28 декабря 2024

10 июля 2014 11:28

“MƏTBƏXDƏ BAŞIMA GƏLƏN ƏN MƏZƏLİ ƏHVALAT” MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ

1. Müsabiqənin adı (sonradan Müsabiqə adlandırılacaq)

"Mətbəxdə başıma gələn ən məzəli əhvalat"

2. Müsabiqə təşkilatçısı haqqında məlumat

Şirkətin adı

Day.az internet portalı

Hüquqi ünvan

Istiqlaliyyət küçəsi 31

Əlaqə üçün

[email protected]

Müsabiqənin sifarişçisi

Şirkətin adı

"Prokter & Gembl Azərbaycan Servisləri" MMC

3. Müsabiqənin keçirilmə tarixləri

3.1. Müsabiqənin ümumi keçirilmə vaxtı: 14.07.2015 - 31.07.2015

3.2. Müsabiqədə iştirak etmək üçün vaxt: 14.07.2015 - 28.07.2015

3.3. Müsabiqə qaliblərinin seçilməsi: 29.07. - 30.07.2015

3.4. Müsabiqə qalibləri 31.07.2015-ci il tarixinə qədər elan olunacaqdır.

4. Müsabiqənin keçirilmə ərazisi və məqsədi

4.1. Müsabiqə Azərbaycan Respublikasının ərazisində keçirilir

4.2. Müsabiqə Lady.day.az internet səhifəsində keçirilir

Müsabiqənin məqsədi Lady.day.az internet səhifəsinin izləyicini həvəsləndirmək və səhifəni izlədiklərinə görə mükafatlandırmaqdır.

5. Müsabiqə qaydaları və nəticələri barədə iştirakçıların məlumatlandırılması qaydası və üsulları

5.1. Müsabiqə iştirakçılarının (daha sonra İştirakçılar) məlumatlandırılması müsabiqə şərtlərinin www.lady.day.az saytında yerləşdirilməsi vasitəsi ilə aparılır.

5.2. Müsabiqənin nəticələri barədə məlumat www.lady.day.az saytında yerləşdiriləcəkdir.

6. Müsabiqənin uduş fondu

6.1. Müsabiqənin uduş fondu müsabiqə sifarişçisinin hesabına formalaşdırılır və aşağıdakılardan ibarətdir:

6.1.1. Müsabiqənin uduş fonduna 3 ədəd mükafat daxildir. Hər bir mükafat 100 manat dəyərində Procter&Gamble şirkətinin məhsullarından ibarət topludur.

7. Müsabiqənin şərtləri

7.1. Müsabiqədə iştirak etmək üçün:

7.1.1. Müsabiqənin keçirildiyi internet səhifəsinə daxil olmaq

7.1.2. Müsabiqənin mövzusuna aid hekayə yazıb müsabiqə mətninə cavab olaraq post şəklində göndərmək tələb olunur

7.2. Müsabiqədə yalnız iştirakçıın ad və soyadı, həmçinin email və ya telefon nömrəsi olan postlar buraxılır

7.3. Müsabiqənin mövzusuna aid olmayan və şərtlərinə cavab verməyən postlar müsabiqəyə buraxılmır.

7.4. Müsabiqədə ancaq 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər

7.5. Müsabiqə çərçivəsində hər bir iştirakçı yalnız 3 dəfə post göndərə bilər.

7.6. Müsabiqədə iştirak edən postlar Azərbaycan və rus dillərində yazıla bilər.

7.7. Təşkilatçı müsabiqə iştirakçısının şəxsiyyətini təsdiq etdirmək üçün ondan şəxsiyyət vəsiqəsi tələb etmək hüququna malikdir.

7.8. Müsabiqəyə Azərbaycan Respublikasının qanunvericiliyini pozan, milli, dini, irqi və digər sahələrdə ayrıseçkiliyə yol açan, milli və mənəvi dəyərlərə zidd olan və təhqiredici ifadələr olan yazılar buraxılmır.

