22 декабря 2024

7 октября 2015 10:06

Aliyə Hümbətova Azərbaycanı Türkiyənin “Altın Kelebek” mükafatının təqdimetmə mərasimində təmsil edəcək - MÜSAHİBƏ - FOTO



Azərbaycan Pedaqoji Universitetinin məzunu, gənc bloqqer Aliyə Hümbətova yerli gözəllik bloqqerləri arasında böyük populyarlığa sahibdir. O, özünün istifadə etdiyi kosmetik məhsulları sınaqdan keçirir və həmin məhsullar haqqında şəxsi fikirlərini öz video materiallarında paylaşır. Bu yaxınlarda Aliyə Procter&Gamble şirkəti tərəfindən Türkiyənin "Altın Kelebek" mükafatının təqdimetmə mərasimində Azərbaycanı təmsil etmək üçün seçilib. Lady.day.az saytı ilə müsahibədə Aliyə öz video-bloqu haqqında danışdı və belə bir xarici mərasimdə iştirak edən ilk Azərbaycanlı bloqqer olaraq Türkiyəyə edəcəyi səfər barədə təsərrüfatlarını bölüşdü.

- Bloq ideyası sizdə necə yarandı?


- Xarici bloqqerlərin videolarını izlədiyim vaxtlarda, doğrusunu desəm, özüm də nə vaxtsa bloq yaradacağımı düşünmürdüm. Sadəcə makiyaj etməyi xoşlayırdım, lakin həmin vaxtlarda bu sahə üzrə xüsusi biliklərim yox idi. Makiyaj, saç və dəri qulluğu ilə bağlı hər şeyi sevə-sevə öyrəndim. İlk vaxtlarda bloq yaratmaq ideyası yox idi, ancaq İnstagram-dan istifadə edirdim. Bir müddət keçdikdən sonra gözəllik və makiyaj sahəsində məsləhətlərimə ehtiyac duyulduğunu anladım və Facebook şəbəkəsində səhifə, daha sonra isə YouTube kanalımı yaratdım.

- İnsanların daha çox məlumata ehtiyacı duyduğunu və bloq yaratmağın da tam zamanı olduğunu necə anladın?

- Günümüzdə kosmetik məhsulları onlayn almaq çox aktual olduğu üçün mənə tez-tez bu və ya digər məhsul haqqında suallar ünvanlanırdı. İnsanlar onlara məsləhət etdiyim məhsulları sınaqdan keçirdikləri və yaxşı nəticələr aldıqlarına şahid olduqları vaxt fikirlərimə etibar etməyə başladılar. Mən məhsullar haqqında öz şəxsi fikirlərimi ifadə edirdim və qadınlar onlara uyğun kosmetik məhsulu seçə bilirdilər. İnsanlara həmçinin mənim YouTube kanalım da maraqlı idi və beləliklə, bloq yarandı.



- Video-bloqqer olmaq o qədər də asan deyil...

- Bəli, bu həqiqətdir, xüsusilə də bloqqer yüksək keyfiyyətli video yaratmaq istəyirsə. İlk olaraq mikrofonu, musiqini, işığı quraşdırmaq, paltarları və makiyajı seçmək çox önəmlidir. Montaj mərhələsi də həmçinin çox çətindir.

- Azərbaycanda video-bloq sahəsi barədə nə düşünürsən?

- Ölkəmizdə bu sahə yeni inkişaf etməyə başlayıb, buna baxmayaraq daimi auditoriyası olan çox sayda bloqqerlərimiz var. Gələcəkdə də bu sahədə irəliyə gedəcəyimizə inanıram. Baxmayaraq ki, bloqqer sərbəstdir və heç kimdən asılı olmadan öz fikirlərini ifadə edə bilir, yenə də o, öz üzərində böyük məsuliyyət hiss etməlidir. Mənim üçün insanların mənə etibar etməsi çox vacibdir.

- Makiyaj sahəsində dəb trendlərini necə qiymələndirirsən?


- Trendləri izləməyi və ya heç nəyə baxmayaraq xarici görünüş tipinə uyğun gələn makiyajı seçməyi daha çox məsləhət görürsən? -Şübhəsiz ki, ilk növbədə üz quruluşuna hansı makiyajın uyğun gəldiyini bilməlisən. Bundan əlavə, parlaq makiyajın dəbdə olmasına baxmayaraq, təbii görünməyə çalışmalı olduğumuzu düşünürəm. Dəbi izləyənlər isə gündəlik makiyajlarına dəbə uyğun göz kölgələrini əlavə edə bilərlər. Fikrimcə, makiyaj yeni bir üz yaratmaq üçün deyil, əksinə təbii cizgiləri vurğulamaq üçündür. Əlbəttə ki, bu məsələdə təcrübənin də payı az deyil.



- Yeri gəlmişkən, saçların çox baxımlıdır. Sirr deyilsə hansı şampundan istifadə edirsən? Şampundan razısan?

- Pantene Pro-V Saç Tökülməsindən Müdafiə kolleksiyasının şampun və kondisionerindən istifadə edirəm. Və olduqca razıyam. Belə ki, bu kolleksiya saçların qırılaraq tökülməsinin əleyhinədir. Bir çoxları kimi mən də saçlarımın qırılaraq tökülməsindən və uclarının cansızlaşmasından əziyyət çəkirəm. Amma indi Pantene Pro-V şampun və kondisionerini birlikdə istifadə etməklə bu problemimi azaltmışam. Pantene-lə qorunan saçlarımdan çox məmnunam.

- İlk postun nə barədə olduğunu xatırlayırsan?  

- Bəli, həmin vaxt göz kölgələri makiyaj dəsti almışdım və onların istifadəsi, keyfiyyəti və s. haqqında məlumatları paylaşdım. Həmin vaxt bu sahədə ilk addımlarım üçün çoxlu sayda təbriklər aldım və yaxınlarımdan dəstək gördüm.

Hal-hazırda Instagram üzərindən çox məlumat paylaşmamağa çalışıram, çünki insanların bütün məlumatı bloqum vasitəsilə əldə etmələrini istəyirəm. Mən bloqumu öz oxucularım üçün maraqlı etməyə çalışaram və bunu davam etdirəcəyəm.

- P&G şirkətinin təklifini aldığın zaman hansı hisləri keçirdin və səfərdən nə gözləyirsən?


- Əlbəttə də ki, təklif həqiqətən mənim üçün sürpriz oldu və hətta şəkilləri göndərdiyim zaman qalib olacağım barədə düşünmürdüm. Lakin mənim seçilməyim barədə məktub alanda, əlbəttə, ilk olaraq iştirak etməyimə icazə vermələri üçün valideynlərimlə bölüşdüm. Onlar məni dəstəklədilər. Səfər ilə bağlı nə gözlədiyimə gəlincə isə bu cür xarici mərasimdə iştirak edən ilk Azərbaycanlı bloqqer olmağın özü belə maraqlıdır. İlk növbədə bloqumun və Pantene-nin arzumu necə həyata keçirməsini daha çox insan tərəfindən tanınmasını istəyirəm.


Bloq / Instagram / YouTube kanalı / Facebook səhifəsi


Просмотров: 2 872