27 декабря 2024

18 сентября 2015 09:25

ELEKTRİK DİŞ FIRÇALARI BARƏDƏ NƏ BİLİRSİZ?



Bir zamanlar gündəlik ağız boşluğu baxımı üçün diş fırçası və məcununun yetərli olduğunu hesab edirdilər. Lakin tərəqqi bir yerdə dayanmır-bu gün çoxları dişləri adi fırçalarından daha effektiv təmizləyən elektrik diş fırçalarını seçirlər. Eyni zamanda evdə ağız baxımını daha da təkminləşdirən daha bir texniki yenilik -irriqator adlanan elektrik diş fırçaları populyarlıq qazanır. 

Bu alət yarım əsr bundan əvvəl Amerikada iki dost-diş həkimi və mühəndis tərəfindən icad edilib və patentləşdirilib. Cihaz kifayət qədər ağır idi və xarici görünüşünə görə "osminoq" ləqəbini almışdır. O vaxtdan bəri dəfələrlə təkminləşdirilməsinə baxmayaraq, əməliyyat prinsipi eyni olaraq qalır: bu ağzı su şırnağı ilə təmizləmək üçün nəzərdə tutulmuş hidro-masajdır. İrriqator təkcə dişlərin arasındakı qida qalıqlarını aradan qaldırmır, eyni zamanda diş ətini də yumşaq masaj edir.

Onun əsas vəzifəsi - heç bir fırçanın çata bilmədiyi ağız boşluğu sahələrini təmizləməkdir. Əgər bu cür sahələr uzun müddət yaxşı təmizlənməzsə, bu bir çox problemlərə yol aça bilər. Belə ki, kiçik qida qalıqları bakteriyalar üçün qidalanma mənbəyidir və ağızdan xoşagəlməz qoxuların gəlməsinə, diş minasının qaralmasına, diş çürüklərinin yaranmasına və diş əti iltihabına səbəb olur, bu qinqivit, parodontit və paradontoz kimi xəstəliklərə, bəzən də dişlərin itirilməsinə gətirib çıxarır. Bütün bunların qarşısını ağız boşluğunu diqqətli şəkildə təmizləməklə almaq olar. Bunu stomatoloqun kabinetində də etmək olar-peşəkar təmizləmə maksimum effekti təmin edir. Lakin bu prosedura heç olmasa həftədə bir dəfə tətbiq etmək üçün belə kifayət qədər bahalıdır. Bundan əlavə, o xoşagəlməz duyğularla müşayiət olunur. İrriqatorun istifadəsi isə tamamilə ağrısızdır-su şırnağı qida artıqlarını aradan qaldıraraq və eyni zamanda diş ətini masaj edərək bakteriyalar və diş ərpi ilə mübarizə aparır.

Bundan əlavə: irriqator ortopedik konstruksiyaları effektiv şəkildə təmizləyə bilir. Diş protezləri, kronlar və okklüziyanın aradan qaldırılması üçün aparatlar adi təmizlənmə ilə çətin təmizlənir- adi diş fırçaları hər zaman bütün bənd yerlərini və onların dişlərə və ya yumşaq toxumalara birləşmə yerlərini keyfiyyətlə təmizləyə bilmir. İrriqatroların çoxu WaterJet texnologiası əsasında işləyir - onlarda bütün iş su şırnağının təzyiqinin altında döyünmə (vibrasiya) əsasında həyata keçir.

Oral-B Peşəkar qulluq irriqatoru
mikro qabarcıqlar texnologiyasından istifadə edir. Su və hava qabarcıqları bu alətdə 95:5 nisbətində bir axın kimi xidmət edir. Su şırnağındakı qabarcıqlar ağızda bakteriya və mikrobların miqdarını azaldır və dişləri ərpdən və diş əti iltihabından müdafiə edir. Monopotok (tək axın) rejimində bu irriqator dişarası boşluqları və aşırma sistemini təmizləyir, turbopotok rejimini keçməklə diş əti sahələrini masaj edir və qida qalıqlarını aradan qaldırır.

İrriqatoru adi su, eləcə də ağız boşluğu üçün qarqara suyu ilə doldurmaq olar. İrriqatordan istifadəyə cəhd etmisiniz? Ağız boşluğunun təmizliyinin bu yolla daha effektik olduğunu şahid olmaq istəyirsiz?


Просмотров: 1 284