7.9. İştirakçı yazılarının yuxarıda qeyd olunan qaydalara uyğun olmaması halında müsabiqə təşkilatçısı bir tərəfli qaydada müsabiqə iştirakçısı müsabiqədən kənarlaşdırmaq hüququna malikdir.

8. Müsabiqə qaliblərinin müəyyən olunması qaydası

8.1. Müsabiqə qalibləri aşağıdakı qaydada müəyyən olunur:

8.1.1. Müsabiqənin aparıcısı olan populyar bloqer İlahə Məmmədovanın daxil olduğu 3 nəfərdən ibarət Münsiflər Heyəti açıq səsvermə yolu ilə, yazının maraqlı və orijinal olması cəhətlərini qiymətləndirərək. müsabiqəyə göndərilən hər bir posta birdən beşə qədər bal təyin edir. Ən çox bal toplamış 3 yazı müsabiqənin qalibi elan olunur.

8.2. Müsabiqə qaliblərindən hər hansı biri mükafatdan imtina etdikdə, Qalibin qaydaları pozduğu və ya iştirakçı şərtlərinə cavab vermədiyi aşkar olunsa Münsiflər Heyəti 8.1.1. maddəsində göstərilən qaydaya müvafiq olaraq ən yüksək bal toplamış iştirakçını qalib elan edir.

8.3. Qaliblərin elan olunması 3.4. maddəsində göstərilən vaxtda baş verir. Qalib 31 iyul 2015-ci il tarixinə qədər müsabiqə təşkilatçısı ilə əlaqə saxlamazsa Münsiflər Heyəti 8.1.1. maddəsində göstərilən qaydaya müvafiq olaraq ən yüksək bal toplamış iştirakçını qalib elan edir.

8.4. Hər bir iştirakçı yalnız 1 mükafat qazana bilər.

8.5. Müsabiqə təşkilatçısı qaliblər ilə onların təqdim etdikləri əlaqə vasitəsi ilə əlaqə saxlayır və hədiyyələri onlara təqdim edir.

8.6. Hədiyyələrin təqdim olunması foto şəkilləri www.lady.day.az saytında yerləşdirilir.

9. Müsabiqə iştirakçısının hüquqları

Müsabiqə iştirakçısının:

9.1. Müsabiqə şərtləri ilə tanış olmaq,

9.2. Bu qaydalarla müəyyən olunan qaydada müsabiqədə iştirak etmək və şərtlərdə dəyişiklik baş verərsə bu barədə məlumat almaq,

9.3. Müsabiqədə qalib gələn iştirakçı 6.1.1. maddəsində göstərilən mükafatı tələb etmək hüququna malikdir.

10. Müsabiqə iştirakçısının vəzifələri.

10.1. Müsabiqə şərtlərinə riayyət etmək.

10.2. Qalib gəldiyi təqdirdə Müsabiqə təşkilatçısının tələb etdiyi sənədləri və ona ünvanlanmış elektron məktubu təqdim etmək:

10.3. Hədiyyənin alınmasını təsdiq edən fotoşəkil çəkdirmək və təhvil-təslim aktını imzalamaq.

11. Təşkilatçının hüquqları.

Təşkilatçı:

11.1. Qalib müsabiqə şərtlərini pozduğu halda mükafatı verməmək hüququna malikdir.

11.2. Müsabiqə bitənə qədər müsabiqə iştirakçılarını məlumatlandırmaqla şərtlərə dəyişiklik etmək hüququna malikdir.

11.3. Təşkilatçı Müsabiqə iştirakçıların müsabiqə şərtləri barədə məlumat ala bilməməsinə, müsabiqə şərtlərini yanlış anlamasına, müsabiqə qalibi ilə əlaqənin yaradıla bilməməsinə, müsabiqə iştirakçısının yanlış məlumat təqdim etməsinə görə məsuliyyət daşımır.

