
Saçlarınızı uzatmaq istəyirsiniz, haçalanmış uclar isə həmişə sizin planlarınızı pozur? Buna son qoymağın vaxtı gəlib çatdı! Haçalanmış uclardan necə xilas olacağınızı öyrənmək üçün sadə məsləhətlərimizi oxuyun.
Zərif qulluq
Saçınızı sərin suda və həddindən artıq tez-tez olmamaq şərti ilə, təbii komponentləri olan şampun və balzamlardan istifadə etməklə yumağa çalışın. Saçları ovuşdurmayın, onları dəsmala yavaşca bükmək kifayətdir. Yaş saçları daramayın və asanlıqla dolaşan sancaq və rezinlərdən istifadə etməyin.
İsti havadan müdafiə
Saçlarınızı fenlə mümkün qədər nadir hallarda və yüksək olmayan temperaturda qurulamağa çalışın.İsti hava - saçların ən qatı düşmənidir. Amma əgər saç şəkilləndirməsi olmadan mümkün deyilsə, Pantene Arqan yağı terapiyasına daxil olan xüsusi qoruyucu spreydən istifadə etməyə çalışın. Gün altında, xüsusilə də çimərliyə gəlmisinizsə, mütləq şlyapa qoyun.
Nəmləndirmə və qidalandırma
Haçalanmış saç ucları - sadəcə nəticədir, buna görə də saçları tam qidalandırmaq lazımdır. Həftədə bir dəfə nəmləndirici maskalar edin və həmişə saç üçün kondisionerdən istifadə edin.
Sağlam qidalanma
Sağlam və gözəl saçların uzanmasını fol turşusu və biotin kimi maddələr stimullaşdırır. Onlar lobyanın, buğdanın, qəhvəyi düyünün və qoz-fındığın tərkibində olur.
Müntəzəm saç kəsimi
"Saçlarımı uzatmaq istəyirəmsə, necə gedib onları kəsdirə bilərəm?" - haqlı olaraq, təəccüblənə bilərsiniz. Amma həqiqət budur ki, saçlarımızı nə qədər tez-tez kəsdiririksə, onlar bir o qədər sürətlə uzanır. Buna görə də, saçların yeni on santimetri qarşılığında bir santimetrindən vaz keçin!
Evdə hazırlanan kosmetika
Saçlara tam qulluq bəxş etmək üçün heç də gözəllik salonuna və çoxlu pul xərcləməyə ehtiyac yoxdur, sadəcə soyuducunu açmaq kifayətdir. Siz gözəl qidalandırıcı maska hazırlaya bilərsiniz.
Bunun üçün sizə aşağıdakı ərzaqlar lazım olacaq:
• Zeytun və ya kokos yağı
• Avokado
• Bal
• Papayya və yoqurt
• Pivə
• Yağlı qaymaq və südün qarışığı
• Çobanyastığı cövhəri
Xüsusi eliksirlər
Saçların ucu üçün xüsusi kosmetikadan istifadə etməyi unutmayın. Məsələn, Pantene Arqan yağı terapiyası saç məhsullarına daxil olan eliksir, saçlarınızı ağırlaşdırmadan kökündən uclarına qədər bəsləyir və gələcək korlanmalara qarşı qoruyur.
Özünüzə haçalanmış saç uclarının tam bərpasını hədiyyə edin və qoy saçlarınız həmişə gözəl, sağlam və gur olsun!