Öskürək nədir?
Öskürək təbii və qəfil refleks olub, hava axınının ağciyərlərdən sürətlə xaric olunması və bununla da nəfəs yollarının yad hissəciklərdən təmizlənməsi prosesidir. Öskürək lazımsız görünsə belə, onun funksiyası insanları başqa yoluxucu xəstəliklərdən qorumaqdır.
Öskürəyin əsas növləri quru (əsasən, boğazda qıcıqlanma ilə müşayiət olunur) və bəlğəmli (əsasən, sinədə ağrı və bəlğəm ifrazı ilə müşayiət olunur) öskürəkdir. Öskürərkən bəlğəmin ifraz olunması müsbət göstəricidir, çünki bu, öskürəyə səbəb olan yad hissəciklərin ağciyərlərdən "qovulması" deməkdir. Öskürək davametmə müddətinə görə kəskin və xroniki olmaqla iki yerə bölünür:
Kəskin öskürək, adətən, üç həftədən daha az davam edir. Öskürəyin bu növü tənəffüs yollarının respirator virus infeksiyaları nəticəsində meydana gəlir, boğaz və ya yuxarı tənəffüs yollarına təsir göstərir.
Əgər öskürək iki ay və ya daha uzun müddət davam edərsə, bu, xroniki öskürəkdir. Xroniki öskürək tənəffüs yollarında selik və burun suyunun toplanması nəticəsində yaranır.
Öskürəyin səbəbi nədir?
Daimi öskürəyin baş verməsinin bir çox səbəbləri mövcuddur, lakin bunlardan ən mühümü postnazal axıntı, astma və ya qastroezofoqal reflü xəstəliyidir(QERX). Öskürək, həmçinin müxtəlif virus infeksiyaları və ya qripin əlaməti də ola bilər.
Safeguard sabunu öskürəyin qarşısını necə ala bilər?
Öskürərkən viruslar çox sürətlə yayılır. İnsan bir dəfə öskürəndə orta hesabla 3 min damcının yayılma sürəti saatda 50 mil məsafəyə bərabər olur. Öskürən zaman ağızı qapamaq virusların yayılmasının qarşısını alır. Əgər siz öskürürsünüzsə və ya özününzü öskürəkdən qorumağa çalışırsınızsa, gün ərzində əllərinizi Safeguard sabunu ilə yumaq sizə bu işdə çox böyük yardımçı olacaq. Demək olar ki, heç bir sabun öskürəyə səbəb olan viruslardan müdafiəni təmin etmir, lakin Safeguard sabunu ilə əlləri yuduqdan 12 saat sonra o, mikrobların 75 faizinin sizə yaxınlaşmasına imkan vermir. Bu, bakteriya əleyhinə istənilən digər sabun növündən daha yaxşı müdafiə vasitəsi deməkdir.