Demək olar ki, hər kəs yay fəslini çox sevir. Amma biz qadınlar bu fəsli kişilərdən daha çox sevirik. Sizcə, niyə? Bilirəm, deyəcəksiz ki, rəngarəng əlbisələrimizi daha çox geyinmək şansımız yaranır. Amma mən bu sevginin tam başqa bir səbəbini kəşf etmişəm. Biz qızlar hamıya etiraf etməsək də, gərək, öz aramızda qalmaq şərtilə boynumuza alaq ki, yayda geyimlərimizi rahatlıqla daha geniş auditoriyaya demonstrasiya etmək fürsətimiz yaranır. Yəni, adətən qışda nə geyiniriksə, geyinək küçəyə çıxarkən look-larımız palto və ya plaşla örtülür. Bu səbəbdən də küçədə və getdiyimiz bəzi yerlərdə dəfələrlə eyni obrazda oluruq. Bu standart deməkdir. Axı, bir xanımın maksimum 5 paltosu və ya plaşı ola bilər.Yayda isə özümüzü podiumdakı kimi hiss edirik. Hər gün cürbəcür obrazlara bürünərək heç bir palto və ya plaş kamuflyajına ehtiyac olmadan, arzumuza çatırıq. Bax, bu məqamda bir əmma ortaya çıxır. Yay geyimlərimizi üst geyimləri ilə (palto-plaş) örtmədiyimizdən onlar çox tez çirklənirlər. Ətraf mühitin və şəhərin tozlu havası geyimlərimizi çirklətdiyi vaxt elə biz özümüz də tez-tez tərləyir, dənizkənarı yerlərdə qumda oturur, partilərdə rəqs edir, meşəyə, dağa, çaykənarına səyahətlərdə zavallı geyimlərimizi çox qısa zamanda çirkləndiririk. Bəzən bizə elə gəlir ki, paltarlarımızı tez-tez yumaqla təmizkar imicimizi qoruyuruq. Ancaq tez-tez yuyulan paltarlarımız qısa zamanda korlana bilər. Demək, geyimlərimiz yay aylarında bizdən daha çox diqqət və qoruyucu yuma istəyir. Geyimlərimizin təmizliyini bu işin peşəkarına etibar etməliyik. Mənim üçün bu işin ustası Ariel geldir. Arielgeli peşəkar saymağımın bəzi səbəbləri var. Bilirik ki, dəb dünyası yeniliklər etməkdən bir an belə usanmır. Müxtəlif geyim formaları kəşf edildiyi kimi, elə müxtəlif parça növləri də yaradılır. Ariel Gel məhz bu məqamı nəzərə alaraq moda industriyasındakı tekstil proqresini yaxından izləyir və bu yeni parçaları qarderobuna daxil edən xanımları dar vəziyyətdən qurtarır. Ariel Gel dəyişən dəb dünyasını diqqətdə saxlayaraq istənilən parçaya uyğun, istənilən ləkəni apara biləcək yuyucu vasitələri axtarış edir. Ariel Gelin son innovasiyası güclü ancaq delikat yanaşma ilə istənilən parçanın ləkələrini dəf edən duru yuyucu mayedir. Ariel gellə geyimlərimə görə narahat deyiləm. Çünki Ariel Gel geyimlərin uzun müddət ilkin təravətini itirməməsi üçün müasir parçaların toxunma mürəkkəbliyini nəzərə alır, hələ üstəlik dəb tendensiyaları gözdən qaçırmır.
Demək hər gün fərqli, həm də təmiz görüntü yarada bilirik. Fərqli demişkən, misal üçün bu dəfə sizə 3 fərqli yaşda olan xanımın, 3 fərqli məkana geyinə biləcəyi kombinləri təqdim edəcəm. Bu kombinləri nəinki, fərqli ünvalara görə düzənləmişəm, mən həm də bir postda sizə bir qadının geyim vasitəsi ilə yaşca necə böyüdüyünü təqdim etmişəm.
