22 декабря 2024

13 сентября 2015 11:31

UŞAQLARDA VƏ BÖYÜKLƏRDƏ DİŞ ÇÜRÜKLƏRİ



Professor L.P.Kiselnikova - Moskva şəhərində baş uşaq diş həkimi, Oral-B, Blend-a-med eksperti.

Parodontal xəstəliklər arasında diş çürükləri üstünlük təşkil edir.

Artıq uşaq çağlarında, dişlərin çıxması və sərt toxumaların yetişməsi dövründə onların əsas kariyes zədələnməsi prosesi gedir. 1-3 yaşlı uşaqlar arasında kariyesin yayılması 15-18% , 12-15 yaşlı uşaqlar arasında isə 80-95% təşkil edir. 18 yaşınadək daimi dişlərdə kariyesin yayılması 98% təşkil edir (Kaplan ZM, 2007).

Kariyesin-diş ərpinin yaranmasının əsas səbəbləri (diş lövhəsi və ya biofilm).
Dişlərin hərtərəfli təmizlənməsindən 6 saat sonra artıq diş ərpi toplanmağa başlayır. Diş ərpinin toplanması və yerləşməsi dərəcəsi müxtəlif dişlərdə və diş sahələrində fərqlidir. Ən çox diş ərpi ağız boşluğunun təmizlənməsi çətin əlçatan sahələrində toplanır:

• molyarların yuvalıqlarında və yanaq səthlərində ("böyük" dişlərin çeynəmə səthlərinin çuxurlarında);
• dişlərin birləşmə (diş arası) səthlərində;
• diş ətinin kənar sahələrində;
• diş əti altında.

Kariyesə qarşı dişlərin müqaviməti və həssaslığı əsasən struktur xüsusiyyətləri (dişlərin forması, səthlərinin quruluşu, səthlərinin hamarlığı, çuxurların/şişlərin olmaması), kimyəvi tərkibi və genetik faktorlar ilə müəyyən edilir. Onlar da öz növbəsində orqanizmin ümumi vəziyyətindən (keçmişdə) və diş toxumalarının yetişdiyi şəraitdən asılıdır. Dişlərin inkişafı, formalaşması və yetişməsi dövründə metobolik pozuntular ilə müşayiət olunan orqanizmin ümumi vəziyyəti diş toxumalarının tərkibinə və quruluşuna təsir edə və onların diş çürüklərinə qarşı müqavimətini zəiflədə bilər.

İçməli suda kifayət qədər floridin olmaması (norma- 1mg/l) sərt toxumaların kariyes kim faktorlara qarşı müqavimətinin ilə zəif şəkildə formalaşmasına gətirib çıxarır.

Stress və şüalanmaya məruz qalma orqanizmin reaktivliyini azaldır və ağız suyunun qorunma xüsusiyyətini və yenidən minerallaşma prosesini zəiflədir.

Kariyesin inkişaf etməyə başlaması düzgün olmayan ağız boşluğu gigiyenası deməkdir. Diş ərpinin və ya biofilmin (ölü hüceyrə qalıqları) böyük miqdarda toplandığı sahələrdə iltihab və kariyes daha sürətlə toplanır. Müntəzəm olaraq diş ərpinin tamamilə təmizlənməsi yalnız diş əti iltihablarının və sərt diş toxumalarında kariyesin qarşısının alınmasında deyil, həm də erkən mərhələlərdə bu xəstəliklərin reqressiyasında (geri inkişaf) təsirlidir. Bunun üçün müntəzəm olaraq fərdi və peşəkar ağız gigiyenasının aparılması zəruridir.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri kariyesin qarşısını almaq üçün aşağıdakı alqoritmi irəli sürmüşlər:

• infeksiyaların (kariyes yaradan mikroflora) azaldılmasına yönəlmiş tədbirlər, xüsusilə də ağız boşluğu gigiyenası;
• balanslaşdırılmış qidalanma, qidalanma rejimi və asan həzm olunan karbohidratların istehlakının məhdudlaşdırılması da daxildir;
• dişin sərt toxumalarının müqavimətinin artırılmasına yönəlmiş tədbirlər (floridin qəbulu).

Floridin kariyesə qarşı təsiri çox şahəlidir. Floridin diş minasının möhkəmləndirilməsinə və yenidən minerallaşdırılmasına təsiri daha dəqiq öyrənilmişdir. Floriddən istifadənin faydaları:

• Florid diş minasını möhkəmləndirir və diş çürüklərinin (kariyes) yaranma riskini azaldır;
• Florid şəkərin turşuya çevrilməsi prosesində iştirak edən bəzi ağız suyu fermentlərinin fəaliyyətini ləngidir;
• Floridin təsiri altında ərpin diş səthinə yapışması şəraiti pisləşir;
• Floridin təsiri altında tüpürcək ifrazı artır, turşuların diş səthinə zərərli təsirini neytrallaşdırmaq üçün ağız suyunun müqaviməti artır.

Tərkibində müxtəlif flor birləşmələri (monoflorfosfat natrium, natrium florid, qalay florid, aminoflorid) olan məşhur diş məcunları var. Diş məcunlarının anti-mikrob, anti-iltihab təsirini ən çox triklozan, xlorgeksid kimi aktiv komponentlər təmin edir. Tərkibində anti-mikrob təsiri olan komponentləri olan diş məcunlarının biri də Blend-a-med PRO-EXPERT diş məcunudur. Tərkibində qalay florid olan bu çox funksiyalı diş məcunundan istifadə etmək daha məqsədəuyğundur. Kliniki stomatologiyada tətbiq olunan digər flor birləşmələri ilə müqayisədə qalay florid (SnF2) xüsusi çoxistiqamətli təsirə malikdir. SnF2 diş ərpi, qinqivit, kariyes və dişlərin hiper həssaslığı ilə eyni zamanda mübarizə aparan tərkibində florid olan yeganə vasitədir.


Просмотров: 1 592