7 апреля 2015 10:38

QAB YUMAĞI ASANLAŞDIRAN 7 TÖVSİYƏ



Düzgün yuyucu tozu seçsəniz və planlı şəkildə hərəkət etsəniz, qab yuma işi tez bir zamanda bitəcəkdir. Ardını oxuyun...

Bu, qətiyyən, ümumi ev təmizliyi deyil, lakin "Qabları bu gün kim yuyacaq?" sualı ailədə hamını qorxudan bir sualdır. Düzgün yuyucu tozu seçsəniz və planlı şəkildə hərəkət etsəniz, qabyuma işi tez bir zamanda bitəcəkdir.

1. Tövsiyə: Gözəl əlcək, önlük və süngərlər alın; hər dəfə su kranına yaxınlaşdıqda ruhunuzu canlandıracaq rəngləri seçin.

2. Tövsiyə: Qabları masadan qalxdıqdan dərhal sonra yuyun. Beləcə, qab yumaq ayrıca görülən və arzuolunmaz bir şey olmayacaq, rutin yemək prosesinin bir hissəsinə çevriləcəkdir.

3. Tövsiyə: Yemək bişirərkən bulaşan qab-qacağı dərhal yuyun. Beləcə, yeməkdən sonra su çanağında qablar yığılmayacaq, yalnız bir neçə boşqab, stəkan, çəngəl, qaşıq və bıçaq olacaqdır.

4. Tövsiyə: Çətin yuyulan yağlı qabları uzun müddət suda saxlamağa heç ehtiyac yoxdur. Fairy Platinum ilə hətta sobadan çıxmış yağlı qablarınızı da 5 dəqiqə suda saxlayaraq təmizləyə bilərsiniz.

5. Tövsiyə: Bütün çəngəl, qaşıq və bıçaqları bir dəfəyə köpürdün və su püskürdən ilə sürətli bir şəkildə yaxalayın.

6. Tövsiyə: Tez deformasiya olan Teflon üzlüklü mətbəx əşyalarını yuyarkən diqqətli olmalısınız; toz və məcun kimi yuyucu vasitələr istifadə edilməməlidir. Fairy belə qabları Teflon üzlüyə heç bir zərər vermədən sürətlə və ehmalca təmizləyir.

7. Tövsiyə: Ən sevdiyiniz mahnını, səsli kitablarınızı və ya ailə mahnılarınızı dinləməyi də unutmayın. Ev təmizliyi kimi mətbəx təmizliyi də eyni anda görülən işlərdən ibarətdir.


Просмотров: 4 126

ПОХОЖИЕ СТАТЬИ

Гурмания

5 мая 19:19

  • 1 074

Гурмания

13 февраля 16:03

  • 1 865

Гурмания

10 февраля 18:33

  • 1 713

Гурмания

1 января 10:23

  • 2 010

Гурмания

31 декабря 2025 13:40

  • 1 952

Гурмания

31 декабря 2025 10:52

  • 1 865

Гурмания

30 декабря 2025 08:50

  • 2 111

Гурмания

26 декабря 2025 18:00

  • 1 810

Гурмания

19 ноября 2025 12:38

  • 1 895

Гурмания

14 ноября 2025 12:35

  • 1 704