27 декабря 2024

4 сентября 2015 09:58

DİŞ XƏSTƏLİKLƏRİNİN QARŞISINI NECƏ ALMAQ OLAR?



Diş ərpinin diş fırçalamasından 2 saat sonra artıq toplanmağa başladığını bilirsinizmi? Xəstəliklərin və diş çürüklərinin yaranma səbəblərini öyrənin. 

Oles Şevçenko,


Rusiyanın diş gigiyenası mütəxəssislərinin peşəkar cəmiyyətinin vitse-prezidenti


Diş ərpinin diş fırçalamasından 2 saat sonra artıq toplanmağa başlandığını bilirsinizmi? Ağız boşluğunun mikroflorası 700-dən çox növü olan ən müxtəlif bakteriya icmalarından biridir. Dil, tüpürcək, ağızın selikli qışası mikroorqanizmlərin saxlandığı yerlərdir və onların xəstəlik törədənlərə çevrilməsi və ya dişlərin, eləcə də bütün orqanizmin sağlamlığının qoruyub saxlanılmasında iştirak etməsi insanın öz əlindədir. Necə sağlam ağız mikroflorası yarada və sağlamlığımızı qoruya bilərik?

Müasir elmi araşdırmalar istənilən diş xəstəliklərinin 3 səbəbini müəyyən etmişlər: mikroorqanizmlər, genetik faktorlar və həyat tərzi. Həyat tərzi aydın olduğu kimi həyat vərdişlərini formalaşdıran sadə insan hərəkətləridir. Düzgün ağız gigiyenası vərdişinin formalaşdırılması hətta yüksək irsi xəstəlik riski olan insanlarda belə xəstəliklərin yaranmasının qarşısını alır və mikrofloranı normallaşdırır. Normal mikroflora arzuolunmaz mikroorqanizmlərdən və xəstəliklərdən təbii qorunma qalxanıdır.

Təəccüblü deyil ki, məhz ağız boşluğu bakteriyaları insan orqanizmində sistematik xəstəliklərin qaynağıdır. Məsələn, son tədqiqatlar göstərir ki, normal ağız mikroflorası qidaların tərkibində olan nitratların həzm olunması yolu ilə həzm və ürək-damar sistemini sağlam saxlamağa kömək edir. İstehlak olunan nitratın 25%-i ağız suyuna ifraz olunur və daha sonra normal mikroflora bakteriyaları onları nitratlara çevirir. Nitratlar orqanizmdə gedən bir çox mühüm fizioloji proseslərə, məsələn qan dövranın və qan təzyiqinin tənzimlənməsinə, mədə toxumalarının qorunmasına təsir edir. Alimlər hesab edirlər ki, məhz bu sağlamlıq üçün aralıq dənizi pəhrizindən istifadənin səbəblərindən biridir. Buna görə də, ağız boşluğunun normal mikroflorasını qoruyub-saxlayan və orqanizmi xəstəliklərin yaranmasından müdafiə edən ağız gigiyenası vasitələrdən istifadə etmək lazımdır.

Oska Universitetinin yapon alimlər qrupu 2011-ci ildə sübut etmişdilər ki, diş çürüklərinə səbəb olan bakteriyalar ağır insultun 3-cü halı ilə bağlıdır-onlar beyinin qan damarlarına daxil olaraq orqanizmə zədələnmiş kapillyar və arteriya damalarının bərpa etməyə imkan vermirlər. Amerika tədqiqatçıları yaşlılarda kariyes səviyyəsi və yaddaş itkisi-Alzaymer xəstəliyi ilə müşayiət olunan qorxunc xəstəliklər arasında bağ olduğunu göstərmişlər. Finlandiya alimləri isə ağız boşluğu infeksiyaları və üz-çənə nahiyəsinin onkoloji xəstəlikləri arasında əlaqə olduğunu təsdiq edirlər.

Diş xəstəliklərinin inkişafı zamanı ağızın normal mikroflorasının təbii tarazlığının pozulmasının qarşısını necə almaq olar?

