3 августа 2015 12:20

HIDDEN HEROES OR GİZLİ QƏHRAMANLAR

Dress - La Petite Robe By Chiara Boni

Shoes - Schutz
Bag - M2Malletier
Earrings - Carlo Zini
All items avilable at Grandezza
Azerbaijan Kalagayi
Makeup By - Nargiz Sakin

Hair - KSpace
Photo - Zaur Najafbayov


Bu günkü post, məncə, klassik və baxımlı xanımların ürəyincə olacaq!



Endirimlərdə heç nə tapmaq olmur deyən xanımlara üzümü tuturam, bu gün Grandezzadan seçdiklərim və sizə təqdim etdiyim bu geyim hal-hazırda davam edən endirimlərdəndir :) Sadəcə bir az səbrli olub, daha diqqətli seçdikdən sonra əmin olun ki, axtardığınız hər şeyi tapacaqsınız.

Elə geyimlər var ki, çox gözəldir, ancaq bir dəfə geyinib kifayətlənirsən. Bilmirəm bu mənim yaşım ilə bağlıdır (əlbəttə özümü yaşlı saymıram, ancaq yaşım artdıqca müdrikləşdiyimi düşünürəm :) ), ya daha bilincli bir alıcı olduğumdan, bir günlük ulduz olan paltarları artıq almamağa çalışıram. Sözümü ona gətirirəm ki, bu gün sizlərə təqdim etdiyim bu paltar hər bir xanımın qarderobunda illərcə geyinə biləcəyi bir tərzdə geyimdir. Sadə cazibədar, ancaq hər dəfə yeni bir saç düzümü və makiyaj ilə stilini dəyişdirə biləcəyiniz bir paltar! M2 çantalarına olan marağım isə heç kəsə sirr deyil. Bu çantalar da ona görə favorimdir ki, hər tərz geyimə uyğundur.

Bu gün xüsusən milli dəyərimiz olan Kəlağayının hər bir xanıma yaraşdığını düşünərək gecə geyimlərimizlə birgə istifadə edilməsini istərdim. Görün necə də zərif və incə görünür...

Yaxşı, endirimlərdən yazdıq, dəbdən danışdıq, bəs bütün bu sevərək əldə etdiyimiz geyimləri qoruyan və uzun ömürlü edən qəhramandan söz açmadım axı sizə.

Bu gün evdə kiçik bir test etdim :)

Böyük qızım Melisə dedim ki:

- Qızım mənə ordan yuyucu tozu getir.

Əlbəttə uşaq qayıtdı ki,

- O nədir, ana?
- Qızım Arieli deyirəm, gətir mənə zəhmət olmasa.

Melis dərhal nədən söz etdiyimi anladı və çamaşır otağına gedib Arieli gətirdi.

Bu reklamın gücü deyil. Bu güvəndir! Xanımlarımızın Arielə olan güvənidir! Mən əminəm ki, bu sualı əksər cavanlara və uşaqlara versək eyni cavabı alarıq! Bu o deməkdir ki, demək olar ki, bütün xanımlar Arielə güvənir və yalnız ondan istifadə edir.

Açığını sizə deyim ki, çox paltarın üzərində yalnız quru təmizləmə işarəsi olur, ancaq mən risk edib bir çox geyimimi Ariel ilə yuyuram. Əlbəttə, yuyacağınız geyimin rənginə və materialına diqqət yetirmək lazımdır, ancaq əksər hallarda Ariel ilə risk etməyə dəyər. Son zamanlar Arielin yeni maye formasında Ariel Geli kəşf etdim. Onu da deyim ki, favorim oldu! Hə, gizli qəhrəman demişkən, mənim gizli və güvəndiyim qəhrəmanım Arieldir! Çünki sevdiyim geyimlərimin uzun ömürlü və ləkəsiz olmasını yalnız ona borcluyam.


























Айнур Гюзель

www.caspianvogue.com/2015/07/16/hidden-heroes

https://instagram.com/caspianvogue/?hl=en

https://www.facebook.com/caspianvogue?ref=hl&__mref=message_bubble


Просмотров: 3 074

ПОХОЖИЕ СТАТЬИ