Bildiyiniz kimi, bir müddət öncə biz bloqqerlərin görüşü oldu. P&G şirkəti bizi bir araya yığdı. Sabina parfümeriya və Bliss aksesuar da bizi yalnız qoymadı. Bu görüş bizi yeni postlar yazmağa və yeni videolar çəkməyə daha da həvəsləndirdi.Hədiyyələrsiz motivasiya olar heç?Yəqin ki, hədiyyələrin nə olması sizə də maraqlıdır, elə isə sona qədər oxuyun...
Görüş məkanımız Özsüt idi.
Görüş 06 İyun 2015-ci il tarixində baş tutdu.Bu tarixin Baku2015 ərəfəsi olduğunu yəqin ki, xatırlayırsınız. Bəli, o möhtəşəm açılış tarixini heç unutmaq olar?!Baku2015-ın ilk rəsmi tərəfdaşı olan P&G şirkəti bizi heç biletsiz qoyar?!) Əlbəttə ki, xeyr! :D Biletlərin artıq bitdiyi bir zamanda belə bir hədiyyənin sevinc hissini anlatmaq mənimçün çətindir.
Bliss aksesuar-ın hədiyyəsi Swarovski qaşlarla olan çəhrayı Sette qələmi oldu. Bu qələmi yanımdan ayırmıram, çantamdan çıxarıb yazı yazmaq üçün həmişə bəhanə axtarıram.
Bizi dəstəkləyənlərdən biri olan Sabina parfümeriyanın bizə, bəlkə də kiçik, amma bizim üçün böyük motivasiya verən hədiyyələri oldu.
Dolce by Dolce&Gabanna olan güzgüm çantandam əksik olmur. Lüks dizaynı, xüsusən də qızılı rəngdə olması məni özünə cəzb edib deyə bilərəm. Qablaşdırmada özünün logolu çexolunun olması isə mənim bu sevimli, yanimdan ayırmadığım aksesuarımı zədələnməkdən qoruyur.
Mini boy parfümlərin isə qablaşdırmaları ilə yanaşı, ətirləri də cəlbedicidir. Dolce&Gabanna Light Blue ətirini biləyimdə test etdim və üstündən saatlar keçsə belə, əlimi yumağıma baxmayaraq ətri hələ də qalıb. Belə güman edirəm ki, o mənim favori yay ətirimə çevriləcək. Kişi ətirlərini də sevirəm və Dolce&Gabanna Intenso-nu cəlbedici ətirlər siyahısına daxil etmək olar, məncə. Hədiyyəlik ətirlər siyahıma əlavə etdim.
Bu cütlüyün isə "fresh" ətri var. Mənə görə yay aylarına uyğundur.
Bu da digər hədiyyələrim. Hələ istifadə etmədiyim üçün fikirlərimi bildirə bilməyəcəm, amma qısa bir zamanda istifadə edib bloqumda fikirlərimi paylaşmağı düşünürəm.
Sonda bizə Dost Taxi və Bliss-dən endrim kartları, ParkCinema-dan isə premyeraları izləmək üçün xüsusi kart təqdim olundu. Hələlik...
rybatv.blogspot.com