24 апреля 2024

20 июня 2015 10:46

ƏYLƏNDİRMƏ SƏNƏTİ



Aşağıdakı asan qaydalar və tövsiyələrə riayət edərək rəsmi bir axşam yeməyi dəvətinə ev sahibliyi edə bilərsiniz. Davamını oxuyun... 

Mükəmməl Ev Sahibi

Olun Axşamın həzin keçməsini siğortalamaq üçün aşağıdakı tövsiyələri istifadə edin:

• Bu özəl dəvət üçün bir tarix müəyyən edin və qonaqlarınızı bu tarixdən ən azı üç həftə əvvəl xəbərdar edin. Qonaqlardan sizə cavablarını çatdırarkən hər hansı bir özəl pəhriz ehtiyaclarını qeyd etmələrini xahiş edin.

• Gəldikləri zaman hər qonağınızı şəxsən özünüz qarşılayın və nə içmək istədiklərini soruşun. Qonaqlarınıza iştaha açan kiçik qəlyanaltılar da təklif edə bilərsiniz.

• Hər kəsin doğru yerdə oturmasını təmin etmək üçün kartlar alın. Bu kartları özünüz də hazırlaya bilərsiniz. Qonaqlarınız oturan kimi bir söhbət açılsın deyə süfrəyə menyu da qoya bilərsiniz, lakin bu şərt deyil.

• Parça salfetlərə üstünlük verin və kağız salfetləri qeyri-rəsmi dəvətlərə saxlayın.

• Yeməklər, içkilər, süfrə və oturma düzülüşü və yemək xidməti istisna olmaqla, qonaqları rahat hiss etdirmək və yaxşı vaxt keçirmələrini təmin etmək isə sizin vəzifənizdir.

• Qonaqlarınıza yeməyin sonunda və ya axşamın müəyyən bir vaxtında qəhvə təklif edin. Hər kəsə təşəkkür etməyi və ayrılarkən xoşluqla sağollaşmağı qətiyyən unutmayın.

• Qonaqlara servis üçün ən gözəl qablarınızdan istifadə etməkdən qorxmayın. Ən çətin ləkələrin öhdəsindən asanlıqla gələn Fairy Platinuma etibar edin.

Qonaqların oturma düzülüşü


Oturma düzülüşü bəzən ev sahibləri üçün çox problem olur. İnsanın nə edəcəyini bilmədiyi bir narahat səssizlik və ya süfrədə qiyamət qopmasından daha pis heç nə ola bilməz.

Mülayim söhbət təmin etmək üçün dəvət etdiyiniz insanların xasiyyətlərini və maraq dairələrini düşünün. Peşələri və ya hobbiləri bir-birinə yaxın olan insanları yaxın otuzdurmağa çalışın. Yaşları bir-birinə yaxın uşaqları varmı? Yoxsa subaydırlar? Bir-birilərindən xoşları gəlirmi? Yoxsa gəlmir?

Hər kəsin xoş vaxt keçirməsi üçün indi sıralayacağımız xarakter xüsusiyyətləri haqqındakı tövsiyələri nəzərinizdə saxlayın.

Ev Sahibi

Mütləq mətbəxə yaxın bir yerdə oturmalısınız ki, qonaqların üzərindən keçmək məcburiyyətində qalmadan, yeməklərin bişib-bişmədiyini yoxlayıb xidməti vaxtında edəsiniz.

Ev sahibliyində sizə kömək edəcək bir yaxınınız varsa (məsələn; həyat yoldaşınız) bu insanla masada qarşı-qarşıya oturun ki, hər kəsə xidmət mövzusunda sizə kömək etsin. Yanında otuzdurun:, siçan, kraliça arı.

Yanında otuzdurmayın: Həyat yoldaşı ev sahibi.

Kraliça Arı

Bu insan tipi danışmağı çox sevir, xüsusilə də özü haqqında danışmaqdan zövq alır. Bu tip insanları, utancaq və səssiz insanların yanına otuzdurmaq yaxşı fikirdir.

Kraliça Arı sazını əlinə aldığı zaman utancaq şəxslər də özlərini səssizlikləri səbəbindən söhbətə yad kimi hiss etməyəcəklər.

Yanında otuzdurun: Siçan və ya ağlı başdan alan.

Yanında otuzdurmayın: Komediyaçı.

Çənəbaz

Bu qonaq hər kəsin işini bilir. Onu əyləncəli görən və dedi-qodularına fikir verməyən birinin yanında otuzdurun. Qəmgin olacağı, onu qıcıqlandıracaq və ya mühakimə edəcək insanların yanında otuzdurmayın.

Yanında otuzdurun: Ev sahibi, ağlı başdan alan və ya deyib-gelən.

Yanında otuzdurmayın: Professor.

Siçan


Elədə şən və xoşbəxt olmayan və əyləncənin ruhuna tam olaraq uyğun olmayan bu insanlar içlərinə qapalıdırlar. Səssiz və utancaq olurlar. Çox sual-cavab etməzlər.

Yanında otuzdurun: Ev sahibi, ağlı başdan alan və ya çənəbaz.

Yanında otuzdurmayın: Özü işində olan və ya professor. 

Ağlı başdan alan

Ağlı başdan alanı hamı sevir. Bu tip insanlar çoxlu iltifat və gülümsəmələr ilə hərkəsin özünü yaxşı hiss etməsini təmin edirlər. Bundan əlavə, sizə xidmət edərkən kömək edəcək və ya mümkün bütün problemləri həll edəcəklər.

Yanında otuzdurun: Kim olursa-olsun. 

Professor

Bu qonaq bütün növ sualların cavabını bilir və hər kəsin danışa biləcəyi hər növ mövzu haqqında mütləq bir fikri var. Ümumilikdə, həmin günün əsas mövzularından və hətta, mübahisə olunacaq mövzulardan danışırlar və beləliklə də süfrədə bir mübahisəyə səbəb olacaqları mümkündür. Açdıqları mövzular nəzarətdən çıxarsa, mövzunu dəyişməyə çalışın.

Yanında otuzdurun: Kraliça arı, komediyaçı və ya ev sahibi.

Yanında otuzdurmayın: Siçan və ya çənəbaz.

Komediyaçı

Hər zaman danışacaqları məzəli əhvalatları olan bu zarafatcıl insan, çənəbaz qədər dözülməz deyil. Yanında oturduğunuz zaman əyləncəli olacaqları mütləqdir və bolluca maraqlı söhbətlər açıb insanları güldürərlər.

Yanında otuzdurun: Çənəbaz və ya siçan.

Yanında otuzdurmayın: Kraliça arı və ya ev sahibi.

Öz işində olan

Bu şəxs qonaqlarınızdan biri ilə öz işində olan biridir, məsələn, yeni bir qız dostu ola bilər... Yəqin ki, heç kim onu əvvəlcədən tanımır və onu tanıdıqları birinin yanında otuzdurmaqda çətinlik çəkəcəklər.

Yanında otuzdurun: Birlikdə gəldiyi insan və ya ev sahibi.

Yanında otuzdurmayın: Siçan.


Просмотров: 1 326

ПОХОЖИЕ СТАТЬИ