Əziz izləyicilərim, bu gün sizə Grandezza ve
Ariel Gelin bir yerdə iştirak etdiyi bir post yazacam. İlk öncə bundan başlmaq istəyirəm ki, mən çox şadam ki, bu layihədə seçilmiş bloqqerlərdən biri oldum.
Nizami küçəsində gəzərkən Grandezza ticarət evinə dəfələrlə fikir vermisiniz. Vitrin qarşısında dayanarkən, sizə içəri girməyə çağıran parlaq geyimlərdə olan manikenlərə heyran olmamaq mümkün deyil.
Grandezza mağazası Avropanın ən məşhur 142 brendini öz mağazasında cəmləşdirir. Bunlar: WhoisWho, Tedbaker, Napapiji, Frenchconnection, 7forAllmankind, Iceberg, Versus, Desigual, Stuartweitzman, L.K.Benneth, Bric's, MandarinaDuck və b.
Mağaza 4 mərtəbədən ibarətdir, siz oranı gəzərək istədiyiniz markaları cəmləşdirib özünüzə look hazırlıya, ala bilərsiniz.
Məncə, bu möhtəşəm və çox əyləncəlidir,çünki istədiyiniz hər çeşid paltarı ordan tapa bilərsiniz.
1-ci mərtəbədə ayaqqabılar, çantalar, aksesuarlar ve Welton, Profumi, RamonMonegal, HISTOIRES D'EAUX.
2-ci mərtəbə: Gənc, sport ve əlvan rəngləri sevən qızlar üçün ayrılıb, siz hətta 2-ci mərtəbəyə qalxaraq oranın necə möhtəşəm dizaynda olduğunu da görə bilərsiniz, insanın əhvalını yüksək tutur.
3-cü mərtəbə: Qadınların və həmçinin də iş həyatı olan qadınların zövqünə oxşayacaq paltarlar vardır.
Təbii, ki Grandezza oğlanları da unutmayıb: 4-cü mərtəbə isə onlara ayrılıb, həmçinin 4-cü mərtəbədə siz ev aksessuarları da ala bilərsiniz. İndi isə başlayaq. Hazırladığım look Grandezzaya aiddir. Birşeyi də qeyd edim ki, hal-hazırda Grandezzada endirimlər var, qaçırmayın! Bu gördüyünüz rahat, sərin və rəngi tam yayı xatırladacaq paltarı özüm bəyənərək seçdim, çünki sırf mənim tərzimdə olan bir paltardır.
Bu isti yay günlərində seçdiyimiz looklar məncə həm şık, həm də rahat olmalıdır. Ona görə də bu paltarın altına ancaq bu ağ və sadə snikersləri özümə məsləhət görə bilərdim (nəzərə alın ki, çox hərəkətli və yerimdə dayana bilməyən biriyəm).
Çantaya gəldikdə isə qadınların və qızların ən çox işlətdiyi aksessuarlardan biri də çantandır. Çanta seçərkən əslində çox düşündüm (Çünki Grandezzada bütün çantalar çox zövqlə seçilib) amma bu çantanı gördüyüm an "BUDUR" dedim. Rəngi məni məndən aldı. Paltarımda da starı məhz bu çanta ilə tamamlamaq istədim.
Bir daha xatırladım ki bu layihəni gərçəkləşdirən məhz
Ariel Gel oldu. Gəlin qəbul edək ki, bu brendin məhsulları həyatımızı asanlaşdıran vasitələrdən biridir. Bu gün sizlərlə
Arielin yeni Toz və gel gücü 1 arada məhsulunu testdən keçirdəcəyik. Bildiyiniz kimi, biz - qizlar bəzən makiyaj edərkən tələsməyin nəticəsində foundation koftamızın uzərinə tökə bilirik. Məndə də bu hadisə baş vermişdir, düşündüm ki bir yerdə testdən keçirdək və nəticəni görək (nəticə mənə də çox maraqlıdır). Əvvəlcə, Yeni məhsul budur! Deməli baş rolda koftam, onun qəhrəmani ise
Ariel Gel-dir. Öncəliklə koftamın ləkə düşən yerinə Arielin Geli tökürük, Arielin qablaşdırılmasının üzərindəki xüsusi qab vasitəsi ilə yaxşıca sürtürük, daha sonra isə paltaryuyana ataraq 30 derecede yuyuruq. Bu da nəticə! Mən gözlərimə inana bilmədim, çünki ən çətin gedən ləkə
Arielin Gel vasitəsi ilə asanlıqla getdi. Bu möhtəşəmdir!
Leyla Qasımlı
http://thebrandstyle.tumblr.com/