15 октября 2015 11:41

UŞAQLARIN OYUN MEYDANÇASINDA OYNAMASI SİZİ GƏRGİNLƏŞDİRİR?



Etiraf etmək istəyirəm: Şübhəsiz ki, oyun meydançası məni gərginləşdirir. Sözün əsl mənasında bu gərginlik oyun meydançasından kənarda - uşaqların toplaşdığı hər hansı bir yerdə daha da artır. Xeyr, bu uşaqların paltarlarının çirklənməsi qorxusu ilə bağlı deyil (bunun üçün mənim istənilən ləkənin öhdəsindən gələn Ariel-im var), yaxud da bərkdən qışqırması və ya yaranan qarmaqarışıqlıq deyil, mən bunların öhdəsindən gələ bilərəm (Salam, mən yaşları 6-dan daha az olan 2 kiçik oğlanın anasıyam). Bu, orada uşaqlarını diqqətdən kənarda saxlayan az sayda valideynlərin və dayələrin olduğu üçün qaçılmazdır. Öz növbəsində bu hal yetkinlik yaşına çatmış digərlərini sözə qulaq asmayan uşaqların hərəkətlərinin xoşagəlməz nəticələri ilə barışmağa vadar edir. Belə ki, onlar nəzarətsiz buraxılan insanlara və ya izahı şübhəli tapşırığa ilişib qalmalı, başqaları onların qarşısını kəsdiyi halda yaşlıların diqqətli gözlərinin müşayiəti ilə öz sıralarına qayıtmağı gözləməli olurlar.

Bu, yaxşı hal deyil və əsəbiləşməyimə səbəb olur.

Başa düşürəm ki, biz uşaqlarımızı enerjilərini sərf edə bilmələri üçün parka aparır, habelə bir valideyn kimi evdə onları əyləndirən yeganə insan olmaq xüsusunda fasilə vermiş oluruq. Ola bilsin ki, siz kiməsə zəng etməlisiniz; digər valideynlərlə söhbətə qoşulmaq, uşaqlara arabir qısa müddət ərzində diqqət yetirmək istəyirsiniz, bütün bunlar basa düşüləndir. Lakin biz bunu yalnız o zaman edə bilərik ki, sizin uşaqların başqa uşaqların qumdan düzəltdikləri oyuncaqlarını onların əlindən almayacağına əmin olmalıyıq.

Vacib məqam: Yerli uşaq muzeyində keçirilən sonuncu ailə gecəsi zamanı mən digər bir qrup uşaqla su oyunu meydançasında əylənən 3 yaşlı uşağımın yanında dayandım. Bu, vəhşi, vəhşi qərb kimi idi. Uşaqların hər biri öz plastik vedrəsini oradakı yeganə su kranından su ilə doldurmaq istəyirdi. Ancaq onlardan iki nəfəri gənc uşaqları dəfələrlə kənara itələyir, cərgədə gözləmək istəmirdilər. Başqa uşaqlara nəyin doğru, nəyin isə səhv olduğunu öyrətmək mənim işim deyil, ancaq vəziyyət nəzarətdən çıxırdı. Digər hirslənmiş valideyn isə vəziyyətə nəzarəti öz əlinə aldı və hər bir uşağa öz növbələrinin nə vaxt çatacağını, sıranı pozanlara isə arxaya qayıtmalı olacaqlarını deyərək onlar üçün aydın seçiləcək sıra xətti yaratdı. Biz bir-birimizə baxdıq, ətrafa nəzər saldıq və çiynimizi çəkdik. Görəsən, digər uşaqların valideynləri harada idilər?

Mən bunu aydınlaşdıra bilmədim. Oğlum su kranı uğrunda mübarizədən yoruldu və biz muzeyin digər hissəsinə yollandıq.

Uşaqlar elə uşaqdırlar. Paylaşmaq və ya cərgədə öz növbələrinin gəlib çatmağını gözləmək onların dərhal ağıllarına gəlmir. Onlara doğru olan şeyləri və hərəkətləri öyrətmək gərəkdir. Mən parkda qışqırıq eşitdikdə dərhal ətrafa boylanır, nə baş verdiyini öyrənməyə çalışıram. Bəlkə bu, mənim uşağımın səbəb olduğu bir problemdən irəli gəlir (etiraf edim ki, bəzən bu belə də olur və onda problemin həllinə çalışıram). Əgər biz öz balacalarımızın istədiyimiz kimi yaxşı kiçik vətəndaşlar olmaları üçün nəzarət edə bilsəydik, valideynlik bizim üçün daha da asanlaşardı.

Bəs siz nə vaxtsa parkda tərbiyə etmənin uğursuz olmağından gərginlik keçirmisiniz?


Просмотров: 1 156

ПОХОЖИЕ СТАТЬИ