələ də 50% endirim davam edir!



















Keçək bu günkü əsas qəhrəmanımız, bu layihənin səbəbkarı - Ariel Gel məhsuluna! Kiçik test etdim və öz köynəyimi qurban verdim :D Qızların tez-tez makiyaj edərkən rastlaşdığı ləkə problemlərini əks etdirmək istədim və özüm öz istəyimlə köynəyimi "qəflətən" ləkələdim :DƏlavə olaraq, albalı mürəbbəsi ilə də ləkəni möhkəmləndirdim:D Şəkillərdə addımlarla istifadə qaydasını görə bilərsiz:





1. Deməli, köynəyi tonal krem, konsiler, maskara, dodaq lakı (bəli lakı, bu daha qalıcıdı, hətta su ilə yuyanda çətin yuyulur, amma dodaqda heç də ağır hiss olunmur) və albalı mürəbbəsi ilə ləkələdim.

2. Ləkələrin üzərinə Ariel Gel tökdüm.

3. Xüsusi qabarıq üzlü başlıq ilə ləkələrin üzərini sürtdüm.

4. Köynəyi paltaryuyan maşına qoyub üzərinə həmin başlıqda bir qədər Ariel Gel qoydum. Bəli, həmin başlıqla birlikdə, paltaryuyan maşının içinə.

Nəticəni səbrsizliklə gözləyirdim, çünkü ilk dəfə idi bu cür maye yuyucu vasitə olan Ariel Geli test edirdim. Düzünü desəm, sürpriz oldu, çünkü, fikirləşmişdim ki, təxminən 5 ləkədən 2-si yuyular və təmizlənər. Nəticəni sizə təqdim edirəm:





Gördüyünüz kimi ləkələrin 90%-i gedib. Hətta deyərdim 95%-i. Dodaq lakının ləkəsi tam getmədi, məncə, bunun məntiqli açıqlaması var, çünkü dodaq lakı çətin yuyulan və qatı maddədir, məncə 2-ci yumada gedər. Lakin suya davamlı maskaram elə də suya davamlı çıxmadı, Ariel Gel onu, necə deyərlər, məhv etdi!

Beləliklə, köynəyimə heç bir zərər vermədən Ariel Gel yaxşıça onu təmizlədi. Aranızda Ariel Gel işlədən varsa, təcrübənizi bölüşün, biz də bilək. Yox, əgər yoxdursa, almağa dəyər!

Navi Approved!

P.S. Blogger kodeksinə sadiq qalaraq, bütün fikirlərim dürüstdür və şəxsidir.

Nazrin Agarzaeva

http://navistyles.com/

Instagram: https://instagram.com/navistyles_com/

Facebook: https://www.facebook.com/navistyles?ref=hl


Просмотров: 1 379

ПОХОЖИЕ СТАТЬИ