17 июня 2015 10:34

PRAKTİK KAPKEYK RESEPTİ



Sevdiyiniz bir insan üçün gözəl bir hədiyyə olacağını düşündüyümüz, çox gözəl görünüşü, hazırlanması rahat olan bir kapkeyk reseptini paylaşmaq istəyirik.

İnqrediyentlərimiz:

• 2 stəkan un
• 1 stəkan şəkər tozu
• 1 paket qabartma tozu
• 1 çay qaşığı duz
• 1 stəkan süd
• 2 çay stəkanı əridilmiş kərə yağı
• 1 çay qaşığı darçın
• 2 yemək qaşığı vanil
• 1 paket qaymaq
• 1 yemək qaşığı kərə yağı
• 1 çay stəkanı pudra şəkəri

Böyük bir kasaya 2 stəkan unu tökürük. Üzərinə 1 stəkan şəkər tozunu əlavə edirik. 1 paket qabartma tozumuzu və 1 çay qaşığı duzu əlavə edib qarışdırırıq. Başqa bir kasaya 1 stəkan südü tökürük. İçərisinə 1 çay stəkanı əridilmiş kərə yağını, 2 yemək qaşığı vanili və darçını əlavə edib qarışdırırıq. Hər iki qarışığı qarışdırırıq. Əvvəlcədən sinimizə qoyduğumuz muffin keks qəliblərimizə bərabər şəkildə doldururuq. Muffin keks qəliblərimizə doldurduğumuz keksləri əvvəlcədən 190 dərəcə temperaturda qızdırılan sobamızda 30 dəqiqə ərzində bişiririk. Bişirdiyimiz kapkeykləri təxminən yarım saat soyumağa qoyuruq. Bir kasaya 1 paket qaymaq, 1 yemək qaşığı kərə yağı və 1 çay qaşığı vanili və 1 çay stəkanı pudra şəkərini əlavə edib krem halını alana qədər mikser ilə qarışdırırıq. Əldə etdiyimiz kremi kapkeyklərimizin üzərinə qaşıq və ya evdə varsa, krem sıxan torba vasitəsi ilə bolluca tökürük. Və kapkeyklər hazırdır.

Çirklənmiş ləvazimatları Fairy Platinum ilə tər-təmiz yuduqdan sonra sevdiklərinizi ləziz kapkeyklər ilə sevindirməyə hazır olun. Onların üzlərindəki sevinc və təbəssüm sizin üçün ən böyük mükafatdır.


Просмотров: 5 995

ПОХОЖИЕ СТАТЬИ

Гурмания

5 мая 19:19

  • 1 074

Гурмания

13 февраля 16:03

  • 1 865

Гурмания

10 февраля 18:33

  • 1 713

Гурмания

1 января 10:23

  • 2 010

Гурмания

31 декабря 2025 13:40

  • 1 952

Гурмания

31 декабря 2025 10:52

  • 1 865

Гурмания

30 декабря 2025 08:50

  • 2 111

Гурмания

26 декабря 2025 18:00

  • 1 810

Гурмания

19 ноября 2025 12:38

  • 1 895

Гурмания

14 ноября 2025 12:35

  • 1 704