19 сентября 2025
PrevNext
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930    

24 октября 2015 11:00

AVTOMOBİLDƏ XOŞ SƏYAHƏT



Avtomobilinizi həqiqətən sakit və xoş məkana çevrilə bilərsiniz.

Biz hamımız avtomobilimizdə müəyyən qədər gözəl vaxt keçiririk. Sürücülük, buyurulan işləri yerinə yetirmək, işgüzar səyahətlər... Ancaq avtomobillərimiz tez-tez həyatımızın qalan hissəsi kimi qarmaqarışıqdır.

Əlbəttə, maşının hər guşəsində quru peçenye və meyvə vardır. Ancaq bizim söhbətimiz məhz bu haqda deyildir. Bu barədə narahat olmayın.

Avtomobilinizdə həqiqətən xoş vaxtın təşkili dedikdə biz aşağıdakıları nəzərdə tuturuq:

1. Mənim eşitdiyimi siz də eşidirsiniz?

Audiokitaba, radioverilişə və ya sadəcə istədiyiniz musiqini dinləməklə vaxtınızı sizin üçün dəyərli olan bir şeyə qulaq asmağa sərf edin. Əgər bu, uşaqlarınızı qulaqcıqlarla öz planşetləri istifadə etmələrini təmin etməkdirsə, qoy, belə olsun. Öz smartfonunuzdan istifadə edərək, dinlədiyiniz sevimli hekayənizin harasında qaldığınızı öyrənin. Orada həmçinin, blutuzdan kasset adapterinə və köməkçi porta qoşulmaq kimi avtomobilinizin audio sistemindən istifadə imkanları da vardır.

2. Sürət avtomobili

Siz heç təyin etdiyiniz hədəfinizə çatmısınız? Ancaq siz həqiqətən radioda ifa olunan mahnını xoşlayır və ya yalnız sevimli radiodalğanızda 5 dəqiqə vaxt keçirirsinizmi? Bütün bunlara son qoyun! Özünüzə bir qədər vaxt ayırın və ondan zövq alın. Yaxud əgər sadəcə əlavə tapşırıqlarla məşğul olmazdan qabaq 5 dəqiqə sakitcə oturmaq istəyirsinizsə, bu da gözəl fikirdir. Sizi görən istənilən valideyn: "Ona necə də xoşdur", - deyəcəkdir.

3. Avtomobilinizdə ehtiyat saxlayın

Avtomobilinizdə heç bir ehtiyat olmadığı zaman yüngül qəlyanaltıya, salfetə və ya içki içməyə ehtiyacı olan sərnişinin olması heç də arzu olunan deyildir. Odur ki, avtomobilinizdə həmişə xarab olmayan qəlyanaltı, həmçinin, digər vacib şeylər - uşaq silgiləri, salfetlər, butulkada su və şotka saxlayın. Bir ədəd avtomobil üçün çanta alın və onun içərisini lazımi şeylərlə yenidən doldurmağı unutmayın.

4. Avtomobilinizi səyyar ofisə çevirməyin


Avtomobilinizi işinizin və ya evinizin genişləndirilmiş formasına çevirməyin. Əgər telefonla zəng etmək və ya elektron məktuba sürətli şəkildə cavab vermək istəyirsinizsə, bu, yaxşı fikirdir (şübhəsiz ki, bunu avtomobil idarə edərkən etməməlisiniz). Ancaq avtomobilinizi qaçış vasitəsi kimi hesab edin və hər dəfə təhlükəsizlik kəmərini bağlamağınız sizi qorxutmayacaq.

5. Oturacaq örtülərini təmiz saxlayın

Uşaq oturan maşında oturacağın üstünü örtü ilə örtmək olduqca praktikdir. Təbii ki, bu örtüləri mütəmadi olaraq yumaq lazımdır. Yuyarkən, Lenor paltar yumşaldıcısından istifadə etsəniz, uzun müddət təravət və yumşaqlıqdan zövq alacaqsınız.

Siz sükan arxasında vaxtınızın əksər hissəsini necə təşkil edirsiniz? Zəhmət olmazsa, aşağıda - şərh bölümündə qeyd edin.


Просмотров: 1 054

ПОХОЖИЕ СТАТЬИ

Не женское дело

18 мая 2022 12:56

  • 2 356

Не женское дело

1 января 2017 10:04

  • 4 616

Не женское дело

19 апреля 2016 15:44

  • 5 355

Не женское дело

28 марта 2016 08:48

  • 5 913

Не женское дело

25 марта 2016 13:38

  • 7 644

Не женское дело

24 марта 2016 13:22

  • 6 198

Не женское дело

5 марта 2016 17:09

  • 8 394

Не женское дело

22 февраля 2016 14:55

  • 4 145

Не женское дело

28 января 2016 22:01

  • 3 855

Не женское дело

21 января 2016 17:05

  • 4 246