Daha parlaq və bəyaz dişlərə sahib olmaq istəyirsinizmi? Sədəf kimi ağ dişləriniz solğun boz və sarı ləkələr sayəsində əvvəlki parlaqlığını itirib?
Dişlər üzərində ləkələr yaşlanma ilə bağlı meydana çıxa bilər, lakin bir sıra ərzaq və içkilər, hətta ağız yaxalayıcıları belə dişlərdə ləkələrin əmələ gəlməsinə səbəb olur. Ev şəraitində istifadə edə biləcəyiniz vasitələr dişlərinizin ağardılmasına kömək edəcəkdir. Dişlərinizdə ləkə yaradan maddələrin qəbulundan imtina edərək onların solğunlaşmasının qarşısını alın. Parlaq təbəssümünüzü geri qaytarmaq üçün dişlərinizin ağardılmasına kömək edən bu ipucularından istifadə edin.
1. Dişlərinizi ev şəraitində özünüz ağardın Səthi ləkələri özünüz aradan qaldıra bilərsiniz. Ev şəraitində istifadə edilən bir sıra diş ağardıcı məhsullar-dəstlər (gellər), zolaqlar və diş məcunları ləkələrin rəngini aça bilər. Hətta istifadə edə biləcəyiniz bir çox xalq təbabəti üsulları da var. Aptek rəflərində düzülən diş ağardıcı məhsullar sarı dişlərin ağardılması üçün yumşaq ağardıcıdan istifadə edir. Diş məcunlarının tərkibində olan abraziv və kimyəvi maddələr səthi ləkələri aradan qaldırmağa kömək edir. Dərin ləkələr üçün isə diş həkiminin köməyinə ehtiyacınız ola bilər.
2. Diş ağardıcı dəst Ev şəraitində istifadə edilən diş ağardıcı dəstin tərkibində həm dərin, həm də səthi ləkələri aparan və, həqiqətən, təbii diş rənginizi dəyişə bilən karbamid peroksid adlı ağardıcı maddə var. Dişlərinizdə qəhvə istehlakı nəticəsində yaranmış ləkələr varsa, diş ağardıcı dəst köməyinizə çata bilər. Bir neçə gel ilə peroksid əsaslı geli (kiçik fırça ilə) dişlərin səthinə tətbiq edirsiniz. Digər gelləri isə diş qəlibinə sürtün və onu ağzınıza yerləşdirin. Qəlib gündəlik olaraq (30-45 dəqiqə) bir həftə və ya ondan daha çox istifadə edilməlidir.
3. Ev şəraitində istifadə olunan diş ağardıcı zolaqlar Diş ağardıcı zolaqlar diş ləkələrini aradan qaldırmağa kömək edəcək. Bu zolaqlar çox nazikdir, praktiki olaraq gözlə görünmür və peroksid əsaslı ağardıcı gel ilə örtülür. Onları bir həftə və ya ondan daha çox gündə bir neçə dəqiqə olmaqla istifadə edə bilərsiniz. Nəticələr özünü sadəcə bir neçə günə göstərir və effekti ən azı bir il davam edir. Zolaqlar ilə ağardıcı dəstlərdə (gellərdə) olduğu kimi dramatik nəticələr əldə etmək olmur, lakin zolaqların istifadəsi daha asandır və daha az risklidir.
4. Ağardıcı diş məcunları Dişlərin üzərindəki ləkələri necə aradan qaldıraq? Reseptsiz istifadə olunan diş məcunları, dəstlər (gellər) və mayelər bəzi səthi ləkələri aparmağa kömək edir. Bu məhsullardan bir çoxunun tərkibində yumşaq abrazivlər, kimyəvi və ya cilalayıcı maddələr var. Ağardıcı maddələrdən fərqli olaraq, onlar dişlərin təbii rəngini dəyişmir. Dişlərin və ağız boşluğunun sağlamlığı üçün
Blend-a-med Pro-Expert diş məcunu sizin üçün ideal seçimdir.
5. Daha ağ dişlər üçün xalq təbabəti üsulları Bəzi insanlar hələ də xalq təbabəti üsullarından istifadə etməyi üstün tuturlar. Ev şəraitində dişləri yumşaq şəkildə ağartmaq üçün yemək sodası və diş fırçasından istifadə olunur. Kərəviz, alma, armud və yerkökü kimi ərzaqlar da çoxlu tüpürcək ifrazına kömək edir və bu da dişlərdəki qida qalıqlarını təmizləməyə kömək edir. Şəkərsiz saqqız çeynəmək diş təmizləyici təsirə malikdir və həmçinin tüpürcək ifrazını sürətləndirir. Tüpürcəyin dişlərə faydası: O, diş çürümələrinə səbəb olan turşunu neytrallaşdırır. Nə qədər çox tüpürcək ifraz olunarsa, dişlərdə bir o qədər çox müdafiə olunar.