19 апреля 2025

24 июня 2015 11:42

ÖZGÜVƏN



İnsan özünə 2 halda güvənir: ya çox cahildir, ya da çox təcrübəli.

Bir çox hallarda bizə ən gərəkli ruh halı ancaq və ancaq özgüvəndir. Özgüvənli insan istənilən mühitdə seçilir. Mən özümə güvənən insan olmamışam. Uşaq vaxtı böyük xalalardan ən çox eşitdiyim sözlərdən biri "böyüyəndə qəşəng qız olacaq" sözü idi. İndi o xalalara demək istəyirəm ki, proqnozunuz düz oldu. Qəşəng qız oldum? amma özgüvəni çox gec qazandım.

Çünki uşaqlıqdan belə sözlər eşitməklə böyüyəndə çətin ki, nəsə bir hiss olsun. Yeniyetməlik vaxtını da çox çəkingən biri kimi keçirdiyimi bilirəm. Əlbəttə, deyə bilmərəm ki, mən "başından vur, çörəyini al" kimi aciz tip olmuşam. Çünki lap balacalıqdan sakit də olsam, mənim olanı əlimdə tuta bilirdim və mənə nəyisə elətdirmək çox çətin məsələ idi. Təkliyə və bildiyini eləməyə meyilli idim, heç nə ilə də qorxutmaq mümkün deyildi. İlan xaric 7-8-ci sinifdə oxuyanda anlayırdım ki, belə çəkingənliklə, bacarıqsızlıq nəsə xoşuma gəlmir və dəyişməliyəm bu vəziyyəti. Qohum-əqraba içində, qonaqlıqda mənə ən rahat yer heç kimin olmadığı yer idi. Dəyişməliydim bu vəziyyəti. Və dəyişməyə başlayanda bir neçə mərhələdən keçdim. Qısaca sırlamağa çalışacam onları:

1. Gör-götür


Heç kim anadan olan kimi kommunikasiya mütəxəssisi olmur. Mən də dəyişikliyə başlayanda, ən birinci, başladım xoşuma gələn ünsiyyətcil qohumlarıma baxmağa. Onların necə ünsiyyət qurduğunu, nələrdən danışdığına fikir verməyə. Başlanğıcda çətin idi, amma insanlarla ünsiyyət qurduqca, söhbət etməyə mövzular da yaranır. Və bunun ən gözəl cəhətlərindən biri hər insandan mütləq nəsə öyrənməyindir.

2. YOX deməyi bacar

Bunu demək olar ki, hər yerdə eşidirik. Mənim özgüvən hekayəmdə bu söz xüsusi yer tutur. Məktəb vaxtı və demək olar ki, 20 yaşa kimi insan ətrafdakıların təsirinə daha çox düşür. Əgər sən öz doğrularını qoruya bilirsənsə, nələrsə təklif edən dostlara yox deyə bilirsənsə, nəyin bahasına olursa olsun, dəyərlərini qoruya bilirsənsə, bu insanda özgüvən yaradır. Çünki başqalarının küləyi ilə sovrulanlar çətin hallarda öz yerlərində bərkiyə bilirlər.

3. Təklikdən qorxma

İnsan sosial varlıqdır. Yəni mağaradan gəlmə toplum istəyi olan bir varlıq. Həmişə topa halında olanda insan özünü daha rahat hiss edir. Çox vaxt elə tək qalmaq qorxusu ilə lazımsız insanlarla oturub-durur, uyğun olmayan insanlarla sevgili olur, hətta ailə qururuq. İnsan nə zaman ki, öz təkliyindən qorxmur, özü tək də xoşbəxt ola bilir, o zaman o ətrafına komfort enerjisi yayır. Mənə elə gəlir ki, özü tək xoşbəxt ola bilməyən insan, nədənsə zövq ala bilməyən insan, çətin ki, kimisə xoşbəxt edə bilsin. Əgər insan daima xoşbəxt olmaq üçün, həyatdan zövq almaq üçün kiməsə ehtiyac duyursa, bu ehtiyac hissi tükənmir. Kimsə olanda da nəyinsə ehitiyacı yaranır. Özü ilə tək qaldıqca insan daha təkmilləşir və püxtələşir. Tez-tez tək oturub kofe içirəm, nələrisə düşünürəm, hər hansı bir yerə getmək üçün kimisə axtarmıram. Tək getdiyim kinodanda, məkandan da zövq ala bilirəm. Hər hansı bir tədbirə tək gedəndə də özümə problem etmirəm, bilirəm ki, 10-15 dəqiqə sonra söhbət ediləcək kimisə tapacam və yeni tanışlıqlar qura biləcəm. Amma bütün bu özgüvən uzun müddət qaldığım təkliyin nəticəsidir.

