6 июня 2015 11:09

SƏRİNLƏDƏN YAZ İÇKİLƏRİ



Bolluca mayeyə ehtiyacımız olan isti yay günlərində ən böyük şansımız ətrafımızda müxtəlif meyvələrin olmasıdır. Həm içinizi sərinlədən, həm də çox faydalı içkiləri hazırlamağın tam vaxtıdır.Davamını oxuyun... 

Vişnədən gilasa, şaftalıdan qaysıya, üzümdən almaya, qırmızı ərikdən limona, qovundan qarpıza kimi, yay əsl meyvə şənliyi dövrüdür. Bu şənliyə biz də qatılaq və bir-birindən sərin içkilər hazırlayaq. Limonadların ən gözəllərini, soyuq çay, meyvə şərbətlərini, smoothie-ləri həm ailəmizlə, həm də qonaqlarımızla paylaşaq.

Limonad həm ənənəvi içkilərindəndir, həm çox xeyirlidir, həm də çox əla sərinlədici içkidir. Üstəlik hazırlanması da çox asandır. Limonların qabıqlarını rəndələmək, şəkər tozu ilə yoğurmaq və limonların suyunu sıxıb hamısını qarışdıraraq süzmək kifayətdir. Sonra, soyuducuda saxlayıb üzərinə su əlavə edərək təklif etməyimiz kifayətdir. Nanə yarpaqları ilə bəzəsək, təklifimizi daha çox gözəlləşdirə bilərik.

İSTƏR LİMONLU, İSTƏR ŞAFTALILI SOYUQ ÇAY


Soyuq çay da isti yay günlərində yaxşı bir seçimdir. Bu dadlı içkini hazırlamaq üçün dəmlədiyimiz və süzdüyümüz çayın içinə darçın çubuğu, nanə yarpaqları, şəkər tozu, limon qabığı rəndəsi və suyunu qatıb süzməyimiz kifayətdir. Sonra soyuducuda saxlayıb buz ilə təklif edə bilərik. Limonun əvəzinə şaftalı suyu və ya kiçik parçalar şəklində doğradığımız şaftalıları da qata bilərik.

Meyvə şərbəti hazırlamaq üçün ən uyğun meyvələr qırmızı ərik və vişnədir. Bu meyvələri bol su və şəkər tozu ilə qaynatmaq, sonra bardaqlara doldurmaq lazımdır. Üstəlik, qatılaşdırılmış halda hazırlasaq bir çox şəxsə çata biləcək qədər meyvə şərbəti əldə etmiş olarıq. Biraz soyuq su və buz əlavə edildikdən sonra bu şərbətlərin dadından doymaq olmur.

Almadan armuda, çiyələkdən kiviyə, şaftalıdan qaysıya qədər bir çox meyvənin suyunu meyvə şirəsi sıxan maşın vasitəsi ilə sıxıb içmək də yayın ən böyük ləzzətlərindən biridir. Bir meyvənin suyu kimi, bir neçə meyvənin də suyunu sıxıb kokteyllər hazırlaya bilərsiniz. Yenə, istər bir, istər bir neçə meyvə ilə hazırlaya biləcəyimiz kokteyllər də yayın seçimləri arasındadır. İstədiyiniz meyvələri kub şəkilli buz ilə birlikdə blenderə atırıq, vəssalam. İstəyənlər şəkər tozu və bal da əlavə edə bilərlər.

İncə şüşə qabların çirklənməsindən qətiyyən narahatçılıq keçirməyin. Bütün növ şüşə qabların təmizliyini Fairy Platinuma etibar edin!


Просмотров: 2 561

ПОХОЖИЕ СТАТЬИ

Гурмания

13 февраля 16:03

  • 1 769

Гурмания

10 февраля 18:33

  • 1 628

Гурмания

1 января 10:23

  • 1 969

Гурмания

31 декабря 2025 13:40

  • 1 917

Гурмания

31 декабря 2025 10:52

  • 1 827

Гурмания

30 декабря 2025 08:50

  • 2 067

Гурмания

26 декабря 2025 18:00

  • 1 779

Гурмания

19 ноября 2025 12:38

  • 1 876

Гурмания

14 ноября 2025 12:35

  • 1 685

Гурмания

13 ноября 2025 20:01

  • 3 683