18 октября 2015 12:03

ANTİ-BAKTERİAL SABUN MİKROBLARLA VƏ İNFEKSİYA İLƏ MÜBARİZƏ APARMAĞA NECƏ KÖMƏK EDİR?



Söhbət ailənizi mikroblardan və infeksiyadan qorumaqdan gedəndə anti-bakterial sabun ilkin müdafiə olaraq güclü ola bilər. Gəlin anti-bakterial sabunun xəstəliklərə səbəb ola bilən mikro-orqanizmlərə qarşı mübarizədə necə və nə üçün təsirli olduğunu araşdıraq.

Mikro-orqanizmlər xəstəliyə necə səbəb olur?

Siz onlara əllərinizdə və bədəninizdə olan mikroblar formasında yoluxursunuz, burada da onlar dərinizdə çoxalır. Bədənizdə xeyli sayda mikrob ola bilər, çünki onlar toxunduğumuz hər səthdə var, təmasa girdiyimiz hər bir əşya dərimizə daha çox mikrob keçirir.

Anti-bakterial sabun nədir?

Anti-bakterial sabuna anti-mikrob tərkib hissələri daxildir. Bu tərkib hissələri dəri infeksiyalarından tutmuş, sətəlcəmə, mikoza kimi bir sıra xəstəliklərə səbəb ola bilən bakteriyalara və göbələklərə qarşı mübarizə aparır.

Anti-bakterial sabun necə təsir göstərir?

Düzgün istifadə edildikdə bütün sabunlar yuma zamanı mikrobların 99%i aparacaq. Adi sabunla anti-bakterial sabun arasındakı fərq ondadır ki, anti-bakterial sabun yuyunduqdan sonra da təsir göstərməyə davam edir, çünki anti-bakterial tərkib hissələrinin cüzi hissəsi yaxaladıqdan sonra da dərinizdə qalır ki, bu da mikrobların təbii artımını ləngidir.

Əllərinizi külçə sabunla sürtməkdən, yaxud da maye bədən məhlulu ilə duş qəbul etməkdən asılı olmayaraq, anti-bakterial sabunlar sizi və ailənizi xəstəlikdən, infeksiyadan, bədəndən gələn pis qoxudan və daha artığından qorumağa kömək edir.

Odur ki, bakteriya və mikrobların zərərli təsirinin qorunmaq üçün əllərinizi gün ərzində mütəmadi olaraq Safeguard maye sabunu və ya köpüklə yumağı unutmayın.


Просмотров: 1 946