29 марта 2024

18 апреля 2015 12:21

HƏFTƏLİK EV TƏMİZLİYİ: YADDA SAXLANMALI 6 TÖVSİYƏ



Həftəsonu təmizliyi vaxt aparan işdir. Sizə vaxt qazanmağınız üçün kömək edəcəyik. Ardını oxuyun...

Həftə sonları əyləncəli işlər görmək üçündür. Ancaq əksər qadınlar şənbə və bazar günlərini təmizliyə sərf edir.

Həftəsonu təmizliyi vaxt aparan işdir. İndi sizə təmizlik müddətini azaltmaq məsələsində kömək edəcəyik. İlk və son dəfə həll edilməli bir neçə əsas təmizlik məsələsi var. Və digər hər hansı bir işdə olduğu kimi burada üzərində dayanmaq lazım olan əsas məqam idarəçilikdir. Vaxtınızı idarə edin!

1. "Bu günün işini sabaha qoymayın". Çirkli qabları bir həftə boyunca çanaqda saxlamayın, Fairy Platinum yuyucu vasitəsindən istifadə etməklə siz qablarınızı suda gözlətmədən də asanlıqla yağdan qurtara bilərsiniz. Yuduqdan sonra mətbəx əşyalarını dərhal yerlərinə qoyun ki, mətbəxiniz dağınıq görsənməsin.

2. Hamam təmizliyi, evi süpürmək və ütünün nə vaxt ediləcəyinə qərar verin; hər zaman bu cədvəli izləyin.

3. Dolabda təmizlik materiallarına yer ayırın. Lazım olanı tapmağa vaxt itirməmək üçün yuyucu vasitələri növlərə ayırın.

4. Təmizlik idarəçiliyi "effektiv idarəetmə"dən yaranır. Bitirilməsi lazım olan vaxtı da bildirərək ev işlərini ailə üzvləri arasında paylaşdırın. Təmizliyin diqqət çəkməsi və kömək etmək istəyi doğurması üçün uşaqları kiçik mükafatlarla həvəsləndirmək lazımdır.

5. Təmizləmə prosesini inkişaf etdirin. Güclü bir tozsoran götürərək bir xalçanın eyni yerini dəfələrlə təmizləmə zərurətindən qurtulun.

6. Sistemli olun. Təmizliyə qapıdan başlayın, sonra dairələr cızaraq tavandan döşəməyə enərək təmizliyi tamamlayın. Bu şəkildə heç bir yer nəzərinizdən qaçmaz və bir nöqtə iki dəfə təmizlənməz.

Beləliklə, həftəsonu təmizliyi həmişəkindən daha tez bitəcək!


Просмотров: 1 107

ПОХОЖИЕ СТАТЬИ