Gün ərzində olan saatlar heç vaxt kifayət etmir! Ya qaçaqaçdasınız, ya uşaqları məktəbdən götürməlisiniz, ya da ofisdə böyük iclasa tələsirsiniz. Buna görə də yumalı camaşırın sizə hamı üçün vacib olan "özünüzə ayırdığınız zaman" verməsi üçün sizin məşğul qrafikinizə uyğulaşması vacibdir.
Bu faydalı camaşır gününə dair məsləhətlər nəinki paltarlarınızın səmərəli şəkildə təmizlənməsini təmin edəcək, həm də siz hazır olanda sevimli geyiminizin (və uşaqların oyun dəstinin) də hazır olmasını təmin etmək üçün camaşır gününüzü yönləndirəcək!
Rahat Qapaqlı Səbətlər Kirli paltarlarınızın nizamlı və paltaryuyan maşına atılmaq üçün hazır vəziyyətdə saxlanmasını asanlaşdırmaq üçün çanta və qapaqlı səbətlərdən istifadə edin.
• Ailənizdəki bütün şəxslər öz camaşır səbətini parça boyası və ya markerlə işarələsin. Onlar öz camaşırını döşəməyə qoymaq əvəzinə, aid olduğu yerə qoymaq üçün yeni ixtiralarına görə çox həyəcanlı olacaqlar.
• İstifadə edilmiş dəsmalların bir yerdə olmasını və camaşır yuma günündə yuyulmağa hazır olmasını təmin etmək üçün qapaqlı səbəti hamam otağına qoymaqla vaxta qənaət edin.
• Camaşır otağında təmirə ehtiyacı olan paltarlar üçün çanta asın. Bununla da siz boş vaxtınız olanda paltarı təmir etmək üçün cəld götürə və ya çantanın ağzınadək dolmasını gözləyərək, onu dərziyə apara bilərsiniz.
• Camaşır üçün qapaqlı səbətlərinizin yanlarına mıx yapışdırın və ailənizə geyimdə ləkələri və ya maye töküntülərini işarələmək üçün istifadə etməyi öyrədin.
Corablar üçün Həll Yolları Tək corabın itən tayını tapmaq üçün paltar yığını arasından axtarış aparmaq saman tayasının içində iynə axtarmaq kimi cansıxıcı ola bilər. Kiçik geyim parçalarının camaşır otağında itməsinin qarşısını almaq üçün bu məsləhətlərlə özünüzü bu axtarışdan azad edin.
• Qapaqlı səbətinizin yanında ingilis sancağı saxlayın və çirkli corabları atarkən onları topuğundan bərkidərək birləşdirin. Onlar yuyularkən və qurudularkən cüt halda qalacaq.
• Uyğun gəlməyən corabları camaşır otağınızın divarında sancaq lövhəsinə sancın ki, onların taylarını tapanda onlara baxaraq cütləşdirə biləsiniz.
• Ailənizin hər bir üzvünə çirkli corabları və alt paltarları üçün tordan hazırlanmış alt paltarı torba verin. Bundan sonra sadəcə torbaları paltaryuyan maşına qoyun və kiçik parçalar sizin üçün ayrılmış vəziyyətdə qalacaq.
Palta Yumada Çoxbilmişlik Paltarlarınız səliqəli şəkildə ayrıldıqda, vaxtınız olan kimi camaşır otağına getmək asan olur.
• Bir dəfəyə az paltar yuyun. Həftənizi və paltar Yuma yükünüzü hər gün arasında bölməyə çalışın.
• Əgər soyuq suda yuyulmalı olan və ya qurutmada saxlanmamalı olan paltarlarınız varsa, yarlıqları daimi markerlə işarələyin. Onların asanlıqla tanınmasını asanlaşdıracaq və özünüzü yarlığın üzərindəki kiçik şrifti oxumaqdan azad edəcəksiniz.
• Əl altında içərisində yuyucu vasitə olan əlavə şüşələr və qurutma vərəqləri olan qutular saxlamaqla, vaxta qənaət edin. Əvvəlcə mağazaya qaçmaq məcburiyyətində olmadıqda, camaşırınızı daha tez yumuş olacaqsınız.
• Paltarlarınızı 30 dərəcədə
Ariel Gel ilə yumaq təkcə paltarlarınızı həddindən artıq təmiz etməyəcək, həm də sizin elektrik enerjisi ödənişlərinizə də qənaət edəcək. Lenor yumşaldıcısı isə paltarlarınızı təravətli və yumşaq edəcəkdir.
Təzə Qatlanmış Camaşır Yuma qurutma ilə bitmir. Geyimlərinizi şkaflarınızda və siyirmələrinizdə ayrılmış və nizamlı şəkildə saxlamaq üçün bu məsləhətlərdən istifadə edin.
• Ayaqqabı qutuları və ya plastik saxlama konteynerləri siyirmələriniz üçün əla ayırıcılardır. Açıq rəngli corabları tünd rənglilərdən və ya qısaqol köynəkləri büstqalterlərdən ayırmaq üçün onlardan istifadə edin.
• Toxunma paltarların asılması onların genəlməsinə səbəb ola bilər. Bunun əvəzinə, sviterləri güvədən uzaq tutmaq üçün cökə ağacından hazırlanmış lövhəciyi olan dərin siyirmədə saxlayın.
• Yayda soyuq hava geyimlərini dolabda və ya yatağınızın altında saxlamaqla, şkafınızı təmizləyin.
Səliqəli Ütülənmiş Asılqanlarda olan geyimlərin də siyirmələrdə olan geyimlər qədər qulluğa ehtiyacı var. Qarderobunuzun qırışsız və geyilməyə hazır vəziyyətdə qalması üçün qarderobda nizama nail olmaq məqsədilə bu ideyaları sınaqdan keçirin.
• Qırışa-meylli paltarlarınızı quruducudan çıxan kimi asmaq üçün əlavə asılqanlar saxlayın.
• İpək və ya satin kimi zərif parçaların kənara sürüşməsinin qarşısını almaq üçün qısqaclı asılqanlardan istifadə edin.
• Dolabınızı asanlıqla təmizləmək üçün bütün asılqanlarınızı eyni istiqamətdə çevirin. Bundan sonra həmin geyimi geyərkən, onun asılqanını ətrafa sürüşdürün. Altı ayın tamamında hələ də ilkin istiqamətində dayanan paltarları kiməsə verin.
Camaşır yuma prosesini sürətləndirmək sizin üçün işəyarayan üsulun tapılmasından asılıdır. Sadəcə sevimli təmizləmə məsləhətlərindən bir neçəsini seçin və onları artıq sahib olduğunuz gündəlik rejiminizə daxil edin. Siz camaşırlarınızın nizamlılığını yaxşılaşdıracaqsınız və həyatın bütün əyləncələrindən zövq almağa daha çox vaxtınız olacaq.