15 мая 2015 09:41

SUPER SÜRƏTLİ YAZ TƏMİZLİYİ



Yaz təmizliyini düşünmək belə başınızı ağrıtmağa kifayətdirsə, deməli, bu işi sürətləndirəcək bir rəhbərə ehtiyacınız var. Praktik, vaxt qazandıran bir neçə məsləhətlə evinizi sürətli bir şəkildə təmizləyə bilərsiniz.

İş bölgüsü mühümdür

Vaxtınızın çoxunu uşaqlarınızın tör-töküntüsünü yığışdırmaqla keçirirsiniz. İndi isə sıra onlardadır, kömək etməyə məcburdurlar. Onlara sadə, öhdəsindən gələ biləcəkləri işlər tapşırın. Məsələn, tozları ala, yerləri silə, zibili ata bilərlər. Daha böyük uşaqlar isə vanna otağını təmizləyə və tör-töküntünü yığışdıra bilərlər.

Yuma işləri

Həmişə yuduğunuz şeylərdən danışmırıq, arada yuyulanlara nəzərdə tuturuq. Yastıq üzləri, süfrələri, pərdələri yumaq ağır bir iş kimi görünür, elə deyilmi? Əslində isə elə deyil. Ariel Gel ilə yuxarıda sadalananların hamısını asanlıqla yuya biləcəksiniz. Birinci elə məhz bu işinizi görün, digər işlərinizlə məşğul olarkən paltaryuyan maşın problemi həll etmiş olacaq. Yuyub qurutduğunuz süfrələriniz is evinizin təmizlik hissini artıracaq.

Mebellərin yerini dəyişin

Yaz təmizliyi evi təravətləndirmək üçündür. Bunun ən radikal yolu da əşyaların yerini dəyişməkdir. Stulların və kresloların yerini dəyişin. Mümkündürsə, otaqların da avadaqlarını dəyişdirə bilərsiniz. Beləliklə, təptəzə bir eviniz olacaq. Dəyişikliklər bitdikdən sonra evinizin havasını dəyişdirin, onu pis qoxulardan azad edin. Bununla evinizə yeni təravət qazandırmış olacaqsınız.

Son işlər

Təmizliyi bitirdiniz? Növbə güllərdədir. Mövsümü güllərdən bir buket düzəldib qonaq otağının görünən bir hissəsinə qoyun. Girişi və vanna otağını da güllərsiz qoymayın. Bu, evinizin havasını dəyişdirməyin ən asan və sürətli yoludur.


Просмотров: 1 302

ПОХОЖИЕ СТАТЬИ

Гурмания

13 февраля 16:03

  • 1 769

Гурмания

10 февраля 18:33

  • 1 628

Гурмания

1 января 10:23

  • 1 969

Гурмания

31 декабря 2025 13:40

  • 1 917

Гурмания

31 декабря 2025 10:52

  • 1 827

Гурмания

30 декабря 2025 08:50

  • 2 067

Гурмания

26 декабря 2025 18:00

  • 1 779

Гурмания

19 ноября 2025 12:38

  • 1 876

Гурмания

14 ноября 2025 12:35

  • 1 685

Гурмания

13 ноября 2025 20:01

  • 3 683