27 декабря 2024

22 июня 2015 09:59

HEAD&SHOULDERS İLƏ GÜNDƏLİK SAÇLARA QULLUQ RİTUALI

Həyatın gedişinə daxil olan faktorlardan ilham alan Head & Shoulders komandası baş dərisi sağlamlığını təyin edən müxtəlif sahələri tədqiq etmişdir. Buna görə də, dermatoloq Dr. Marta Rendon, Head & Shoulders stilisti Ben Skervin və masaj mütəxəssisi Kush Kumarın başçılığı ilə bir komanda yaradılmışdır. Davamını oxuyun...

Çox tərəfli bir komandadan gələn tövsiyələr sayəsində "Head & Shoulders ilə gündəlik saçlara qulluq ritualı" yaranmışdır. Bu, təbii tərkiblərlə birlikdə baş dərinizə və saçınıza daha yaxşı qulluq etməyinizə kömək edəcək, müxtəlif Head & Shoulders növləri ilə dəstəklənən bir sistemdir. Sizin üçün düzgün ritual hansıdır? Seçin və tətbiq etməyə başlayın!



Ritual 1 - 'Yenilənmə': Head&Shoulders ekstra nəmləndirici məhsul növləri ilə saçlara qulluq

Addım 1 - Ruh Vəziyyəti: Rahat olmağınızı təmin edən bir şərait hazırlayın. Məsələn; qapını örtün, bir neçə şam yandırın və sevdiyiniz bir musiqini səsləndirin.

Addım 2 - Duş: Suyun çox isti olmadığına fikir verin. Nəm saçlarınıza butulka qapağı miqdarında Head & Shoulders ekstra nəmləndirici qulluq şampunu qoyun. Barmaqlarınızı istifadə edərək dairəvi hərəkətlərlə masaj edin. Bunu edərkən, alnınızın tam ortasından yuxarıya doğru saçların başladığı yerin tam ortasında dayanmağa diqqət edin. Yəni qulaqların və gicgahların üstündə dayanın. Badam yağı aromatının mükəmməl qoxusunu içinizə çəkin. Sonra isə, saçlarınızı qurulayın və saç kreminin tətbiq olunmasına keçin. Saç kremini də yaxşıca yaxaladıqdan sonra, növbə ekstra nəmləndirici saç və baş dərisinə qulluq maskasındadır. Maskanı saçlarınızın dibinə masaj ilə tətbiq edin və iki dədiqə gözlədikdən sonra yaxalayın.

Addım 3 - Qurutma və forma vermə: Saçlarınızı məhraba ilə qurulayın (ovuşduraraq deyil, yumuşaq formada) və əgər fendən və ya düzləşdirici vasitədən istifadə etmək planınız varsa, saçınıza əlavə qoruma təmin edəcək istiliyə qarşı qoruyan spreylərdən istifadə edin. Baş dərinizin rahat olması üçün mümkün olduğu qədər saçlarınızı açıq saxlayın.



Ritual 2 - "Təbii Tarazlıq": Head & Shoulders qaşınan baş dərisi üçün rahatlaşdırıcı qulluq

Addım 1 - Ruh Vəziyyəti: Səhərə uğun, əyləncəli və hərəkətli və ya axşamlar sizi sakitləşdirən bir şərait yaradan sevdiyiniz bir musiqini səsləndirin. Zehninizi boşaldın və burnunuz ilə alıb, ağzınız ilə verən formada dərindən nəfəs almağa başlayın. Ən azı üç dəfə bunu təkrarlayın. Sakitliyi içinizə çəkərkən; stresi çölə çıxarın.

Addım 2 - Duş: Suyun çox isti olmadığına fikir verin, çünki həddindən artıq istilik baş dərisini zədələyir. Butulka qapağı miqdarında Head & Shoulders rahatlaşdırıcı qulluq məhsulundan nəm saçlarınıza tətbiq edin və baş dərinizi masaj edin. Barmaqlarınızla qulaqlarınızdan başınızın üstünə doğru baş dərinizə masaj edin. Bu, qan dövranı sayəsində lazımi oksigenin beyinə və əzələlərə getməsini təmin edəcək. Baş dərinizi rahatlaşdıracaq bir məşq edin. Sonra əzələ gərginliyini azaltmaq üçün hər iki əlinizin barmaq ucları ilə başınızın dərisini ovuşdurun.

Addım 3 - Qurutma və forma vermə: Yavaş-yavaş qurudaraq saçdakı artıq suyu götürün və nəmli saçlarınızı geniş dişli daraqla darayın. Baş dərisinin "nəfəs alması" üçün həftədə ən azı bir dəfə saçlarınızı özü quruması üçün açıq saxlayın.  



Ritual 3 - "Canlandırıcı ahəng" üçün öz sevdiyinizi seçin: Head & Shoulders rahatlaşdırıcı qulluq, Head & Shoulders ekstra nəmləndirici qulluq və ya Head & Shoulders həssas baş dərisinə qulluq

Addım 1 - Ruh Vəziyyətinizi Tənzimləmə:
Yatmaq əvəzinə yataqdan qalxın və birbaşa duşa girin!

Addım 2 - Duş: Duşun çox isti olmadığından əmin olun və seçdiyiniz Head & Shoulders şampunundan butulka qapağı miqdarında ovucunuza tökün. Yavaşca nəfəs alın və şampunun qoxusundan həzz alın. Alnınızdakı saç cizgisindən başınızın üstünə doğru barmaqlarınızın ətli tərəflərini istifadə edərək geniş hərəkətlərlə masaj edin. Baş dərinizi yenidən canlandırmaq və saçlarınızı qalınlaşdırmaq üçün sürətli və yumuşaq şəkildə dərinizi ovuşdurun. Bu, boyun və çiyinlərdəki yorğunluğun azalmasına kömək edir. Boynunuza yaxın yerdəki baş dərinizin mərkəzindəki peysər sümüyünü masaj edin. Əgər ehtiyac olarsa, saçlarınızı yaxalayın və bunu yenidən edin. Sonra saçınızı isladın və Head & Shoulders saç kremini tətbiq edin. Saç yumşalana və su təmiz axana qədər saçlarınızı yaxalayın.

Addım 3 - Qurutma və forma vermə:
Əvvəlcə saçlarınızdakı artıq suyu məhraba ilə qurulayın. Sonra isə fen ilə tamamilə qurulayın. Ardınca isə saçlara forma verən vasitələr ilə istədiyiniz formanı verin.

Head & Shoulders
ilə saçlarınızdan zövq alın!


Просмотров: 1 314