4. Ya həll olunmalı, ya həll olunmalı!


Bəzən xarici görünüş, bəzən daxili çəkingənliklər də bizim öz güvənimizi azaldır. Mənə elə gəlir ki, xarici görünüşlə bağlı kompleksi aşmaq üçün daxili nələrisə inkişaf etdirmək lazımdır. Çünki özgüvən geyimlə, kosmetika ilə deyil. Bəzən görürəm ki, çox bahalı geyimlər geyinən bir qız elə özgüvənsiz davranır ki, bəzən də adi və çox ucuz geyimdə olan bir oğlan bütün qızların diqqətini cəlb edə bilir. Yəni deməyim odur ki, bu enerji daxildən xaricə bərq vurur. Əlbəttə, xarici görünüşlə bağlı problemləri həll etmək özgüvəni artıra bilər. Bəs əgər bu heç vaxt həll olunmayacaqsa, siz həyatı qapı arxasından izləyəcəksiniz???? Saçlarım yağlıdı deyə vacib iş intervyusuna getməyən qızlar, üzümdə dəhşətli civzələr var deyən yeniyetmələr, boyum balacadı deyə kompleks edənlər, mən bunu bacarmaram deyənlər elə çoxdur ki! Hər hansı bir bacarığınızı inkişaf etdirin, yüksək bal toplayın, qüsursuz piano çalın, bir işdə ən yaxşı olmağa çalışın və yavaş-yavaş hiss edəcəyiniz özgüvəndən zövq alın ;) Yeri gəlmişkən mən Head&Shoulders ilə yuyulan təmiz saçlarla özümə daha çox güvənirəm.

5. Bir şeydə ən yaxşı ol!

Tez-tez özgüvənsiz hiss etdiyiniz, qorxduğunuz yerlərdə olun və yavaş-yavaş hiss edəcəksiniz ki, sizə özgüvənli olmaq üçün nələri inkişaf etdirmək lazımdır. "Bunu bacarıram, mən bir işə yarayıram" hissi insana daima müsbət təsir edir. Buna görə də hər gün və hər gün yeni nələrsə öyrənmək, məşq etmək, çalışmaq sizə möhtəşəm hisslərlə geri dönüş edir. Boş-bekarçılıq məhvedici bir şeydir. Mütləq nəyləsə məşğul olmaq və onu inkişaf etdirmək lazımdır.

6. Viruslardan uzaq ol!


Nəzərdə tutduğum həmişə, hər sözü ilə nəyisə kiçiltməyə çalışan, ağzından əsrdə bir dəfə xoş söz çıxmayan, özü bir iş bacarmayıb burnu göylərdə olan insanlardır. Belə insanlardan uzaq olmaq lazımdır. Kim olur olsun, dost, müəllim, iş yoldaşı, sevgili fərq etməz. İstisna valideyinlərdir. Onlar sizə dəstək olmursa, sadəcə olaraq içinizdəki səsə güc verin. Elə insanlarla zaman keçirin ki, onlar sizi yaxşı hiss etdirsin və sizin yaxşılığnızı səmimi qəlbdən istəsin. Qalanlarını vaxtı keçmiş məhsul kimi atın getsin. 

Belə... Burada yekunlaşdırıram. Yazdıqlarım mənim gəldiyim qənaətlərdi. Özgüvənli olmaq sənə həmişə hər yerdə güc verəcək. Daha rahat ol, fikirləşdiklərini dilə gətir, özünü ifadə et məhz öz zincirlərini qırdıqca daha çox özünə güvənəcəksən. Həyat keçir, və sən ya onunla getməlisən ya da gözləməlisən. Mənə görə hər kəsin bir özgüvən hekayəsi var. Başımıza nələrsə gəlir, ya qələbədən sonra, ya ağır itkilərdən sonra bu hissi qazanırıq. Amma küçədə gedərkən, güzgüyə baxarkən özünə güvənən və addımlarından əmin məni görəndə həmişə zövq alıram. Sən də başla və bir özgüvən hekayən varsa, paylaşmaqdan çəkinmə [email protected]

fidanilham.blogspot.com


Просмотров: 3 286

ПОХОЖИЕ СТАТЬИ

Не женское дело

18 мая 2022 12:56

  • 1 652

Не женское дело

1 января 2017 10:04

  • 4 443

Не женское дело

19 апреля 2016 15:44

  • 5 190

Не женское дело

28 марта 2016 08:48

  • 5 751

Не женское дело

25 марта 2016 13:38

  • 7 452

Не женское дело

24 марта 2016 13:22

  • 6 024

Не женское дело

5 марта 2016 17:09

  • 8 170

Не женское дело

22 февраля 2016 14:55

  • 3 953

Не женское дело

28 января 2016 22:01

  • 3 692

Не женское дело

21 января 2016 17:05

  • 4 051