11.4. Müsabiqə iştirakçısı müsabiqə şərtlərini pozduqda, müsabiqə barədə yalan və iftira xarakterli məlumatlar yaydıqda müsabiqə iştirakçısını müsabiqədən kənarlaşdırmaq hüququna malikdir.

11.5. Təşkilatçı müsabiqə iştirakçıları ilə müsabiqə şərtlərində nəzərdə tutulan hallar istisna olmaqla iştirakçılar ilə ünsiyyətə girməmək hüququna malikdir.

12.Təşkilatçının vəzifələri.

Təşkilatçısının vəzifəsidir:

12.1. Müsabiqə qaydalarına uyğun olaraq müsabiqəni keçirmək.

12.2. Müsabiqə şərtlərinə əməl edən qalibləri mükafatlandırmaq.

12.3. Müsabiqə şərtlərində edilən dəyişikliklər barədə müsabiqənin internet səhifəsində iştirakçıları məlumatlandırmaq

12.5. Müsabiqə iştirakçılarının razılığı olmadan onların şəxsi məlumatlarını yaymamaq.

13. Mükafatın təqdim olunması qaydası və vaxtları.

13.1. Təşkilatçı 3.4. maddəsində göstərilən tarixdə qalibin təqdim etdiyi əlaqə vasitəsi ilə ona qalib olması və hədiyyənin alına biləcəyi yer və vaxt barədə məlumatı çatdırır

13.2. Müsabiqə qalibi ilə razılaşdırılan vaxtda mükafat qalibə təqdim olunarkən təhvil-təslim aktı imzalanır, fotoşəkil çəkilir və müsabiqə səhifəsinə yerləşdirilir.

14. Əlavə şərtlər.

14.1. Müsabiqədə 18 yaşına çatmış və müsabiqə keçirilən vaxt Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

14.2. İştirakçı müsabiqədə iştirak etməklə müsabiqə şərtlərini qəbul etmiş sayılır.

14.3. Mükafat ancaq 6.1.1. maddəsində göstərilən hədiyyələr şəklində təqdim olunur və pul müqabilində dəyişdirilmir.

14.4. Müsabiqədə iştirak etməklə İştirakçı onun təqdim etdiyi şəxsi məlumatlarının, yazısının müsabiqə şərtlərinə uyğun qaydada istifadə olunmasına icazə vermiş sayılır.

14.5. İştirak yazısını göndərdikdən sonra İştirakçı təşkilatçını elektron çəktub vasitəsi ilə məlumatlandırmaqla müsabiqədə iştirakını dayandıra və dərc olunmuş şəxsi məlumatların silinməsini, həmçinin qanunverilicikdə nəzərdə tutulan digər hüquqlarının müdafiəsini tələb edə bilər.

14.6. Təşkilatçı iştirakçısının təqdim etdiyi yanlış və yalan məlumatlara görə heç bir məsuliyyət tanımır.

14.7. Müsabiqə təşkilatçısının və sifarişçisinin özləri və yaxın qohumları müsabiqədə iştirak edə bilməz.

14.8. Hər bir iştirakçı təqdim etdiyi yazının müəllifi olduğuna zəmanət verir və üçüncü şəxslərin hüquqularını pozmadığına zəmanət verir. Bu kimi hallar aşkar olunarsa İştirakçı AR qanunveriliciyində müəyyən olunan qaydada məsuliyyət daşıyacaqdır.

14.9. Təşkilatçı və Sifarişçi iştirakçılar tərəfindən müəllif hüquqlarının pozulmasına görə məsuliyyət daşımır.

14.9. Təşkilatçı iştirakçının internet qoşulmasında baş verən texniki nasazlıqlara, iştirakçının şərtlərlə tanış olmamasına, iştirakçının elektron məktub ala bilməməsinə, qalibin hədiyyəni ala bilməməsinə və təşkilatçıdan asılı olmayan digər hal və hadisələrə görə məsuliyyət daşımır.


Просмотров: 1 438

ПОХОЖИЕ СТАТЬИ