Birinci formaşaldırdığım look 20 yaşlarında gənc bir tələbənin rəfiqələri ilə birgə gəzinti və ya kafedə görüşü üçün geyim seçimidir. Bu obraz üçün Grandezza mağazasının kişi bölməsindən açıq səma rəngində bir köynək seçərək onu yenə də açıq lavanda rəngli satin ətəklə kombin etdim. Ən vacib əşyalarımı daşıya biləcək və mənə gəzinti zamanı diskomfort yaratmayacaq kompakt çanta götürdüm. Sport ayaqqabısız heç bir gəzməyə gedə bilmərəm. Rahatlıq üçün seçdiyim ağ rəngli krosslarım klassik ətək, boyfriend köynəyi ilə olan ansambl quraraq daha smart obraz yaratdı. İsti günlərdə gəzinti vaxtı saçlarımla çətinlik yaşamamayım deyə səliqə xətrinə saçlarımı sadəcə adi bir formada yığa bilməzdim. Kreativ davranış üçün son illərin saç dəb trendinə sadiq qalaraq saçlarımı ayaqüstü formada bir tərəfdən hörməyi qərarlaşdırdım. Bütün bu obrazın ən diqqətçəkən üzvü məncə, satin ətəyimdir. Satin parçalar sahibəsinə çox xidmət edir. Hətta 300 yuyulmaya qədər dözə bilirlər. Ancaq istənilən halda düzgün yuyucu vasitə olmasa vəziyyət ağır olacaq. Əgər sizin də satin paltarınız varsa, məndən balaca bir məsləhət. O cür geyimləri Ariel gellə 40 dərəcədə yumaq lazımdır. Yuduqdan sonra isə elə nəm halda ütülənsə, düzgün olacaq.
Kişi köynəyi mavi- NAPAPİJRİ geographic
Ətək - Alberto Zambelli
Çanta - Zatchels
Krossovka- RoccoP
İkinci lookumda isə hardasa 5-6 yaş böyüyərək iş qadına çevrildim. Bu kombinim karyera həyatına atılan, amma işdə də rəngli geyimlərinə sadiq qalan gənc qadın obrazıdır. İlk olaraq kombinimə son illərin trendlerindən olan kyulot şalvar seçdim. Kyulot şalvarların ayaqları qısaltmaq özəlliyini nəzərə alaraq bej rəngli hündür daban stilettolar geyindim. Tünd göy rəngli kyulotun rəngini açmaq üçün isə Höküma Hacıyevanın kolleksiyasından olan lavanda rəngli bluz geyindim. Aksesuar seçimimdə yenə də isə minimalist davrandım. Sadə bir klatç obraz tamamdır.
Kyulot - i BLUES
Klatç - Blue girl blue marine
Bluz - HokumabyHokuma
Stiletto - Cafenoir vera pelle
Üçüncü lookda isə 30 yaş üstü bir xanımın sevgilisi ilə şam yeməyinə geyinə biləcəyi bir variantda obraz yaratmaq istədim. Bu dəfə də lookum üçün lazım olan elementləri Grandezza mağazasından əldə edə bildim. Yenə də kişi bölməsindən olan ən adi bir ağ köynəklə straight biçimli qadın cinslərini uyğunlaşdırdım. Niyə? Çünki hər bir qarderobun bazasınında əsas ailə üzvlərindən biri məhz köynəklərdir. Onunla istənilən obrazları yaratmaq, onunla hər şeyi kombin etmək olar. Bej stilletolar təkrarən köməyimə gəldi. Və beləliklə, kabluklar əslində, cins və köynəyin kişisayağı ruhuna qadınlıq qatmış oldu. Bu cür obrazda səhər işə getmək olar. Axşam isə restorana şam etmək üçün gedərkən şarfla başa çalmaq bağlamaq, rəngli eynək və əlvan dodaq boyasını da işə qoşmaqla iş geyimini amorf etmək olar. Bir cins şalvarı həm işə, həm də ziayfətə getmək mümkündür. Sadəcə aksesuarları çox şeyi həll edir. Qadın geyimləri və aksesuarları ilə kişi qarderobunun bir üzvünü dostlaşdırmaqla kontras yaratmaq olar. Cins demişkən cinsin geyinilə biləcəyi ünvanlar çox olduğu üçün o yuyulmaya daha çox məruz qalır. İstənilən cins materialına düzgün qulluq edilməsə, o əvvəlki heyranlığı yaşada bilməyəcək. Cins parçaları 40 və ya maksimum 60 dərəcədə tərs üzünə yuyun. Özü də Ariel gellə.
Şarf - Menzer Hajıyeva AYGUN_CHİFON red
Ağ kətan köynək - NAPAPİJRİ geographic
Cins şalvar - 7 for all mankind
Stiletto - Cafenoir vera Pelle
Gördüyünüz kimi əslində, detallardan və xırdalıqlardan çox şey asılıdır. Bəzi detalları dəyişməklə yaşımızı azalda, artıra bilərik, bəzi aksesuarları cəmləməklə kişi geyimində çox xanımsayağı görünə bilərik və ya hansısa elementləri look-umuza "dəvət" etməklə bir geyimi iş obrazından ziyafət üçün kombin formalaşdıra bilərik.
P.S. Oxucularımızla paxıl davranmayaraq, şad xəbəri bölüşüb ayrılmaq istərdim. Grandezza mağazasında endirimlər davam edir, ilhamlanın və modabaz olun.
Səma Abiyeva
https://instagram.com/semaabiyeva/
https://www.youtube.com/u
http://analar.az/