4 ноября 2025

30 октября 2017 15:50

Oya Ergün qonaqlarına ifaları ilə xoş anlar yaşadıb - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda yaşayan Türkiyənin dəyərli opera və vokal sənətçisi Oya  Ergün evində konsert proqramı ilə çıxış edib.

Day.Az xəbər verir ki, Oya Ergün ev konsertində qonaqlarına ifaları ilə xoş anlar yaşadıb:

"Avropa ölkələrində evdə konsert vermək adətdir. Mən də sənət sevərləri evimdə görməkdən məmnunam və   gözəl zaman  keçirəcəklərinə əminəm. Artıq  evimdə hər ay konsert verməyi düşünürəm".

Qeyd edək ki,  gecədə Toğrul Məmmədov skripka, Natavan Həsənova isə kanon ifa edib.

Oya Ergünü pianinoda  Nərgiz Əliyeva müşayiət edib.

Xatırladaq ki, opera ifaçısı Hollandiya, Belçika, Almaniya, Fransa və İtaliyada konsert  proqramı ilə çıxış edib.  Dəfələrlə Azərbaycanda konsert verən Oya Ergün bu dəfə isə noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında kimsəsiz uşaqlara həsr edilən  konsertlə tamaşaçılarının qarşısına çıxacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


Просмотров: 582

ПОХОЖИЕ СТАТЬИ