8 ноября 2026

28 сентября 2015 11:59

BALQABAQ VƏ QARĞIDALI İLƏ MƏRAKEŞ ÜSULU TOYUQ



Mətbəxinizə Afrika həyəcanı qatmaq və yaxınlarınızı orijinal bir yeməklə sevindirmək istəyirsiniz? Balqabaq və qarğıdalı ilə Mərakeş üsulu toyuq hazırlayın! 

Tərkibi (4 porsiya üçün)

• Toyuq budu - 750 q
• Böyük soğan - 180 q
• Zeytun yağı - 10 ml
• Kərəviz - 75 q
• Sarımsaq - 15 q
• Mərakeş üsulu "chermoula" sousu - 15 ml
• Tomat pastası- 70 q
• Zirə toxumu - 10 q
• Balqabaq - 300 q
• Öz şirəsində konservləşdirilmiş pomidorlar- 400 q
• Toyuq bulyonu- 500 ml
• Qarğıdalı dənləri- 250 q
• Çerri pomidorları- 250 q
• Göyərti - bəzək üçün

Hazırlanma qaydası

1. Əvvəlcə zeytun yağını altı qalın qazanda isidin, xırda doğranmış soğanı və kərəvizi qızardın.

2. Toyuğu kiçik parçalara ayırın, incə doğranmış sarımsaq ilə qarışdırın və qızılı-qəhvəyi rəngə çalanadək bir neçə dəqiqə qızardın.

3. Toyuq bulyonuna "chermuola" (bu sous üyüdülmüş yaşıl keşniş, limon şirəsi, sarımsaq, zirə, koriandr (keşniş toxumu) və zeytun yağından hazırlanır) , tomat pastası, zirə toxumu, qarğıdalı və kub şəklində doğranmış balqabaq əlavə edin. Yavaşca qarışdırın və 1 dəqiqə qızardın.

4. Yeməyi və konsevrləşdirilmiş pomidorları bulyona əlavə edin, qaynayana kimi saxlayın, qazanın qapağını örtün, 30 dəqiqə ərzində bişirin.

5. Yemək hazır olduqda onu göyərti və çerri pomidorları ilə bəzəyin.

6. Nuş olsun ! Yeməkdən sonra yağlı qablarınızı Fairy Platinum ilə yumağı unutmayın!


Просмотров: 2 366

ПОХОЖИЕ СТАТЬИ

Гурмания

3 августа 23:13

  • 1 472

Гурмания

11 июля 09:26

  • 1 714

Гурмания

1 июля 17:47

  • 2 320

Гурмания

4 июня 18:35

  • 1 766

Гурмания

5 мая 19:19

  • 1 949

Гурмания

13 февраля 16:03

  • 2 199

Гурмания

10 февраля 18:33

  • 2 053

Гурмания

1 января 10:23

  • 2 219

Гурмания

31 декабря 2025 13:40

  • 2 166

Гурмания

31 декабря 2025 10:52

  • 2 057