29 августа 2026

23 апреля 2015 11:10

QURUT, SAXLA, İSTİFADƏ ET!



Evdə qurudulmuş tərəvəz və meyvə hazırlamaq istərdinizmi?

Ənənəvi üsulları şəhər həyatına uyğunlaşdırıb istifadə etmək xoşunuza gəlirsə, tərəvəz və meyvələri qurutmaq da xoşunuza gələcəkdir. Yaz mövsümünün bir-birindən ləzzətli tərəvəz və meyvələri əsrlərdən bəri günəşdə qurudulur, daha sonra istifadə edilmək üçün saxlanılır. Bu proses üçün iri qurutma maşınları da seçilə bilər. Qurutma əməliyyatını evdə edərkən isə son dövrdə istehsal olunan mini qurutma sobalarını və ya normal sobanızı istifadə etmək olar. Qurutma əməliyyatı tərəvəz və meyvələrdə olan su miqdarını 80-90 faizdən 10 faizədək azaldır və bu şəkildə daha uzun müddət qalmalarını təmin edir.

BUNLARA FİKİR VERİLMƏLİDİR

• Qurudulacaq tərəvəz və meyvələri seçərkən kal və ya çox yetişmiş olmamasına diqqət edin. Bundan başqa, çürüyü də olmamalıdır.

• Tərəvəz və meyvələrin saplarını, yarpaqlarını, tumlarını təmizləyin və yaxşıca yuyun.

• Daha tez quruması üçün xırda-xırda doğrayın; ən çox 2-3 sm olsunlar.

• Qaralmaması üçün meyvələri limonlu suda 1 dəqiqə saxlayın.

• Tərəvəz və meyvələri yağlı kağız sərilmiş soba siminin üzərinə düzgün şəkildə yerləşdirin.

• Sobanı 50-60 dərəcəyə gətirin; temperatur yüksək olmamalıdır. Qurutma prosesinin, adətən, 7-8 saat davam etdiyini unutmayın.

• Tərəvəz və meyvələrin quruyub-qurumadığını anlamaq üçün ortadan ikiyə bölün; asanlıqla qırılırsa, qurutma əməliyyatı uğurla başa çatmış deməkdir.

• Qurumuş tərəvəz və meyvələri hava keçməyən qablara yerləşdirib günəş şüası düşməyən və rütubətsiz bir yerdə saxlayın.

Ən çox qurudulan tərəvəz və meyvələrin; alma, armud, şaftalı, alça, albalı, gavalı, ərik, üzüm, əncir, tut, badımcan, bibər, balqabaq, bamiyə və lobya olduğunu da son olaraq qeyd edək.


Просмотров: 5 023

ПОХОЖИЕ СТАТЬИ

Гурмания

3 августа 23:13

  • 1 000

Гурмания

11 июля 09:26

  • 1 579

Гурмания

1 июля 17:47

  • 1 884

Гурмания

4 июня 18:35

  • 1 704

Гурмания

5 мая 19:19

  • 1 877

Гурмания

13 февраля 16:03

  • 2 132

Гурмания

10 февраля 18:33

  • 1 970

Гурмания

1 января 10:23

  • 2 175

Гурмания

31 декабря 2025 13:40

  • 2 115

Гурмания

31 декабря 2025 10:52

  • 2 002