
Bu asan vərdişləri ailə həyatınıza daxil etməklə evinizdə və bağçanızda israfı və kommunal xərclərinizi azaldın.
1. Qazın gözünü qazanın ölçüsü ilə uyğunlaşdırın.
Hamımız qaz və elektrik xərclərinin günümüzdə get-gedə artdığı haqqında xəbərlər görmüşük. Kiçik qazançanı böyük qaz gözünə qoymaqla qazı israf etməyin. Qazanın kənarlarında sərf olunan bu qaz üçün də ödəməli olacaqsınız, lakin onun ailənizə yemək hazırlamağa heç bir köməyi dəyməyəcək.
2. Soyuducunun qapısını tez bağlayın.
Soyuducunun qapısını açdığınız zaman qidalarınızı təzə saxlayan soyuq hava çıxır və otağın isti havası ilə əvəzlənir. Sonra soyuducunuz isti havanı çıxarmaq və temperaturu normal vəziyyətə qaytarmaq üçün çox işləməlidir. Boffins hesablayıb ki, soyuducunun qapısını açıq qoymaq bir ilə 50-dən 120KV/s-a qədər enerji israfına gətirib çıxara bilər. Bu, nə deməkdir? Əla, bu 50 KV/s enerji ilə qabyuyan maşınınız 20 dəfə işləyə bilər. Uşaqlarınız növbəti dəfə soyuducudan şirə çırpışdırdıqdan dərhal sonra soyuducunun qapısını bağlandığına əmin olun. Siz qapının üzərinə "bağla məni" yazısını qoymağı təcrübədən keçirə bilərsiniz. Uşaqlarınızı enerjiyə qənaət etməyə cəlb etmək üçün onlardan sizin üçün bunu hazırlamağı niyə xahiş etməyəsiniz ?
3. Dondurucunu həmişə dolu saxlayın...
Dondurucuda nə qədər boş yer az olarsa, dondurucu da ərzaqları soyuq saxlamaq üçün bir o qədər az iş sərf edər. Əgər dondurucunuz boş görünürsə, onları kub şəkildə olan buzlar və ya buz çantaları ilə doldurmağa çalışın.
4. Lakin soyuducunu həddindən artıq doldurmayın
Soyuq havanın səmərəli işləməsi üçün soyuducunun içərisində dövr etməsi lazımdır. Bunu nəzərə alaraq soyuducunu partlayana kimi doldurmayın.
5. Məhsulların donunu açmaq üçün soyuducudan istifadə edin.
Əvvəlcədən planlaşdırmağa çalışın, nə zaman ərzaqların buzunu açmağa ehtiyacınız yaranacaq və bunu etmək üçün onları soyuducuya qoyun. Bu, soyuducunuzu əlavə enerji sərf etmədən sərin saxlayacaq.
6. Məişət texnikasını elektrik təchizatından ayırın.
Hal-hazırda evinizdə nə qədər elektrik qurğusunun elektrik təchizatına qoşulu olduğunu təxmin edə bilərsiniz? Hər şeydən əvvəl bunun sizin ilk düşündüyünüz rəqəmdən çox olması ehtimalı yüksəkdir. Hətta sönülü olmasına belə baxmayaraq, onların hər biri hələ də enerjini alır. Bu "xəyali" (phantom) enerji kimi bilinir və hər məişət texnikası üçün onun miqdarı kiçikdir. Lakin bütün televizorlar, kompüterlər, mobil telefonlar, mətbəx qurğuları, lampaları və s. nəzərə alsaq, onda enerji istehlakı artır. Aydındır ki, siz soyuducu kimi əşyaları enerjidən ayıra bilməzsiniz, lakin ailənizdə yatmağa getmədən əvvəl, tətilə yola düşdükdə, əşyaları enerji təchizatından ayırmağı vərdiş halına gətirə bilər və bu yolla öz cibinizə qənaət edə bilərsiniz.
7.Qabları çanağın içərisində yuyun və durulayın.
Axan kranın altında qabları yumaq və durulamaq suyu, eləcə də enerjini israf edir. Yumaq üçün bir çanaqdan və durulamaq üçün digər çanaqdan istifadə edin. Ən yaxşı çıxış yolu (bir çox ailələrdə olduğu kimi, sizin də bir çanağınız varsa) ilk əvvəl hər şeyi çanağın içərisində yuyun və onları quruducu rəfin üzərinə yığın. Sonra çanağı təmiz su ilə doldurun və hər şeyi durulayın. Fairy Platinum yuyucu mayesindən istifadə etsəniz, ən çətin gedən yağları asanlıqla tez bir zamanda aparmaqla yanaşı, həm də vaxtınıza qənaət etmiş olarsınız.
8. Qazonbiçən maşının ülgüclərini qaldırın.
Uzun qazonlar daha az su tələb edir. Bu faktdır. Qazonlarınızı bir qədər daha uzun saxlayın və siz enerjiyə və cibinizə qənaət edəcəksiniz.
9. Bitkilərin ətrafını sulayın, onların üzərini deyil.
Suyu yarpaqların üzərinə deyil, bitkinin ətrafındakı torpağa yönləndirməklə bitkinin köklərinin sulayın. Yarpaqların üzərindəki su ehtiyac olan hissəyə çatanadək buxarlana bilər.
10. Mulçadan istifadə edin.
Mulça peşəkar bağbanların gizli silahıdır. O, rütubəti uzun müddət torpaqda saxlayır və nəticədə daha gec sulamaq ehtiyacı yaranır. O, həmçinin torpaqda alaq otlarının çıxmasının qarşısını alır. Qələbə! Qələbə! Elə bu gün güllərinizin yatağını mulçalayın.
Bəs siz kommunal xərclərə qənaət etmək üçün hansı işə yarayan "hiylələri" təcrübədən keçirmisiniz? Lütfən, onları aşağıda bizimlə bölüşün.