19 марта 2015 10:08

Uşaqlarınızla evinizdə edə biləcəyiniz 10 əyləncəli fəaliyyət



Yağışlı, küləkli və soyuq havalarda evdən çıxmayan uşaqlarda qapalı mühitdə qalmaqdan sanki qızdırma qalxır. Onları bir az rahatlatmaq və xoşbəxt etməyin yolu isə həm bədənlərini, həm beyinlərini məşğul edən fəaliyyətlər tapmaqdır. Ardını oxuyun... 

Qış ayları boyunca uşaqların bayırda zaman keçirmə ehtimalı azalır. Qar-boran, yağışlar, soyuq küləklər onları evdə qalmağa məcbur edir. Ancaq bu, onların enerjilərinin tükəndiyini göstərmir. Uşağınız sizə "Ana bu gün nə edəcəyəm"? deyə soruşduqda, evdə görüləcək maraqlı bir məşğuliyyət tapmaq üçün xəyal gücünüzdən istifadə edin. Onlarla oynamaq çox gözəl başlanğıcdır. Sonra öz yollarını birtəhər tapacaqlar.

Uşaqlarınızı saatlarla məşğul etmək heç də asan iş deyil. Üstəlik bayırda komanda oyunları oynamağa öyrəşiblərsə. Bu səbəblə evdə, oyun zamanı görüləcək gözəl məşğuliyyətlər hazırlamağa çalışın. Bu məşğuliyyətlər bir tərəfdən hərəkət ehtiyaclarını ödəyərkən, digər tərəfdən oxumaq, video oyunu oynamaq və televiziya kimi fəaliyyətləri özündə birləşdirməlidir. Bəzən film seyr etmək, stolüstü oyunlar, şahmat, konstruktorlar, oyuncaq, boyama və kart oyunları da işə yaraya bilər. Aşağıda onlarla birlikdə əylənə biləcəyiniz bir neçə variant tapacaqsınız.

Əgər qonşularınızda həmyaşıd uşaqlar varsa, oyun saatlarını birlikdə keçirmələrini təşkil edə bilərsiniz. Oyunların fiziki fəaliyyətlərlə yanaşı, cizgi filmlər, kitablar və bir az da dincəlməyi əhatə etməsi vacibdir. Onlarla oynayarkən bir yandan da necə öyrəndiklərini izləyin. Birlikdə keçirəcəyiniz beyin fırtınaları xəyal güclərini və zehni qabiliyyətlərini inkişaf etdirəcəkdir. İnternet, televiziya kimi resursları ən aza endirməyə çalışın ki, uşağınız evdə qaldığı zamanı eləcə oturaraq keçirməsin.

Aşağıdakı 10 fikir uşaqlarınızla evdə keçirdiyiniz zaman, həftə sonları və məktəbdən sonrakı saatlarda, ya da qar tətillərinda əyləncəli və maarifləndirici işlərlə və oyunlarla məşğul keçirmək məqsədi daşıyır.

1. Yemək bişirmək


Unu səpin, xəmir yoğurun və piroq, ya da tort hazırlayın. Yemək bişirməyin bu təməl hərəkətləri əyləncəniz olsun. Bu, uşağınıza yemək bişirməyi öyrətməyin də ən yaxşı yoludur. Birlikdə peçenyelər, pitsa və uşaqların sevdikləri başqa yeməkləri bişirə bilərsiniz. Uşaqlar üçün yazılmış resept kitablarından birini alaraq işə başlamağınızı təklif edirik.

2. Rəqs

İndi dəbdə olan mahnılardan birinin sədaları altında uşağınızla rəqs edin. Xüsusilə də uşağınız balet və ya başqa bir rəqs növünü öyrənirsə, siz də onunla birlikdə hərəkətləri təkrarlamağa çalışın.

3. Kukla tamaşası, illüziya və skeçlər

Bu oyunlar xəyal gücünü inkişaf etdirmək üçün əladır. Bəzən siz tamaşaçı olun ki, o oynasın, bəzən siz oynayın, o baxsın.

4. Sehrbazlıq


Əl-göz koordinasiyanı inkişaf etdirən bu oyunlar dostlarla bir yerdə oynamaq üçün əladır.

5. Evdə idman


Qaraja qoyduğunuz bir masa üzərində masa tenisi oynaya, taekvando fəndlərini sınaya bilərsiniz.

6. Peşə və sənətkarlıq

Birlikdə kağızdan təyyarələr və başqa yaradıcı oyuncaqlar düzəldə bilərsiniz. Məsələn, kağızları və ya kartonları boyayaraq yeni il bəzəklərini əvvəlcədən hazırlamağa başlaya bilərsiniz. Bu zaman uşağınızın paltarına düşə biləcək boya ləkələrindən və ya yapıştırıcıdan qorxub oyunu dayandırmayın. İlk yumadan heyranedici ləkə təmizlənməsi ilə seçilən Arieldən istifadə etməklə siz də mükəmməl təmizliyə sahib ola bilərsiniz.

7. Evə bir heyvan

Evdə belə vaxtlarda oyunlarınızda iştirak edəcək bir heyvan bəsləmək nə yaxşı bir fikirdir.

8. Oyunlar


Gizlən-qaç kimi oyunlar ətraf bir az uyğun hala gətirildikdən sonra evdə oynanılan yaxşı oyunlardır. Həmçinin evin müxtəlif yerlərinə gizlətdiyiniz əşyalarla xəzinə ovuna da çıxa bilərsiniz.

9. Elmi təcrübələr

Kağızdan bir yanar dağ düzəldib, bir az sodayla necə partladığını görə bilərsiniz. Başqa təcrübələr aparmaq üçün bir az kitab oxuyun.

10. Musiqi


Uşaqlar musiqiylə məşğul olmağı çox sevir. Bir skripka, bir mandolina dəyərli bir istedadı kəşf etməyə artıqlaması ilə kifayət edər. Bundan başqa, məhəllənizdəki digər uşaqlarla bir balaca orkestr də yarada bilərsiniz. Bir neçə nəfəri yığdıqdan sonra geriyə təkcə bir neçə mahnının notlarını tapmaq qalır.


Просмотров: 8 338

ПОХОЖИЕ СТАТЬИ

Отношения

10 июля 09:15

  • 643

Отношения

16 мая 17:29

  • 1 636

Отношения

23 декабря 2024 12:08

  • 4 172

Отношения

7 ноября 2022 09:34

  • 10 719

Отношения

7 сентября 2022 15:58

  • 12 544

Отношения

7 сентября 2022 14:05

  • 14 395

Отношения

5 сентября 2022 11:01

  • 9 857

Отношения

4 сентября 2022 15:05

  • 13 690

Отношения

4 сентября 2022 13:12

  • 10 702

Отношения

2 сентября 2022 13:21

  • 7 581