29 марта 2024

2 октября 2015 13:35

PALARLARA DAHA YAXŞI QULLUQ ETMƏK ÜÇÜN MƏSLƏHƏTLƏR



Əmin olun ki, qarderobunuz yaxşı təşkil olunub və geyimləriniz uzun müddət sizə xidmət edəcək.

Baxmayaraq ki, paltarlarınızı qoruyan, onların keşiyini çəkən eşik ağasına sahib olmaq şansınız yoxdur, kiçik bir qayğı, sevgi ilə onların uzun müddət sizə xidmət göstərməsini təmin edə bilərsiniz.

• Paltarınızın yaxşı vəziyyətdə olmasına nəzarət edin.

Paltarları çıxardığınız zaman onları asın, bu yolla hətta baş verdiyi zaman fərqində olmadığınız hər hansı bir kiçik ləkə və ya çirk dərhal gözə çarpacaq.

• Hər hansı bir ləkəni dərhal aradan qaldırın.

Onlar vaxt keçdikcə tədricən paltara hopa və ya oksidləşə bilərlər, nəticədə onları aradan qaldırmaq daha çox əmək tələb edəcək.

• Səliqəsizliyi aradan qaldırın.

Hal-hazırda geyinmək istədiyiniz paltarlar üçün otaqda yer ayırmaq məqsədilə mövsümü keçmiş paltarları çardaq, zirzəmi və ya çarpayının altında saxlayın. Bu yolla əşyalar qırış tutmayacaq və üzərinə toz toplanan paltar yığınları olmayacaq.

• Saxlanılan paltarlar üçün hava keçirməyən konteynerlərdən istifadə edin.

Bu onların güvəyə məruz qalma təhlükəsini azaldacaq.

• Geyimlərinizi təravətləndirin.


Uzun müddət geyinmədiyiniz hər şeyi istifadə etmədən əvvəl yuyun. Əks halda, yuyucu məhsulların ətri tədricən itəcək və geydiyiniz paltarlardan ikinci əl mağazalarının kifli qoxusu gələcək. Paltarınızın təmiz, təravətli və yumşaq olmasını istəyirsinizsə, yuma zamanı Ariel Gel yuyucu vasitəsindən və Lenor yumşaldıcısından istifadə edin.

• Düymə və sapları müvafiq qaydada yerləşdirin.

Təzə paltarların üstündə gələn ehtiyat düymə, rəngli saplar və ya digər muncuqları həmişə tapa biləcəyiniz bir yerdə saxlayın, məsələn, tikiş qutusunda. Bəli, 6 ay ərzində onlara ehtiyacınız olmaya da bilər, amma istədiyiniz zaman onları asanlıqla tapa bilərsiniz.


Просмотров: 1 317

ПОХОЖИЕ СТАТЬИ