Diş gigiyena mütəxəssisləri və həkim-stomatoloqlar bu problemin həllində xüsusi diqqəti stomatoloji xəstəliklərin qarşısının alınması üçün fərdi proqramların formalaşdırılmasına yönəldirlər. Normal ağız mikroflorasının tərkibi qida rasionu, siqaret və həyat tərzinin təsiri nəticəsində dəyişilə bilər. Buna görə də, düzgün gigiyena və sağlam həyat tərzi yolu ilə ağzın normal mikroflorasını qoruyub-saxlamaq çox mühümdür.

Dişlərin qorunması prosesini təkminləşdirmək üçün son yüz il ərzində floriddən istifadə olunur və onun kariyesə qarşı anti təsiri bütün dünyada tanınır. Floridlər diş minasını möhkəmləndirir, çürüklərə səbəb olan mikroorqanizmlərin maddələr mübadiləsini pozurlar və onların bakterisid təsiri var. 2011-ci ildə Rusiya Stomatoloji Assosiasiyası stomatogiyada floridlərin istifadəsinə dair mütəxəssislərin görüşünün deklarasiyasında diş çürüklərinin qarşısını almaq üçün optimal miqdarda floridin gündəlik istifadəsinin təhlükəsizliyini və böyük tibbi təsirini təsdiq etmişdilər.

Bəs tərkibində florid olan diş məcunlarının geniş çeşidləri arasından ən təsirlisini necə seçək?

Biz çox zaman diş məcununu reklam və məlumat araşdırmasını rəhbər tutaraq alırıq. Rusiyalıların yalnız 10%-u diş məcununun seçimi zamanı həkimdən məsləhət alır. Tərkibini və kliniki vəziyyətinizi nəzərə almaqla diş məcununu stomatoloji gigiyena mütəxəssisi və ya stomatoloq seçməlidir.

Qalay florid və polifosfat ilə stabilləşdirilmiş diş məcunları ən təsirli diş məcunlarından hesab edilir. Amerikanın qida məhsulları və tibbi preparatlar üzrə komitəsi qalay floridi kariyesin, diş əti iltihabının və diş hiper həssaslığının qarşısının alınması zamanı təhlükəsizliyinə və təsir gücünə görə ilə birinci kateqoriyada yerləşdirirlər.

Geniş anti-bakterial təsirə malik olan qalay florid xoşagəlməz ağız qoxusunu əmələ gətirən bakteriyaların miqdarını azaltmağa kömək edir. Qalay florid diş minasını aşındıran qidalanma turşularının zərərli təsirlərinin qarşısını alır.

İstehlak etdiyimiz bir çox məhsulların ağız suyunun pH (turşuluq səviyyəsi) səviyyəsini azaltdığını bilməyimiz vacibdir. Məsələn: ağız boşluğunda normal turşuluq səviyyəsi 6,0-7,6-dir. Bir sıra sərinləşdirici içkilərin qəbulundan sonra isə pH 2,5-dək aşağı düşür, bu isə normadan 3 dəfə daha aşağı deməkdir. Belə ki, dişlər bu cür aqressiv təsirlərə hər gün məruz qalır. Buna görə də, bu gün Avropa stomatogiya məktəbi dişləri yeməkdən bir saat sonra təmizləməyi tövsiyə edirlər. Bu ağız boşluğunun turşuluq səviyyəsini (pH) stabilləşdirir və diş minasının təbii yenidən minerallaşdırma prosesini həyata keçirir.

Polifosfatlar heyranedici xüsusiyyətə malikdirlər-onlar diş səthində xüsusi təbəqə formalaşdırırlar və burada diş çürüklərinin səbəblərindən hesab olunan diş ərpi bərkiyə və formalaşa bilmir.

Sağlam və güclü dişlər üçün qalay və polifosfatın faydalı xüsusiyyətlərini özündə birləşdirən Blend-a-med Pro-EXPERT diş məcununu sınayın.


Просмотров: 1 803